“Uşağımın videolarını paylaşaraq pul yığırlar” FOTO
Digərləri 22 Sen 2025 10:22:00 47 0
Bakının Xəzər rayon sakini Mirvari Turabova tanımadığı şəxs və ya şəxslərin qızının görüntülərindən istifadə edərək pul topladığını deyir.
Son.az-ın məlumatına görə, qafqazinfo.az-a müraciət edən şikayətçi bildirib ki, övladı Mələk Turabova anadangəlmə "spina bifida" (onurğa dağılması) xəstəliyindən əziyyət çəkir.
Qadın öz instaqram səhifəsində qızına aid video paylaşdığını əlavə edib: "Lakin bir müddət sonra gördük ki, tanımadığımız şəxs sosial şəbəkədə "meleyim43477" adlı səhifə yaradaraq kart hesabı paylaşır və bizim adımızdan pul toplayır. Tanınmış insanları paylaşıma işarələyərək onlardan da pul alır. Dəfələrlə ona yazaraq bu əməllərinə son qoymasını tələb etdik. Lakin hər dəfə yazdıqlarımıza cavab vermədən bizi bloka atır".
Mirvari Turabova məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiklərini qeyd edib: "Mənə bildirdilər ki, əvvəlcə kartın sahibini tapmalıdırlar və banka sorğu göndərilib".
Ananın sözlərinə görə, sözügedən şəxslər övladının görüntüsünü paylaşaraq pul toplamağa davam edir.
Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərz

Ulduzlar bəzi bürclərin üzünə bu gün xüsusi olaraq gülür. Qərar anlar

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində &qu

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına xəbərda

Balıkəsirdə İstanbul da daxil olmaqla bir çox şəhərdə panikaya səbəb

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabinet

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələ

İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və yeni

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan Interna

Bakıda sərnişin avtobusu yolda sıradan çıxıb.

Əməkdar artist Dilarə Əliyeva məşhur "Məhəllə" filmindəki M�

Müxtəlif işə düzəltmə təklifləri, uduşlu kampaniya,görüntülü zəng

"Kişi yüksələndə heç nə demirlər. Qadın mübarizə edəndə, haras
