21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – tibb aləmi şokda
Digərləri 21 Sen 2025 22:38:00 69 0
Türkiyədə yaşayan 21 yaşlı Fatma Nur Öztürk, şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib. Həkimlərin apardığı əməliyyat zamanı onun bədənindən 287 ədəd müxtəlif ölçüdə daş çıxarılıb. Bu nadir hal həm tibbi heyəti, həm də gənc qızı və ailəsini təəccübləndirib.
Bu xəbəri də oxu: Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü
Öztürk, doğuşdan gələn və sidik kisəsinin ön divarının bağlı olmaması ilə xarakterizə edilən ekstrofi vezika və epispadias adlanan nadir uroloji problem səbəbindən əvvəllər də bir neçə dəfə əməliyyat olunubmuş. Son aylarda şiddətli ağrılar yaşayan gənc qız İstanbul Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Burada uroloji və ginekoloji onkologiya mütəxəssislərinin birgə əməliyyatı ilə vajen bölgəsindən daşların çıxarıldığı bildirilib.
Həkimlər əməliyyat zamanı bütün boşluğun daşlarla dolu olduğunu görüb. Ən böyük daşın ölçüsü 2,5 sm olub. Əməliyyat uğurla yekunlaşıb və daşların təkrar yaranmaması üçün plastik rekonstruksiya aparılıb.
Fatma Nur Öztürk əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib: "Bu qədər daş gözləmirdik, sanki çınqıl daşları idi. Mən 80-100 daş ola bilər deyirdim, amma 287 olduğunu eşidəndə çox təəccübləndim. İndi ağrılarım keçib, özümü çox yaxşı hiss edirəm. Həkimlərimə təşəkkür edirəm."
Uroloq Doç. Dr. Erkan Erkan hadisəni belə şərh edib: "Pasiyentimiz doğulduğu gündən nadir bir anomaliya səbəbindən əməliyyatlar keçirib. Əməliyyat zamanı daşların sidik kisəsində deyil, vajen boşluğunda toplandığını gördük. 287 daş çıxarmaq həm bizim, həm də tibbi ədəbiyyat üçün çox nadir rast gəlinən hadisədir. Bu, dünyada qeyd olunan ikinci oxşar hal ola bilər."
Ginekoloji onkologiya mütəxəssisi Op. Dr. Emin Erhan Dönməz isə əlavə edib ki, daşların uzun illər ərzində yavaş-yavaş əmələ gəldiyi düşünülür: "Vajendə sidiyin göllənməsi səbəbindən minerallar çökmüş və daşlar yaranmışdır. Bu qədər çox daşla bağlı tibbi ədəbiyyatda indiyə qədər heç bir nümunəyə rast gəlməmişik."
Həkimlər doğuşdan gələn bu cür anomaliyaların erkən diaqnozunun vacibliyini vurğulayıb və bu xəstələrin mütəmadi nəzarətdə saxlanmasının həyati əhəmiyyət daşıdığını bildiriblər. Lalə Qüdrətova Son.az
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu,

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağma�

İsrail Fələstinin bir neçə ölkə tərəfindən birtərəfli qaydada tanın

Orta Şərq və Aralıq dənizi mətbəxində geniş istifadə olunan sumaq, hə

Çinin cənubundakı Guangdong əyalətinin Ciangmın şəhərində sivrisinekl�

2025-ci ilin payız ulduz falı bu bürc üçün qəfil dəyişikliklər və yen

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikit

"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzr

Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra bəzi iri

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadis�

"Hara gedirəm soruşurlar ki, iş verildi? Əmək kitabçamın nüsxəsini

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmay

Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı b

Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin Azərbaycan Respublikasına r�
