Kamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir”


Siyasət 19 Sen 2025 11:35:00 75 0

Kamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir”

"Azərbaycan tarixində mühüm mərhələlərdən biri - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması - hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: "Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: "Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik".

Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir".

Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib:

"2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın möhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi idi - həmin torpaqlarda artıq Azərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı. Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı: "Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır." Bu gün Azərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələr deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür - Azadlıq, Suverenlik və Milli qürur Günü!".

"Milyonçu"da Qəzza sualı – Aparıcının reaksiyası diqqət çəkdi like
  • 19 Sen 11:29  
Şou-biznes "Milyonçu"da Qəzza sualı – Aparıcının reaksiyası diqqət çəkdi

ATV-nin məşhur intellektual yarışması "Kim milyonçu olmaq istəyir&qu

arrow Ətraflı
Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq like
  • 19 Sen 11:22  
Digərləri Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq

"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun pu

arrow Ətraflı
Elektrikli avtomobili şarj etmək üçün parkinqə də pul verməlisən like
  • 19 Sen 11:20  
Digərləri Elektrikli avtomobili şarj etmək üçün parkinqə də pul verməlisən

Paytaxtın Aşıq Molla Cümə küçəsində elektrikli avtomobillər üçün n�

arrow Ətraflı
66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı  FOTO like
  • 19 Sen 11:18  
Şou-biznes 66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı FOTO

Yaponiyada keçirilən gözəllik müsabiqəsinə "Miss Universe Japan&quo

arrow Ətraflı
"İphone 17" Bakıda satışa çıxarıldı   QİYMƏTLƏR like
  • 19 Sen 11:15  
Digərləri "İphone 17" Bakıda satışa çıxarıldı QİYMƏTLƏR

Xəbər verdiyimiz kimi, gözlənilən "İphone 17" modeli təqdim ol

arrow Ətraflı
Buraxılış imtahanlarının proqramları təqdim edildi like
  • 19 Sen 11:05  
Digərləri Buraxılış imtahanlarının proqramları təqdim edildi

2026-cı ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəl�

arrow Ətraflı
“Güzgünün qabağında “məndən nə gözəl şəhid olar” demişdi...” like
  • 19 Sen 10:49  
Digərləri “Güzgünün qabağında “məndən nə gözəl şəhid olar” demişdi...”

Şəhid olduğu gündən iki il ötür. Ailəsi üçün isə bu ayrılıq elə d

arrow Ətraflı
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir like
  • 19 Sen 10:27  
Digərləri Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində

arrow Ətraflı
Türkiyəli aktyor saxlanıldı  FOTO like
  • 19 Sen 10:20  
Şou-biznes Türkiyəli aktyor saxlanıldı FOTO

Türkiyəli aktyor Emre Bulut 15 illik dostunu aldatmaqda ittiham olunur.

arrow Ətraflı
Mərkəzi Asiyanın damarlarında elektroenerji: Çin elektromobil nəhəngləri ovda like
  • 19 Sen 10:10  
Digərləri Mərkəzi Asiyanın damarlarında elektroenerji: Çin elektromobil nəhəngləri ovda

Çinin avtomobil sənayesində texnoloji hegemonluğu Mərkəzi Asiya bazarları

arrow Ətraflı
Payız bu bürcləri sınağa çəkəcək like
  • 19 Sen 09:55  
Digərləri Payız bu bürcləri sınağa çəkəcək

Payız fəslinin gəlişi hər kəs üçün eyni təsirli olmur. Ulduzların dü

arrow Ətraflı
Bu maşınlar bahalaşacaq – 34 min manat fərq olacaq like
  • 19 Sen 09:52  
Digərləri Bu maşınlar bahalaşacaq – 34 min manat fərq olacaq

Hazırda avtomobil bazarında maşın satmaq istəyənlər üçün acınacaqlı,

arrow Ətraflı
Şagird məktəbə telefonla gələ bilər – Bir şərtlə like
  • 19 Sen 09:44  
Digərləri Şagird məktəbə telefonla gələ bilər – Bir şərtlə

Artıq şagirdlər təhsil gedişatında mobil telefondan istifadə edə bilməy

arrow Ətraflı