DİNdən əməliyyat Qumar şəbəkəsi çökdürüldü


Kriminal 18 Sen 2025 19:02:00 41 0

DİNdən əməliyyat  Qumar şəbəkəsi çökdürüldü

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, "Instagram"da bu şəxslər tərəfindən "TT", "Admiral", "Bir-iki", "Gold" və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. 

N.Vəliyev və A.Əsgərli məsuliyyətdən yayınmaq  məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan "Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. 

Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən  aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub. 

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu müəyyən edilib. 

Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

Direktorlara şad xəbər like
  • 18 Sen 18:56  
Digərləri Direktorlara şad xəbər

Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən dir

arrow Ətraflı
Azərbaycanda film kimi cinayət  71 yaşlı qadını sandığa görə öldürdülər like
  • 18 Sen 18:55  
Kriminal Azərbaycanda film kimi cinayət 71 yaşlı qadını sandığa görə öldürdülər

Astarada qətl törətməkdə şübhəli bilinən 55 yaşlı qadın saxlanılıb

arrow Ətraflı
AMEAnın həyətində zəncirvari qəza like
  • 18 Sen 18:50  
Digərləri AMEAnın həyətində zəncirvari qəza

Azərbaycan Milli Elmlər Akademiyasının həyətində zəncirvari qəza olub.

arrow Ətraflı
Bu kommunal ödənişləri Tarif Şurası müəyyən etməyəəcək like
  • 18 Sen 18:45  
Digərləri Bu kommunal ödənişləri Tarif Şurası müəyyən etməyəəcək

"Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və x

arrow Ətraflı
Pezeşkian: "Türk olduğum üçün fəxr edirəm" like
  • 18 Sen 18:36  
Digərləri Pezeşkian: "Türk olduğum üçün fəxr edirəm"

İran Prezidenti Məsud Pezeşkian etnik kimliyi ilə bağlı yayılan fərziyy�

arrow Ətraflı
Tramp Ermənistanı bu ölkə ilə səhv saldı  Paşinyanın reaksiyası... like
  • 18 Sen 18:30  
Digərləri Tramp Ermənistanı bu ölkə ilə səhv saldı Paşinyanın reaksiyası...

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın onun

arrow Ətraflı
Xalq artisti reanimasiyaya yerləşdirildi, vəziyyəti ağırdır like
  • 08 Sen 11:26  
Kriminal Xalq artisti reanimasiyaya yerləşdirildi, vəziyyəti ağırdır

"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, M�

arrow Ətraflı
Tələbə yataqxanalarında qiymət və şərait necədir?  ARAŞDIRMA like
  • 08 Sen 07:07  
Digərləri Tələbə yataqxanalarında qiymət və şərait necədir? ARAŞDIRMA

İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr münasib qiymə

arrow Ətraflı
60% kişi tualetdən sonra əllərini yumur – ALİMLƏRDƏN ŞOK like
  • 08 Sen 06:06  
Digərləri 60% kişi tualetdən sonra əllərini yumur – ALİMLƏRDƏN ŞOK

Kişilər tualetdən istifadə etdikdən sonra əllərini yumurlar.

arrow Ətraflı
Dünyanın ən qorxunc qəhvəyi kabusu like
  • 08 Sen 04:04  
Digərləri Dünyanın ən qorxunc qəhvəyi kabusu

Dəvə hörümçəkləri (elmi adıyla, solpuqlar) təbiətin ən sirli və eyni

arrow Ətraflı
Uşaqlarda immunitetin zəifləməsinin GÖZLƏNİLMƏZ SƏBƏBİ like
  • 08 Sen 03:03  
Digərləri Uşaqlarda immunitetin zəifləməsinin GÖZLƏNİLMƏZ SƏBƏBİ

Hər iki uşaqdan biri ildə azı iki dəfə xəstələnir. Rusiyalı alimlərin

arrow Ətraflı
Kardioloq: Sağlam yağlardan imtina etmək düzgün deyil like
  • 08 Sen 02:02  
Digərləri Kardioloq: Sağlam yağlardan imtina etmək düzgün deyil

Kardioloq Devid Sabgir sağlam qidalanmada yağların tamamilə çıxarılmasın

arrow Ətraflı
23 yaşlı gənc dostunun 83 yaşlı nənəsinə evlilik təklif etdi like
  • 08 Sen 00:47  
Digərləri 23 yaşlı gənc dostunun 83 yaşlı nənəsinə evlilik təklif etdi

Yaponiyada 23 yaşlı tələbə Kofu sinif yoldaşının nənəsi 83 yaşlı Ayk

arrow Ətraflı
Sevda Mardinə gəlin köçür like
  • 08 Sen 00:28  
Şou-biznes Sevda Mardinə gəlin köçür

Aktrisa Sevda Erginçi ailə qurmağa hazırlaşır.

arrow Ətraflı
İranlı blogerin Şəhidlər xiyabanındakı hərəkəti qınandı like
  • 07 Sen 19:19  
Digərləri İranlı blogerin Şəhidlər xiyabanındakı hərəkəti qınandı

Azərbaycana səfər edən iranlı bloger Milad Hadinejadın davranışı sosial

arrow Ətraflı