Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə olub...


Kriminal 02 Sen 2025 17:20:00 71 0

Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə olub...

Məlum olduğu kimi, bir neçə gün əvvəl Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilib. Adı açıqlanmayan 30 yaşlı qadın iki uşaq anası olub.

Son.az xəbər verir ki, Finlandiyanın "Ilta-Sanomat" qəzeti həmin hadisənin təfərrüatı haqda yazıb. 

Məlumatda hadisə iştirakçılarının adı və milliyyəti açıqlanmasa da, qadının 44 yaşlı keçmiş əri tərəfindən güllələndiyi qeyd olunub. 

Bildirilib ki, həmin şəxs keçmiş həyat yoldaşına yaşadığı binanın girişində şüşənin arxasından tapança ilə atəş açıb. Cinayət aləti polis tərəfindən götürülüb. 

Ölkənin yerli polisinin məlumatına görə, qadın qətlə yetirilərkən hadisə yerində onun iki övladı da olub. 

Qəzet həmçinin yazır ki, ailə əvvəllər Varkaus bölgəsində yaşayıb. Cütlük 2024-cü ilin yazında boşanmaq üçün məhkəməyə müraciət edib. Onların elə həmin vaxtdan ayrıldığı, qadının yeni münasibətə başladığı və hamilə olduğu bildirilir. 

"Hadisədən təqribən iki həftə əvvəl qadın keçmiş əri ilə bağlı məhdudlaşdırıcı tədbirlər üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı məhkəmə iclası isə hələ baş tutmayıb. Qətli törədən şəxsin Finlandiyada ciddi məhkumluğu olmayıb. O, təqribən 10 il əvvəl bir neçə xırda xuliqanlıqda təqsirləndirilsə də, zorakılıq cinayətinə görə məhkumluğu yoxdur", - deyə qəzet yazıb. 

Bununla yanaşı, polisin məlumatına görə, qətli törədən şəxs əməlini etiraf edib və istintaqla əməkdaşlıq etməyə razılaşıb. Digər detallar isə açıqlanmayıb. /Qafqazinfo

Ərdoğan Putinlə Zelenski görüşündən danışdı like
  • 02 Sen 17:12  
Dünya Ərdoğan Putinlə Zelenski görüşündən danışdı

"Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski mü

arrow Ətraflı
Əli Əsədov Laçın aeroportu ilə bağlı vacib qərar imzaladı like
  • 02 Sen 17:00  
Digərləri Əli Əsədov Laçın aeroportu ilə bağlı vacib qərar imzaladı

Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və

arrow Ətraflı
Qardaşı şəhid olandan sonra Xana indi like
  • 02 Sen 16:45  
Şou-biznes Qardaşı şəhid olandan sonra Xana indi

Bir zamanlar Rəsul Abbasov ilə oxuduğu duetlərlə böyük izləyici kütləs

arrow Ətraflı
Maşınların yolda alışma səbəbləri açıqlandı like
  • 02 Sen 16:44  
Digərləri Maşınların yolda alışma səbəbləri açıqlandı

Son zamanlar yanan avtomobillərin sayı artıb.

arrow Ətraflı
İlon Maskla bağlı yeni like
  • 02 Sen 16:35  
Dünya İlon Maskla bağlı yeni

İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti,

arrow Ətraflı
Nuri müğənni həmkarını məhkəməyə verir like
  • 02 Sen 16:20  
Şou-biznes Nuri müğənni həmkarını məhkəməyə verir

Müğənni Nurinin məşhur "Gözləyirəm" mahnısı oğurlanıb. 

arrow Ətraflı
“TikTok”da onlarla şəxs VİDEOları ilə şantaj olunub like
  • 02 Sen 16:07  
Kriminal “TikTok”da onlarla şəxs VİDEOları ilə şantaj olunub

"TikTok"da saxta qadın profilləri yaradaraq vətəndaşların qeyri-

arrow Ətraflı
Azərbaycanlı müğənni dinini DƏYİŞDİ like
  • 02 Sen 16:06  
Şou-biznes Azərbaycanlı müğənni dinini DƏYİŞDİ

Müğənni Ayan Babakişiyeva aktyor Kamran Ağabalayevin aparıcılıq etdiyi &

arrow Ətraflı
Tanınmış həkim vəfat etdi like
  • 02 Sen 15:51  
Digərləri Tanınmış həkim vəfat etdi

Pirallahı Tibb Mərkəzinin Poliklinika şöbəsinin həkim-oftalmoloqu Gülnar

arrow Ətraflı
Silk Way West Airlines şirkətinin üçüncü Boeing 777 yük təyyarəsi Bakıya gəlib like
  • 02 Sen 15:50  
Digərləri Silk Way West Airlines şirkətinin üçüncü Boeing 777 yük təyyarəsi Bakıya gəlib

Silk Way West Airlines şirkətinin üçüncü Boeing 777 yük təyyarəsi Bakı

arrow Ətraflı
Xankəndidə tikiləcək Baş İdarənin binası belə olacaq  FOTO like
  • 02 Sen 15:45  
Digərləri Xankəndidə tikiləcək Baş İdarənin binası belə olacaq FOTO

Xəbər verdiyimiz kimi, Xankəndidə uzun illər separatçı rejimin qondarma &

arrow Ətraflı
20 yaşlı gözəllik kraliçası yol qəzasında öldü  FOTO like
  • 02 Sen 15:35  
Şou-biznes 20 yaşlı gözəllik kraliçası yol qəzasında öldü FOTO

20 yaşlı gözəllik kraliçası yol qəzasında ölüb.

arrow Ətraflı
Tramp prezidentlik dövrünün 1/3ni burada keçirirmiş like
  • 02 Sen 14:53  
Dünya Tramp prezidentlik dövrünün 1/3ni burada keçirirmiş

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddəti ərzində günlərini

arrow Ətraflı