Parlament Rusiya ilə bağlı Bəyanat yaydı


Siyasət 02 Sen 2025 12:47:00 84 0

Parlament Rusiya ilə bağlı Bəyanat yaydı

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb.

Son.az bəyanatı təqdim edir: "Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.

Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.

Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.

Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış feysbuk, instaqram və "X" kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.

Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.

Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən "rusofobiya" sindromunun köklərini "Z" blogerlərin fəaliyyətində axtarmaq lazımdır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir".

İlham Əliyev və Mehriban Əliyeva qatarla Pekinə gediblər  VİDEO  FOTO like
  • 02 Sen 12:46  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva qatarla Pekinə gediblər VİDEO FOTO

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bi

arrow Ətraflı
Heç vaxt təslim olmayan BÜRCLƏR – like
  • 02 Sen 10:25  
Digərləri Heç vaxt təslim olmayan BÜRCLƏR –

Astrologiyaya görə bəzi bürclər çətinliklər qarşısında geri çəkilmi

arrow Ətraflı
Vahid məktəbli geyimlərinin ölkə üzrə like
  • 02 Sen 10:24  
Digərləri Vahid məktəbli geyimlərinin ölkə üzrə

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərin

arrow Ətraflı
İmperiya zərbə endirir: Si gücünü nümayiş edir like
  • 02 Sen 10:20  
Siyasət İmperiya zərbə endirir: Si gücünü nümayiş edir

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bakıda faciəvi şəkildə ölənlər ana və qızı imiş... like
  • 02 Sen 10:19  
Digərləri Bakıda faciəvi şəkildə ölənlər ana və qızı imiş...

Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış

arrow Ətraflı
Uğurlu insanlar bu 5 ifadəni özlərinə qarşı demirlər like
  • 02 Sen 08:08  
Digərləri Uğurlu insanlar bu 5 ifadəni özlərinə qarşı demirlər

Psixoloq və Yel Universitetinin müəllimi Emma Seppala uğurlu insanların he�

arrow Ətraflı
Xalq artisti sırğası ilə DİQQƏT ÇƏKDİ like
  • 02 Sen 06:06  
Şou-biznes Xalq artisti sırğası ilə DİQQƏT ÇƏKDİ

Xalq artisti Miri Yusifin yeni görüntüsü marağa səbəb olub.

arrow Ətraflı
Namiq Qaraçuxurlunun BAHALI bağ evi like
  • 02 Sen 01:01  
Şou-biznes Namiq Qaraçuxurlunun BAHALI bağ evi

Meyxanaçı Namiq Qaraçuxurlu evindən yeni görüntülər paylaşıb.

arrow Ətraflı
Uçan naməlum obyekt Yerə yaxınlaşır like
  • 02 Sen 00:47  
Digərləri Uçan naməlum obyekt Yerə yaxınlaşır

Astronomlar Günəş sistemimizdə son dərəcə yüksək sürətlə hərəkət

arrow Ətraflı
Bir kukla düzəltdi, 20 milyard dollar qazandı... like
  • 02 Sen 00:33  
Dünya Bir kukla düzəltdi, 20 milyard dollar qazandı...

"Pop Mart"ın rəhbəri Vanq Ninq bu il sərvətini 20 milyard dollar

arrow Ətraflı
“Uzaq Şehir” serialında izləyiciləri şoka salan hadisə like
  • 02 Sen 00:13  
Şou-biznes “Uzaq Şehir” serialında izləyiciləri şoka salan hadisə

Kanal D-nin "Uzaq Şehir" ikinci mövsümü ilə ekranlara qayıtmağa

arrow Ətraflı
Günün qoroskopu: Düşünülmüş impulslar uğur gətirəcək like
  • 02 Sen 00:01  
Digərləri Günün qoroskopu: Düşünülmüş impulslar uğur gətirəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Aygün Kazımova: “Məni görüb ağlayan ilk kişidir”  VİDEO like
  • 01 Sen 23:49  
Şou-biznes Aygün Kazımova: “Məni görüb ağlayan ilk kişidir” VİDEO

Xalq artisti Aygün Kazımovanın sosial mediada maraqlı görüntüləri yayıl

arrow Ətraflı
Gəncədə ağır qəza  5 nəfər xəsarət aldı like
  • 01 Sen 23:39  
Digərləri Gəncədə ağır qəza 5 nəfər xəsarət aldı

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

arrow Ətraflı
Burak Özçivitin maşınını 14 milyona aldı like
  • 01 Sen 23:32  
Şou-biznes Burak Özçivitin maşınını 14 milyona aldı

Məşhur restoran şəbəkəsi ilə beynəlxalq səviyyədə tanınan CZN Burak

arrow Ətraflı