Gürcüstan Prezidenti Trampa məktub yazdı:
Dünya 01 Sen 2025 18:06:00 44 0
Gürcüstan Prezidenti Mixail Kavelaşvili açıq məktubla ABŞ lideri Donald Trampa müraciət edib.
Bu xəbəri də oxu: 31 ölkədə xolera alarmı – Ölənlərin sayı sürətlə artır
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.
M.Kavelaşvili məktubunda bildirib ki, Donald Tramp administrasiyasının Gürcüstana qarşı passivliyi ölkə ictimaiyyətində çaşqınlıq və ABŞ-nin regional sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin səmimiliyinə dair şübhələr yaradır.
Həmçinin qeyd olunub ki, Tramp prezidentliyi dövründə bir neçə ay ərzində Gürcüstanın bütün qonşuları ilə sıx əlaqələr yaradıb:
"Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinə töhfə verib, Türkiyə ilə fəal qarşılıqlı fəaliyyətdədir və Rusiya ilə dialoqu bərpa edib. Lakin ABŞ administrasiyası Gürcüstanla bağlı səssiz qalır və bu da gürcü ictimaiyyətində çaşqınlıq doğurur. Deyirlər ki, son bir neçə ay ərzində siz dünyanın yarısını dəyişmisiniz. Administrasiyanızın ölkəmizə qarşı məntiqi maraq göstərmədiyini nəzərə alsaq, passivliyiniz gürcü xalqında şübhə və administrasiyanızın regionda sülhün möhkəmləndirilməsi ilə bağlı fəaliyyətlərinin nə dərəcədə səmimi və azad olması ilə bağlı suallar doğurur".
Gürcüstan lideri həmçinin vurğulayıb ki, ABŞ ilə münasibətlərin və strateji tərəfdaşlığın yenidən başladılması Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Xatırladaq ki, hazırda Gürcüstan və ABŞ-nin münasibətləri formal xarakter daşıyır. İki ölkə arasında 2009-cu ildən qüvvədə olan strateji tərəfdaşlıq ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə dayandırılmışdı. Bununla yanaşı, bir sıra gürcü məmurlara qarşı viza sanksiyaları tətbiq edilib. Ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb Gürcüstanda bir sıra qanunların qəbul edilməsi olub. Belə ki, Bayden administrasiyası həmin qanunların "demokratiya prinsiplərinə zidd" olduğunu iddia edib.
"SƏS" Media Qrupun rəhbəri, əməkdar jurnalist Bəhruz Quliyev &qu

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şö

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Tibbi nəzarət şöb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücu

Musiqinin yaddaşa təsiri elmi cəhətdən sübut olunub.

Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.

Türkiyə sosial mediasında yayılan görüntülər diqqət çəkib.

Lotereyada iştirak et, Evini "OBA" ilə doldur!

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa Azərbaycanla məslə

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-C�

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə bi

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.

Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyya

Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq e

Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yü
