Geriyə yerimək, qırmızı geyinmək olmaz


Digərləri 01 Sen 2025 08:47:00 49 0

Geriyə yerimək, qırmızı geyinmək olmaz

Əldən-ələ qayçı və ya bıçaq verməmək, gözəl bir şeydən danışarkən taxtaya vurmaq və ya dilini dişləmək, körpə görəndə gözəlliyinə nəzər dəyməsin deyə ona "çirkin" demək...Əgər sizin də belə bağlı olduğunuz batil inanclar varsa, özünüzü əsla tək hiss etməyin. Çünki süni intellekt dövründə belə, dünyanın dörd bir yanında hələ də öz aktuallığını qoruyan batil inanclar mövcuddur!

Son.az xəbər verir ki, insanlıq tarixinin çox qədim zamanlarında, elm və texnologiya bu qədər inkişaf etmədiyi vaxtlarda insanlar həyatı təbiətə baxaraq anlamağa çalışırdılar. Gündəlik həyatda qarşılarına çıxan bəzi halları təbiətdəki müəyyən qüvvələrlə əlaqələndirir və bu yolla baş verən hadisələri izah etməyə cəhd göstərirdilər.

Bu cəhdlər bəzən həyatı asanlaşdırsa da, bəzən zaman keçdikcə heç bir real əsası olmayan batil inancların yaranmasına səbəb oldu. Üstəlik, bu inanclar yalnız bizim mədəniyyətimizə məxsus deyil... Dünyanın bir çox yerlərində insanlar hələ də bəzi batil inanclara sıx-sıxı bağlanırlar. 

Onlardan bəziləri isə belədir:

Hindistanda gecə dırnaq kəsmək uğursuzluq sayılır. İnanclara görə, gecə dırnaq kəsildikdə həm pis ruhlar çağırılır, həm də ailə daxilində mübahisələr baş verə bilər.

Rusiyada qapı astanasında əl sıxmağın uğursuzluq gətirəcəyinə inam var. Çünki qapı astanası yaşamla ölüm arasındakı sərhəd kimi qəbul edilir.

Güzgünün sınması bir çox mədəniyyətlərdə də uğursuzluqla əlaqələndirilir. Məsələn, İtaliya və ABŞ-da güzgünün sınmasını görmək, insanın qarşıdakı 7 il ərzində uğursuzluq yaşayacağına işarə sayılır. Bu cəmiyyətlər güzgünün ruhun əksini daşıdığına inanırlar. Ona görə də güzgünün sınması pis şansla bağlanır.

Bir evin damında bayquş ötəndə, bizim mədəniyyətimizdə də bu, yaxşı əlamət kimi qarşılanmır. İngiltərə və ABŞ-da isə bu inanc birbaşa quşlarla əlaqələndirilir. Əgər İngiltərə və ABŞ-da bir quş evin damına qonarsa, bu, ölümün işarəsi kimi qəbul edilir. Burada xüsusilə ön plana çıxan quşlar qarğalar və bayquşlardır.

Çində 4 rəqəmi ölüm ilə əlaqələndirilir və buna görə də uğursuz sayılır. Bu inanc o qədər geniş yayılıb ki, ölkədə bir çox binalarda 4-cü mərtəbə heç vaxt nömrələnmir.

Rusiyada boş şüşələri yerə qoymaq və ya masadan almaq olmaz, çünki bunun oradakı insanlara kasadlıq gətirəcəyinə dair inanc var. Evdəki bərəkətin itməməsi üçün bu inanca sadiq qalırlar.

Almaniyadakı ən qəribə batil inanclardan biri isə su ilə badə qaldırmamaqdır. Əgər dostlarınızın ölməsini istəmirsinizsə, əsla su ilə qədəh qaldırmamalısınız. Çünki inanca görə, su ilə qədəh yalnız ölülər üçün qaldırılır.

İspaniyada insanların heç nə etmək istəmədiyi gün çərşənbə axşamıdır, çünki yerli ənənəyə görə bu gün uğursuzdur. İspanlar həftənin ikinci günləri mühüm işlər görməzlər, hətta evlənmək üçün belə başqa bir günü seçərlər.

Fransada məşhur baqet çörəyini masanın üzərinə tərs qoysanız, fransızların reaksiyası ilə qarşılaşa bilərsiniz. Çünki inanca görə, çörəyi tərs qoymaq uğursuzluq gətirir. Bu batil inancın tarixi də var: çox qədim zamanlarda cəlladlara ayrılan çörəklər masanın üzərinə məhz tərs qoyularmış...

Filippinlərdəki batil inanclar olduqca maraqlıdır. Məsələn, əgər hava fırtınalıdırsa, küçədə qırmızı geyimli heç kəsi görə bilməzsiniz. Çünki inanclara görə, qırmızı rəng ildırımı özünə çəkir.

Cənub ölkələrindən başqa bir maraqlı batil inanc isə İtaliya və Portuqaliyadadır. Bu ölkələrdə arxa-arxaya yerimək uğursuzluq sayılır. İnanclara görə, geri addımlamaq ruhları narahat edir və insanın həyatında bəzi şeylərin də geriyə doğru getməsinə səbəb ola bilər./lent.az

Çində çikunqunya virusuna yoluxma artır like
  • 01 Sen 08:08  
Dünya Çində çikunqunya virusuna yoluxma artır

Çin epidemioloqları bir həftə ərzində ölkənin cənubundakı Quandun əya

arrow Ətraflı
Sentyabrda bürcləri like
  • 01 Sen 07:35  
Digərləri Sentyabrda bürcləri

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə

arrow Ətraflı
Alkoqolun qaraciyərə zərəri açıqlandı like
  • 01 Sen 07:07  
Digərləri Alkoqolun qaraciyərə zərəri açıqlandı

Kaliforniya Universiteti, San Dieqo Tibb Məktəbinin alimləri alkoqolla əlaq�

arrow Ətraflı
Günayın dekolteli geyimi MÜZAKİRƏ YARATDI like
  • 01 Sen 06:06  
Şou-biznes Günayın dekolteli geyimi MÜZAKİRƏ YARATDI

Müğənni Günay İbrahimli geyim tərzi ilə diqqət çəkib.

arrow Ətraflı
Amerikalıların niyə ata adı yoxdur? like
  • 01 Sen 04:04  
Digərləri Amerikalıların niyə ata adı yoxdur?

Amerikalıların ata adı kimi anlayışı yoxdur - Ştatlarda çətin ki, Maykl

arrow Ətraflı
78 yaşlı Arnold Şvartsenegger bu meyvəyə görə GÜMRAH QALIR like
  • 01 Sen 03:03  
Şou-biznes 78 yaşlı Arnold Şvartsenegger bu meyvəyə görə GÜMRAH QALIR

78 yaşında olmasına baxmayaraq, Arnold Şvartsenegger hələ də fiziki forma

arrow Ətraflı
Bu pendir növləri KÖKƏLDİR like
  • 01 Sen 02:02  
Digərləri Bu pendir növləri KÖKƏLDİR

Pendir səhər yeməyinin ayrılmaz parçasıdır.  

arrow Ətraflı
Bu da Zamiqin dəbdəbəli bağ EVİ like
  • 01 Sen 01:01  
Şou-biznes Bu da Zamiqin dəbdəbəli bağ EVİ

Müğənni Zamiq Hüseynovun dəbdəbəli bağ evindən görüntülər yayılı

arrow Ətraflı
Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir like
  • 01 Sen 00:36  
Digərləri Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur.

arrow Ətraflı
Velosiped istehsalında inqilab like
  • 01 Sen 00:28  
Digərləri Velosiped istehsalında inqilab

Fransanın "Cixi" şirkəti "Vigoz" adlı elektrik velosiped

arrow Ətraflı
Məşhur komediya ustası tanınmaz halda like
  • 01 Sen 00:13  
Şou-biznes Məşhur komediya ustası tanınmaz halda

Komediyaçı Emre Mutlu, keçirdiyi mədə kiçiltmə əməliyyatından sonra in

arrow Ətraflı
Günün qoroskopu: Qənaət etməyi davam etdirin like
  • 01 Sen 00:01  
Digərləri Günün qoroskopu: Qənaət etməyi davam etdirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İremin bu görüntüləri sevənlərini üzdü like
  • 31 Avq 23:35  
Şou-biznes İremin bu görüntüləri sevənlərini üzdü

Məşhur aktrisa İrem Helvacıoğlu, keçirdiyi qəza ilə bağlı ilk dəfə d

arrow Ətraflı
31 ölkədə xolera alarmı – Ölənlərin sayı sürətlə artır like
  • 31 Avq 23:21  
Dünya 31 ölkədə xolera alarmı – Ölənlərin sayı sürətlə artır

Dünya Səhiyyə Təşkilatı (DST) 31 ölkədə davam edən xolera epidemiyası

arrow Ətraflı
Nadir Moskva hava limanında saxlanılmasından danışdı like
  • 31 Avq 22:51  
Şou-biznes Nadir Moskva hava limanında saxlanılmasından danışdı

Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl Moskva hava limanında saxla

arrow Ətraflı