Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu?


Digərləri 28 Avq 2025 05:05:00 76 0

Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu?

Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılıb.

Son.az xəbər verir ki, bəzi gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və "qulaq qırma xidməti" təklif olunur.

Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm "nəticəni nümayiş etdirir", həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir.

Bu "xidmət"i göstərənlərlə əlaqə saxlanılıb. Bildiriblər ki, bir qulağın qırılması 70 manata başa gəlir.

Məsələylə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın öz taleyiylə, səhhətiylə bağlı məsələlər onun öz qərarına bağlıdır:

"Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir".

Psixoloq Elnur Rüstəmov bildirib ki, "idmançı görünüşü" üçün qulaq sındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir: "Gənclər arasında bu cür davranış əslində bir çox səbəblərdən qaynaqlnır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar "mən kiməm?" sualına cavab axtarır. İdmançıya bənzəmək, "qorxmaz və güclü" obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və "döyüşçü" imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır. Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki, sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə "trend" olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ "status simvolu" kimi təqdim olunduqda, insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur".

Psixoloqun sözlərinə görə, başqa bir səbəb özünüifadə və fərqlənmə istəyidir: "Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçir. Qulaq sındırmaq ağrılı və riskli olsa da bir qrup gənc üçün "cəsarət" və "fərqlilik" göstəricisi kimi qəbul edilir".

Elnur Rüstəmov bildirib ki, güc və aqressiya da bu səbəblər sırasına daxildir: "Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ "mübarizə keçmiş insan" simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özündə yaratmaqla "güclü və qorxmaz" obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyl edir. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər".

Psixoloq qeyd edib ki, bu tendensiya, əslində, gənclərin sağlam psixoloji dəstəyə, düzgün rol modellərinə və sosial dəstək mühitinə olan ehtiyacını göstərir:

"Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək" - deyə, o bildirib. //Lent.az

Maşındakı bu düymə ilə benzin sərfiyyatını AZALDIN like
  • 28 Avq 04:04  
Digərləri Maşındakı bu düymə ilə benzin sərfiyyatını AZALDIN

Bir çox sürücülər yalnız indi paneldəki "A" işarəli düyməni

arrow Ətraflı
Ağcaqanad dişləmələri ölüm riski daşıyırmış... like
  • 28 Avq 02:02  
Digərləri Ağcaqanad dişləmələri ölüm riski daşıyırmış...

Ağcaqanad dişləmələri təkcə qaşınma yaratmır, müxtəlif xəstəliklə

arrow Ətraflı
Azərbaycanlı məşhur çimərlik geyimində pozlar verdi like
  • 28 Avq 01:01  
Şou-biznes Azərbaycanlı məşhur çimərlik geyimində pozlar verdi

Rəqqasə Rəna Ağamuradova (Renka) çimərlik geyimində görüntülərini yay

arrow Ətraflı
Məktəblərdə telefondan istifadəyə qadağa qoyuldu  Bu ölkədə... like
  • 28 Avq 00:47  
Dünya Məktəblərdə telefondan istifadəyə qadağa qoyuldu Bu ölkədə...

Cənubi Koreya Milli Assambleyası məktəblərdə dərs saatlarında mobil tele

arrow Ətraflı
İkinci sezondan ilk like
  • 28 Avq 00:41  
Şou-biznes İkinci sezondan ilk

Maraqla gözlənilən "Uzak Şehir" serialının ikinci sezonundan ilk

arrow Ətraflı
Türkiyədə yeniyetmələrin yay sevinci faciə ilə bitdi like
  • 28 Avq 00:35  
Digərləri Türkiyədə yeniyetmələrin yay sevinci faciə ilə bitdi

İspartanın Senirkent rayonunda dəhşətli hadisə baş verib.

arrow Ətraflı
İki villasını danışdırmadığı qardaşına verəcək like
  • 28 Avq 00:26  
Şou-biznes İki villasını danışdırmadığı qardaşına verəcək

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz iki villasını qardaş�

arrow Ətraflı
“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq like
  • 28 Avq 00:13  
Digərləri “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

"ChatGPT" neyroşəbəkəsinin sahibi "OpenAI" şirkəti ça

arrow Ətraflı
Günün qoroskopu: Ən mühüm dəyişikliklər daxildə başlayır like
  • 28 Avq 00:01  
Digərləri Günün qoroskopu: Ən mühüm dəyişikliklər daxildə başlayır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu gündən boş qalan yerlərə ixtisas seçimi başlayır like
  • 28 Avq 00:00  
Digərləri Bu gündən boş qalan yerlərə ixtisas seçimi başlayır

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas se�

arrow Ətraflı
Aygün Kazımovanın bu videosu gündəm oldu like
  • 27 Avq 23:47  
Şou-biznes Aygün Kazımovanın bu videosu gündəm oldu

Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yayılan videosu marağa

arrow Ətraflı
İlham Əliyev "Qarabağ"ı təbrik edib like
  • 27 Avq 23:32  
Siyasət İlham Əliyev "Qarabağ"ı təbrik edib

Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında "Qarabağ&q

arrow Ətraflı
Azərbaycanda işsiz gənclərin sayı açıqlandı like
  • 27 Avq 23:25  
Digərləri Azərbaycanda işsiz gənclərin sayı açıqlandı

Ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edi

arrow Ətraflı
Əməkdar artistin oğlu nişanlandı like
  • 27 Avq 23:10  
Şou-biznes Əməkdar artistin oğlu nişanlandı

Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımo

arrow Ətraflı
Azərbaycanda tələbə vəfat etdi like
  • 27 Avq 22:57  
Digərləri Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat edib.

arrow Ətraflı