Rəis müavini təyin edəcəyəm deyib 40 min manatını aldı


Kriminal 26 Avq 2025 00:19:00 50 0

Rəis müavini təyin edəcəyəm deyib 40 min manatını aldı

Bakıda dələduzluqlar edən şəxsə hökm oxunub.

Son.az-ın məlumatına görə, 40 yaşlı Astara rayon sakini Alim Səfərov (soyad şərtidir) üç nəfəri aldadaraq, külli miqdarda vəsaiti ələ keçirib.

İlk zərərçəkən 2012-2023-cü illərdə Xəzər rayonu 20 nömrəli xüsusi əyani-qiyabi orta məktəbinin direktoru işləmiş Şahin Musayevdir (soyad şərtidir). 2022-ci ildə həmin məktəbdə yoxlama aparılarkən nöqsanlar aşkarlanıb və Şahin Musayev barəsində Cinayət Məcəlləsinin 3 maddəsilə cinayət işi açılıb. Söhbət zamanı Alim özünü geniş əlaqələri olan şəxs kimi təqdim edərək, ona açılan cinayət işində dəyən ziyanı azaldacağını, habelə həmin ittihamlar üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə xitam veriləcəyini vəd verib. Bu məqsədlə ondan 3 min manat pul alıb.

İkinci epizodda da zərərçəkən tərəf Nizami rayonu ərazisində yerləşən 2 saylı xüsusi əyani-qiyabi orta məktəbin 2014-2022-ci illərdə direktoru olmuş Əmrah Səfərov olub. Onun rəhbəri olduğu məktəbdə 2022-ci ildə aparılan yoxlamalar zamanı nöqsanlar üzə çıxıb və direktor barəsində Cinayət Məcəlləsinin 3 maddəsilə cinayət işi açılıb. Alim Səfərov Əmrah Səfərova da cinayət işinə xitam veriləcəyini söz verib və ondan 10 min manat pul alıb.

Üçüncü zərərçəkən isə hüquq-mühafizə orqanlarının Bəhruz adlı əməkdaşıdır. O, Lənkəranda bir restoranda söhbət zamanı Alimlə tanış olub. Alim ona Astara kəndlərindən birinin məscidində axund vəzifəsində işlədiyini və çox geniş əlaqələri olduğunu deyib. Ona inanan Bəhruz Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran şəhər Qeydiyyat və İmtahan Texniki Baxış Şöbəsinin rəis müavini işləmək istədiyini bildirib. Alim bu işdə ona kömək olacağını vəd verərək, ondan 200 min manat istəyib. İlk olaraq isə 23500 dollar (40 min manat) pul alıb və Bəhruza 1 ay ərzində vəzifəyə təyin olunacağı barədə əmr veriləcəyini bildirib.

Lakin təbii ki, vədlərin heç biri yerinə yetməyib və zərərçəkənlər polisə şikayət ediblər. Nəticədə Alim Səfərov saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda törədildikdə) maddələri ittiham elan olunub.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə Alim Səfərov barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, ümumi rejimli həbsxanada cəza çəkəcək./lent.az

“Uzak şehir” bu tarixdə başlayır like
  • 26 Avq 00:13  
Şou-biznes “Uzak şehir” bu tarixdə başlayır

"Uzak şehir" serialının ikinci mövsüm üçün yayım tarixi bəll

arrow Ətraflı
22 yaşlı tələbənin ölümündəki müəmma  Dostuna göndərdiyi mesaj ürək dağladı like
  • 26 Avq 00:11  
Digərləri 22 yaşlı tələbənin ölümündəki müəmma Dostuna göndərdiyi mesaj ürək dağladı

İstanbulun Beşiktaş rayonunda yaşayan universitet tələbəsi, 22 yaşlı He

arrow Ətraflı
Bu gün Azərbaycanda Laçın şəhəri günü qeyd olunur like
  • 26 Avq 00:06  
Digərləri Bu gün Azərbaycanda Laçın şəhəri günü qeyd olunur

Bu gün Azərbaycanda 26 avqust - Laçın şəhəri günü qeyd olunur.

arrow Ətraflı
Günün qoroskopu: Yeni risklərdən uzaq durun like
  • 26 Avq 00:01  
Digərləri Günün qoroskopu: Yeni risklərdən uzaq durun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Texniki baxışın müddəti necə hesablanır?  BDYPİ cavablandırır like
  • 25 Avq 23:41  
Digərləri Texniki baxışın müddəti necə hesablanır? BDYPİ cavablandırır

Baş Dövlət Yol Polisi İdarəsinin "1 sual - 1 cavab" rubrikası h�

arrow Ətraflı
"Mən də atamı bu xəstəlikdən itirdim" like
  • 25 Avq 23:29  
Şou-biznes "Mən də atamı bu xəstəlikdən itirdim"

"Aygün Bəylərin xəstəliyini eşidəndə pis oldum, 3 gün özümə gə

arrow Ətraflı
Bakıda ən ucuz kirayə evlər bu ərazilərdədir like
  • 25 Avq 23:25  
Digərləri Bakıda ən ucuz kirayə evlər bu ərazilərdədir

Son illərdə Bakının daşınmaz əmlak bazarında, xüsusilə də kirayə seq

arrow Ətraflı
Küçənin ortasında 3,6 metr uzunluğunda ilan tutuldu like
  • 25 Avq 23:17  
Dünya Küçənin ortasında 3,6 metr uzunluğunda ilan tutuldu

ABŞ-nin Cənubi Karolina ştatında küçədə 3,6 metr uzunluğunda torlu pito

arrow Ətraflı
"Mercedes" BMW mühərriklərinə keçir like
  • 25 Avq 23:07  
Digərləri "Mercedes" BMW mühərriklərinə keçir

Avtomobil dünyasında maraqlı əməkdaşlıq gündəmdədir. 

arrow Ətraflı
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir like
  • 25 Avq 23:03  
Digərləri Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanə

arrow Ətraflı
"Aygün Bəylərin qızı evimə gəlir, amma mənimlə danışmır" like
  • 25 Avq 22:50  
Şou-biznes "Aygün Bəylərin qızı evimə gəlir, amma mənimlə danışmır"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıql

arrow Ətraflı
Erməni bloqer Rusiyada həbs edildi like
  • 25 Avq 22:42  
Digərləri Erməni bloqer Rusiyada həbs edildi

Moskvanın Taqanski Rayon Məhkəməsi erməni bloqer Arsen Markaryanı vətən

arrow Ətraflı
“Bir həftəyə 7 mindən çox əsgər ölüb”  Tramp like
  • 25 Avq 22:38  
Dünya “Bir həftəyə 7 mindən çox əsgər ölüb” Tramp

"Ötən həftə Ukrayna ilə Rusiya arasında gedən döyüşlərdə 7221 �

arrow Ətraflı
İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? like
  • 25 Avq 22:25  
Digərləri İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin m

arrow Ətraflı
Bağça müəllimi olmaq istəyənlərin like
  • 25 Avq 22:13  
Digərləri Bağça müəllimi olmaq istəyənlərin

Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəl

arrow Ətraflı