"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı
Digərləri 25 Avq 2025 10:18:00 88 0
Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
Bu xəbəri də oxu: “Sədərək”də yanğın davam edir
Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:
"Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, "Sədərək" Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər. Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar".
Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var.
"Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq. Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər",- deyə millət vəkili əlavə edib.
Əməkdar artist Elnur Kərimov paylaşımı ilə diqqət çəkib.

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra əra

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Astroloqların proqnozuna görə, gələn həftənin sonuna qədər bəzi bürcl

Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

Ötən il dekabrın 25-də baş verən və Azərbaycan Hava Yollarına (AZAL) m�

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ukrayna Prezidenti Vladimir Zelenski açıqlaması ilə diqqət çəkib.

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səb�

Aktrisa Ornella Mutinin (əsl soyadı Rivellidir) qızı aktrisa, model, müğə

Yay fəslinin son günləri bəzi bürclər üçün xüsusi fürsətlər və xo�

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.
