10 abituriyentin taleyi: 600dən çox bal topla və kənarda qal... Ekspert şərh edir
Digərləri 23 Avq 2025 17:32:00 55 0
Bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin ixtisas seçiminin nəticələri elan olundu. Nəticələrdə təəssüf doğuran hallardan biri qəbul imtahanlarından 600-dən yuxarı bal toplamış 10 nəfər abituriyentin tələbə adını ala bilməyib kənarda qalmasıdır.
Bu xəbəri də oxu: Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq
Halbuki həmin abituriyentlər 600-dən yuxarı balı toplayana kimi min bir əziyyət çəkmişdi. Gecəsini gündüzünə qatan bu abituriyentlərlə yanaşı, valideynlər də repetitorlara böyük pullar xərcləmişdi.
Bu abituriyentlərə hansı güzəştlər edilə bilər?
Təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin abituriyentlər üçün heç bir güzəşt ola bilməz:
"Hər şey sistemlə olur. Sistem artıq bunu belə qəbul edib. Bunların qatarı getdi. Amma ikinci tur var. İkinci turda həmin abituriyentlər arzuladığı heç bir yerə girə bilməz, çünki ikinci turlar 150-200 ballıq yerlərdir. 600-dən yuxarı bal toplayan biri gedib həmin ixtisası seçən deyil. İkinci turda onların iştirakını təsəvvür edə bilmirəm. Bu iddiada olan biri niyə kollec seçsin? Çox təəssüf".
Məzahir Məmmədli həmin abituriyentlərin kənarda qalması səbəbini belə izah edib:
"600-dən yuxarı bal toplayan abituriyentlər 3 kateqoriyadan olan şəxslərdir. Birincisi, Bakıda fəaliyyət göstərən özəl liseylər özlərinin reytinqlərini qaldırmaq üçün ümumi statistikanı verəndə bəyan edirlər ki, məktəbimizdən bu qədər abituriyent 600-dən yuxarı bal toplayıb. Xarici universitetlərə qəbul oluna bilmir, amma buradakı statistikada göstərilirlər. Onlar da başqalarının haqqına girməmək üçün necə gəldi ixtisas seçir, adı da qalır ki, düşə bilmədi.
Sabah Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən

Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi

İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin m

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova

"Oskar" mükafatlı britaniyalı aktrisa Keyt Vinslet, "Titanik&q

Avtomobil sürücüsü digər nəqliyyat vasitəsinin hərəkətinə mane olub v

IV qrup üzrə ən yüksək keçid balına malik 5 ixtisas açıqlanıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey

İstanbul Universitetində yemək qiymətlərinin bahalaşmasına etiraz edən a

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova bacıla

Dəbdəbəli yas mərasimləri Azərbaycanda ictimaiyyət arasında müzakirə o

Əməkdar artist Elnur Əhmədovun qızı yüksək balla universitetə qəbul ol

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xəbərdaredici

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ABŞ-ın keçmiş
