Əhaliyə xəbərdarlıq: Güclü külək, leysan yağış olacaq
Digərləri 21 Avq 2025 10:53:00 207 0
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.
Bu xəbəri də oxu: 2 aydan sonra... Pensiyalarla bağlı vacib xəbər
Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:
"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".
"Bundan əlavə, FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının zəruriliyini bildirir.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - deyə müraciətdə qeyd olunub.
Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş və güc
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəc
Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağacla
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ba
Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəc
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avqustun 21-də Azərbaycan Respu
Müğənni Rəqsanə İsmayılovanın illər öncə verdiyi müsahibə yenidən
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri
Trend beynəlxalq informasiya agentliyi aparıcı qlobal xəbərlərin monitorin
Azərbaycan Kooperasiya Universitetinin sabiq rektoru, iqtisad elmləri namizəd
Aktrisa Ülviyyə Xalinbəyova ilə aktyor Murad İsmayıl ayrıldıqdan sonra y
Dünya əhalisinin təxminən 10 faizini təşkil edən solaxay insanlar gündə
