Xəzərdəki bu ada Abşerona birləşəcək AÇIQLAMA
Digərləri 20 Avq 2025 17:33:00 267 0
Son illər Xəzərdə yerləşən Pirallahı adasında dənizin səviyyəsinin azaldığı ciddi şəkildə müşahidə olunur.
Bu xəbəri də oxu: Qarayusifli terrorundan 5 il ötür
Pirallahı Rayon İcra Hakimiyyətindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ada üzrə Xəzərin suyu 200 metr geri çəkilib.
Qeyd edilib ki, suyun geri çəkilməsi prosesi 2 metr dərinliyində müşahidə olunub.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri Əmir Əliyev İqtisadiyyat.az-a bildirib ki, Xəzər üzrə 150-200 metr, hətta kilometr məsafədə suyun geri çəkildiyi ərazilər mövcuddur.
Şöbə müdiri xatırladıb ki, keçmişdə Pirallahı adası ilə quru ərazini birləşdirmək üçün damba inşa olunub. Onun sözlərinə görə, artıq həmin quru yolun kənarlarından da suyun geri çəkildiyi müşahidə olunmaqdadır: "Suyun səviyyəsinin sürətlə geri çəkilməsi nəticəsində ada Abşerona birləşə bilər. Səviyyə bugünkündən bir neçə metr aşağı düşərsə, adanın quruya birləşməsi qaçılmazdır. Bunların da hamısı iqlimlə əlaqədardır. Hazırda il ərzində suyun səviyyəsi 10-15 sm aşağı düşür".
Xatırladaq ki, son dövrlər Xəzər dənizində müşahidə olunan suyun geri çəkilməsi və səviyyənin azalması elmi dairələr və ictimaiyyət arasında ciddi narahatlıq doğurur. Bu ekoloji problem təkcə regionun iqlim balansına deyil, həm də Xəzər dənizinətrafı yaşayan insanların iqtisadi və sosial həyatına təsir göstərir. Mütəxəssislər bu prosesin səbəbləri sırasında iqlim dəyişikliyi, çay axınlarının azalması və antropogen faktorları qeyd edirlər. Məsələ artıq təkcə ekoloji deyil, strateji əhəmiyyət daşıyan problemə çevrilib.
Almaniya Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı detalları tərə
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Zamanın axarında bəzən elə insanlar olur ki, onların varlığı təkcə ya
Azərbaycan ötən il Bakıda həbs edilmiş hindistanlı kriminal avtoritet May
İsrail Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun Fəl�
Əməkdar artist Könül Kərimova görünüşü ilə izləyicilərini təəccü
Müğənni Rüfət Axundov özünün lüks avtomobilini izləyiciləri ilə böl
Avqustun 21-dən etibarən CineMastercard premium kinoteatrlar şəbəkəsi tür
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri
Son illər Azərbaycanda ali təhsilin magistratura pilləsinə marağın ciddi
"Narimanfilm" kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət N
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
