Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı
Digərləri 19 Avq 2025 14:58:00 225 0
Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin rüşvət ittihamı ilə həbs edilən sabiq müdiri, baş memar Tofiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Putin Ukrayna əsgərləri ilə bağlı tapşırıq verdi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmə təqsirləndirilən şəxsə külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarını əsaslı hesab etməyib.
T.Kərimov dələduzluqda təqsirli bilinib. Ona bu cinayətlə 2 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin onun 2023-cü ildən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Tofiq Kərimov 2023-cü ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunub. İstintaqla onun rayon ərazisində tikinti işlərinə icazə verilməsi müqabilində 33 min manat tələb etməsinə və bu məbləğin 25 min manatını almasına dair əsaslı şübhələr müəyyən edilib. Prokurorluq onun rüşvət alarkən saxlanıldığını bildirib.
T.Kərimov məhkəmədə özünü təqsirli bilməyib. O, tikintiyə icazə vermək səlahiyyətinin olmadığını, yalnız müraciətlərin çoxluğu səbəbindən dolayı köməklik göstərməyə razılıq verdiyini deyib və əməlindən peşman olduğunu bildirib.
"Yataqxana və hostellər. Layihələndirmə normaları" təsdiq edili
Türkiyəli aktyor İbrahim Yıldız güclü küləyin təsiri ilə ağacın aş
Azərbaycan Beynəlxalq Bankı bank kartları ilə bağlı daha bir limit tətbi
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş inves
"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğ
Zelenski Trampla görüşdə geydiyi kostyum barədə zarafat edib.
Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Avqustun 18-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq
Avqustun 20-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Slova
Hazırda Türkiyədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil al
Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr st
Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 19-da Azərbaycan Respublik
