Putinin Trampa Donetsk qarşılığında təklifi gündəm oldu
Digərləri 16 Avq 2025 23:25:00 64 0
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən tarixi zirvənin pərdəarxası üzə çıxmağa başlayıb. Ukraynadakı müharibənin sona çatması üçün bir çox mövzuda yumşaldığı bildirilən Putinin, Trampdan Donetsk bölgəsinin Rusiyaya verilməsini istədiyi qeyd olunub. Putin bunun müqabilində Xerson və Zaporijya bölgələrindəki cəbhə xəttini dondurmağı təklif edib.
Bu xəbəri də oxu: Bağırsaq bakteriyası yuxusuzluğa səbəb ola bilər
Hər iki tərəf görüşdən sonra verdikləri açıqlamada bir çox mövzuda irəliləyiş əldə olunduğunu, lakin hələ də həll edilməli məsələlərin olduğunu bildiriblər.
İngiltərə mərkəzli Financial Times qəzetinin məlumatına görə, görüşdə ərazi mübadiləsi də gündəmə gəlib. Danışıqlara yaxın 4 mənbəyə əsaslanaraq yayımlanan xəbərdə Putinin, Trampdan Ukraynanın Donetsk bölgəsinin Rusiyaya verilməsini istədiyi bildirilib.
Rusiya lideri bunun əvəzində isə Ukraynanın cənubundakı Xerson və Zaporijya bölgələrində cəbhə xəttini dondurmağı təklif edib.
Donetsk bölgəsi Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən şiddətli döyüş sahələrindən biri olaraq qalır. 2014-cü ildə başlayan separatçı hərəkatlardan sonra, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə bölgədəki döyüşlər daha da güclənib. Rusiyapərəst separatçılar və Rusiya ordusu Donetskin nəzarətini ələ keçirmək üçün Ukrayna ordusuna qarşı intensiv hücumlar təşkil edir. Ukrayna isə bölgəni müdafiə etməkdə qərarlıdır və tez-tez əks-hücumlar həyata keçirir. Mülki əhalinin böyük zərər gördüyü Donetsk hazırda müharibənin ən kritik və dağıdıcı cəbhələrindən biri kimi ön plana çıxır. Lalə Qüdrətova Son.az
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılır.

Yay aylarında çoxları sərinləmək üçün pijamasız yatmağın daha faydal

Müğənni Rəqsanə İsmayılova həbs edilib.

Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəy

Müğənni Günel Zeynalova şəxsi həyatı ilə bağlı sualı cavablandırıb

Sumqayıtda 16 yaşlı gənc dənizdə çimərkən həyatı ilə vidalaşdı. Ha

Hipertoniyada bəzi balıq növlərinin seçilməsi zərərli ola bilər. Xüsus

Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün əra

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi altında Nizami Gəncəvi

Doğum tarixi insanın taleyində, o cümlədən həm maddi, həm də mənəvi z

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluq əməll�

Şir bürcü mövsümü bütün bürclərə isti qızıl işığını saçaraq,

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

Türkiyə Ticarət Nazirliyi, "Alya" markalı uşaq idman dəstində x

Son dövrlərdə tez-tez adı çəkilən aktrisa Nesrin Cavadzadə, bir müddət
