Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız Ən yüksək və az maaşlı sahələr


Digərləri 15 Avq 2025 22:20:00 76 0

Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız  Ən yüksək və az maaşlı sahələr

Ali məktəblərə ixtisas seçiminin yekunlaşmasına sayılı günlər qalıb. Demək olar ki, hər gün sosial şəbəkələrdə valideynlərin, abituriyentlərin seçimlərini paylaşaraq, insanlardan "Necə seçilib? Qəbul şansım var? Kəsilmərəm ki?" suallarına cavab istəyirlər. Baxanda görürsən ki, ixtisasların çoxu sadəcə "qəbul olum",-deyə seçilib. O sahələrdə iş imkanı isə çox zəifdir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında ixtisas qrupları üzrə maaşı və tələbatı yüksək, həmçinin aşağı olan ixtisaslar barədə danışıb.

Bəzi məktəblərdə fiziki mühit hələ də inklüziv təhsilə uyğun deyil" - Rizvan  Fikrətoğlu

"Bir çox abituriyent yüksək bal toplasa da, ixtisas seçimindən sonra peşman olur. Onların ya iş sahəsində gözləntiləri qarşılanmır, ya da ümumiyyətlə iş tapmırlar.

I ixtisas qrupunda informasiya texnologiyaları, təbiət elmləri, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarına tələbat çox yüksəkdir. Bu sahələrdə maaş yüksələn və artan dinamika ilə irəliləyir. Həmçinin dövlət və özəl sektorlarda iş tapmaq asandır, qlobal sahələrə çıxış imkanları var. Evdə oturaraq xarici şirkətlərə hər hansısa proqram yazmaqla da, maliyyə əldə etmək mümkündür.

Həmçinin bu ixtisas qrupundakı mühəndislik sahələrinə daxil olan elektronika, energetika və mexanika da tələbatlı ixtisaslardır. Burada maaş ortadan yuxarı doğru irəliləyir. Sahəsinin mütəxəssisi olanlar qətiyyən işsiz qalmırlar. Bunlardan fərqli olaraq neft-qaz mühəndisliyinə artıq əvvəlki tələbat yoxdur. Kimya mühəndisliyi isə məhz akademik yöndə çalışmaq istəyənlər üçün idealdır.

II ixtisas qrupunda isə iqtisadiyyat və idarəetmə ixtisaslarının kadrlarına ehtiyac çoxdur. Biznesin idarəedilməsi, rəqəmsal marketinq, iqtisadiyyat, maliyyə sahələrinə tələbat var, lakin burada diplom yox, əsas şərt praktiki bacarıqdır. Əmək haqqı bağlanğıc üçün orta, zamanla isə yüksələndir. Bu qrupdakı menecment ixtisası aşağı tələbatlıdır, həmçinin bu sahədə işləmək üçün mütləq ixtisaslaşma lazımdır. Dövlət və bələdiyyə idarəedilməsində isə iş tapmaq çətindir.

III ixtisas qrupunda hüquqşünaslığa yüksək bilik tələb olunur, tələbat isə həmişə yüksəkdir, lakin rəqabət olduqca çoxdur. Dövlət sektorunda çalışmaq çətindir, əlavə imtahan və praktika tələb olunur.

Filologiya az gəlirli sahədir. Tarix, kitabxanaçılıq, fəlsəfə kimi ixtisaslara tələbat çox aşağıdır, iş tapmaq demək olar ki, mümkünsüzdür. Vakansiyalar üzrə maaşlar əlverişli deyil. Bu ixtisaslara həqiqi maraq yoxdursa, yalnız bala uyğun seçim düzgün deyil.

IV ixtisas qrupunda tibb, stomatologiya, əczaçılıq ixtisaslarına tələbat çox yüksəkdir, amma uzunmüddətli və çətin təhsil yolu var. Maaş yaxşı olsa da, dövlət müəssisələrində bir qədər aşağıdır. Bu ixtisasları bitirib, özəl klinikalarda işləmək daha məqsədəuyğundur. Bu qrupda biologiya, kimya kimi ixtisaslarda isə tələbat zəifdir.

Ümumiyyətlə, hansı ixtisas qrupu olmasından asılı olmayaraq, seçim edərkən diploma yox, bacarığa önəm vermək lazımdır. İxtisasın adına yox, gələcəkdə hansı iş imkanları verə biləcəyinə fikir vermək lazımdır. Ən yaxşı ixtisas şəxsin maraqlarına uyğun seçiləndir, amma bu rahatdır deyə yox, real tələbat və gəlir imkanlarına görə olmalıdır",-deyə ekspert fikrini yekunlaşdırıb. Son.az  

Ceff Bezosa ağır itki like
  • 15 Avq 22:02  
Dünya Ceff Bezosa ağır itki

Amazon-un qurucusu Jeff Bezosun anası və şirkətin erkən tarixində mühüm

arrow Ətraflı
Ukraynada ölkə üzrə hava həyəcanı elan edildi like
  • 15 Avq 21:48  
Dünya Ukraynada ölkə üzrə hava həyəcanı elan edildi

Ukraynanın bütün bölgələrində hava həyəcanı elan olunub.

arrow Ətraflı
Ümidini itirmişdi  İtmiş pul qabı 11 il sonra görün haradan tapıldı like
  • 15 Avq 21:16  
Dünya Ümidini itirmişdi İtmiş pul qabı 11 il sonra görün haradan tapıldı

ABŞ-li Richard Guilfordun 2014-cü ildə Ford zavodunda itirdiyi cüzdan, 10 il

arrow Ətraflı
Alyaskadakı görüşdə kimlər olacaq?  Siyahı like
  • 15 Avq 21:00  
Dünya Alyaskadakı görüşdə kimlər olacaq? Siyahı

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün

arrow Ətraflı
Məşhur cütlük ayrılıq iddialarına belə son verdi like
  • 15 Avq 20:45  
Şou-biznes Məşhur cütlük ayrılıq iddialarına belə son verdi

Evlilikləri ilə bağlı yayılan iddialarından sonra Burak Özçivit və Fahr

arrow Ətraflı
Pakistanda helikopter qəzası  Ölənlər var like
  • 15 Avq 20:32  
Dünya Pakistanda helikopter qəzası Ölənlər var

Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım da�

arrow Ətraflı
Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək?  RƏSMİ CAVAB like
  • 15 Avq 20:24  
Digərləri Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? RƏSMİ CAVAB

Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompe

arrow Ətraflı
Zərərçəkmişlər növbəti dəfə ifadə verdilər like
  • 15 Avq 20:13  
Siyasət Zərərçəkmişlər növbəti dəfə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Yolda tapdığı lələk sayəsində zəngin oldu like
  • 15 Avq 20:05  
Dünya Yolda tapdığı lələk sayəsində zəngin oldu

Yeni Zelandiyada təsadüfən tapılan və araşdırma nəticəsində nəsli kə

arrow Ətraflı
Britaniyada hava limanında iki təyyarə toqquşdu like
  • 15 Avq 19:51  
Dünya Britaniyada hava limanında iki təyyarə toqquşdu

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağ�

arrow Ətraflı
Ad günündə vəfat etdi... like
  • 15 Avq 19:49  
Digərləri Ad günündə vəfat etdi...

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anas�

arrow Ətraflı
Naci Görürdən qorxunc zəlzələ açıqlaması: İstədiyiniz qədər dua edin, dayandıra bilməzsiniz like
  • 15 Avq 19:31  
Digərləri Naci Görürdən qorxunc zəlzələ açıqlaması: İstədiyiniz qədər dua edin, dayandıra bilməzsiniz

Prof. Dr. Naci Görür, Marmaranın zəlzələ yaratma müddətinin bitdiyini bi

arrow Ətraflı
Qovlar şəhərində köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri inşa ediləcək like
  • 15 Avq 19:06  
Digərləri Qovlar şəhərində köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri inşa ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar ş

arrow Ətraflı
"Yaşayan Nostradamus"dan yeni qorxulu PROQNOZ like
  • 15 Avq 18:52  
Dünya "Yaşayan Nostradamus"dan yeni qorxulu PROQNOZ

"Yaşayan Nostradamus" da adlandırılan braziliyalı parapsixoloq Ato

arrow Ətraflı
Xalq artistindən 7 dəfə ərə gedən qadına: “Əsas başın bağlı olsun” like
  • 15 Avq 18:38  
Şou-biznes Xalq artistindən 7 dəfə ərə gedən qadına: “Əsas başın bağlı olsun”

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı