Bakıda siqaret qohumları düşmən etdi: qaynını öldürdü, oğlunu döydü
Kriminal 11 Avq 2025 23:15:00 72 0
2023-cü il dekabrın 3-də Bakının Nizami rayonu ərazisində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olub ki, hadisə Qara Qarayev prospekti, 49 ünvanında baş verib. Baxışda iştirak edən Süleyman Zamanov Həsən Həsrətovun atasına bıçaqla zərbələr vurduğu yeri göstərib.
Bu xəbəri də oxu: "Gazelli Art House Baku" sizi “Məskunlaşmış fərdlər” adlı multidissiplinar qrup sərgisinə dəvət edir
Səhər saatlarında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Həsən Həsrətov Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gələrək, qaynı Rasim Zamanovu qətlə yetirdiyini etiraf edib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1979-cu il təvəllüdlü Rasim Zamanovun bədənində 7 ədəd bıçaq yarası aşkar edilib.
Son.az lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 2-i saat 21 radələrində yaranmış mübahisə zamanı Həsən Həsrətov qaynı Rasim Zamanovun övladı Süleymanın üzünə sillə vurub. Süleyman atası Rasim Zamanova telefonla zəng edib, bu barədə məlumat verdikdən sonra, Rasim məsələyə aydınlıq gətirmək məqsədilə bir saatdan sonra Qara Qarayev prospektindəki 47 nömrəli evin qarşısına gəlib. Həsən Həsrətov evdən çıxarkən cibinə bıçaq qoyub. O, binanın həyətinə düşərək, 103 saylı uşaq bağçasının qarşısında Rasim Zamanovu görüb. Burada Rasim Həsənin yaxasından tutub, yerə yıxaraq ona təpiklə zərbələr vurub. Bundan hiddətlənən Həsən bıçağı cibindən çıxarıb, qayının döş qəfəsinə, habelə bədəninin digər nahiyələrinə davamlı olaraq, var gücü ilə çoxsaylı zərbələr endirib və hadisə yerini tərk edib. Rasim Zamanov məhəllə sakinlərinin köməyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İş üzrə dindirilmiş Həsən Həsrətov bildirib ki, Nərimanov rayonundakı evini sataraq müvəqqəti olaraq qayınatası Fəxrəddin Zamanova məxsus Q.Qarayev prospekti, ev 47, mənzil 143-də arvadı və bir azyaşlı uşağı ilə qalıb. Qaynatasının evi 4 otaqdan ibarətdir:
"Bir otaqda mən ailəmlə, digər otaqda isə qaynım Rasim Zamanovun oğlu Süleyman yaşayırdı. Orta məktəb şagirdi olan Süleyman atası ilə problemləri olduğundan babasıgildə qalırdı. Mən və qayınatam eyvanda siqaret çəkmək üçün Süleymanın otağından keçib gedirdik. Bu isə Süleymanda qıcıq yaradırdı, bir neçə dəfə mənə otağına girməməyimi demişdi.
Həm bu səbəbdən, həm də zibil qabını çölə qayınatam apardığına görə Süleymanı bununla bağlı tənbəh etdim. Cavab qaytardığı üçün dekabrın 2-də onu öz otağında döydüm. Həmin gün başqa ünvana köçüb yaşamağımı qərarlaşdırdım".
Həsən Həsrətovun sözlərinə görə, bundan sonra axşam Süleymanın atası Rasim evə gələrək, söhbət etmək üçün onu küçəyə çağırıb. O başa düşüb ki, döyüldüyü üçün Süleyman atasına şikayət edib:
"Bu vaxta qədər Rasimlə münasibətim yaxşı idi, aramızda ədavət olmamışdı. Süleyman da mənimlə birlikdə evdən çıxdı. Özümü müdafiə etməkdən ötrü mətbəx bıçağını cibimə qoydum. Binanın qarşısında dayanan Rasimə və oğluna dedim ki, uşaq bağçasının qarşısına keçsinlər. Əsəbiləşib Süleymana "niyə atasına şikayət etdiyini" bildirdim və üzünə sillə vurdum. Qaynımla əlbəyaxa olduq. Rasim məni yerə yıxıb ayağı ilə zərbələr endirdi.
Stellantis Böyük Britaniyada daha 72 min avtomobili geri çağırır.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov əcnəbilərin kuryer kimi işə

"Rusiya prezidenti Vladimir Putin qəti şəkildə atəşkəsə hazırlaşm

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

İsrailin blokadası səbəbilə Qəzzada son 24 saatda biri uşaq olmaqla daha

Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ baş verib.

Braziliya hökuməti Azərbaycan və Ermənistanı bu il avqustun 8-də iki ölk

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıları

Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqı

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i g
