Əsgər Bəkiyevin intiharının detalları Cibindən məktub çıxıb...


Digərləri 11 Avq 2025 10:44:00 62 0

Əsgər Bəkiyevin intiharının detalları  Cibindən məktub çıxıb...

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. 

Son.az musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: "Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev".

İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.

Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb.

Bəkiyev xidmətdə olan zaman baş leytenant tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Komandir yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq onun ünvanına nalayiq ifadələr işlədib, ləyaqətini alçaldıb, amansız rəftar edib. Əsgərin yazdığı məktubdan belə başa düşülür ki, ailəsinə bu barədə əvvəllər də məlumat veribmiş.

Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın.

Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb.

Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub.

Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.


Xəbərə aid video


Xəbərə aid fotolar

Türkiyədə zəlzələdə ölən şəxs görün kim imiş like
  • 11 Avq 10:35  
Digərləri Türkiyədə zəlzələdə ölən şəxs görün kim imiş

Balıkəsirin Sındırgı rayonunda dünən baş verən 6,1 bal gücündə zəlz

arrow Ətraflı
Bu 4 BÜRC avqust ayında istədiyini əldə edəcək like
  • 11 Avq 10:21  
Digərləri Bu 4 BÜRC avqust ayında istədiyini əldə edəcək

Astroloqların proqnozlarına görə, 2025-ci ilin avqust ayı bəzi bürclər �

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ gözlənilir?  AÇIQLAMA like
  • 11 Avq 10:08  
Digərləri Azərbaycanda güclü zəlzələ gözlənilir? AÇIQLAMA

Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bö

arrow Ətraflı
"Evlərdən uzaq durun"  Ekspertdən xəbərdarlıq like
  • 11 Avq 09:57  
Digərləri "Evlərdən uzaq durun" Ekspertdən xəbərdarlıq

Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da baş verən 6,1 bal gücünd�

arrow Ətraflı
Gecəni küçədə keçirdilər like
  • 11 Avq 09:45  
Digərləri Gecəni küçədə keçirdilər

Xəbər verdiyimiz kimi, Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da saat

arrow Ətraflı
QAZ31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı like
  • 11 Avq 09:35  
Digərləri QAZ31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Avro bahalaşdı, bu valyutalar isə ucuzlaşdı like
  • 11 Avq 09:24  
Digərləri Avro bahalaşdı, bu valyutalar isə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır like
  • 11 Avq 09:19  
Digərləri Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün ba�

arrow Ətraflı
Zəngilanda yanğın törədən şəxs saxlanıldı like
  • 11 Avq 09:07  
Digərləri Zəngilanda yanğın törədən şəxs saxlanıldı

Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis

arrow Ətraflı
Türkiyədə daha bir neçə zəlzələ oldu like
  • 11 Avq 09:00  
Digərləri Türkiyədə daha bir neçə zəlzələ oldu

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirir

arrow Ətraflı
Tezliklə varlanacağınızı göstərən 5 əlamət like
  • 11 Avq 08:45  
Digərləri Tezliklə varlanacağınızı göstərən 5 əlamət

Zənginlik gəlməzdən əvvəl insanın davranışında beş əsas dəyişiklik

arrow Ətraflı
Quşları üçün 80 bilet aldı  FOTO like
  • 11 Avq 08:30  
Digərləri Quşları üçün 80 bilet aldı FOTO

Səudiyyə şahzadəsi 80 şahin üçün təyyarə bileti alıb.

arrow Ətraflı
Qadınlar üçün "Viaqra" buraxılacaq like
  • 11 Avq 07:07  
Digərləri Qadınlar üçün "Viaqra" buraxılacaq

Qadınlar üçün "Viaqra" adlanan qeyri-hormonal kremi Myregynanın y

arrow Ətraflı
Gecə su içmək faydalıdır, yoxsa zərərli? like
  • 11 Avq 06:06  
Digərləri Gecə su içmək faydalıdır, yoxsa zərərli?

Su sağlam həyatın ayrılmaz hissəsidir. Lakin mütəxəssislər yalnız nə

arrow Ətraflı