Kamaləddin Qafarov: “Azərbaycan Prezidentinin Vaşinqtona səfəri bölgədə yeni reallıqların əsasını qoydu”


Siyasət 10 Avq 2025 11:35:00 72 0

Kamaləddin Qafarov: “Azərbaycan Prezidentinin Vaşinqtona səfəri  bölgədə yeni reallıqların əsasını qoydu”

"ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar "Ağ ev" rəhbərinin Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpasına yüksək həssaslıqla yanaşdığını deməyə əsas verir".

Son.az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə, Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə verdiyi bəyanatında qeyd edildiyi kimi, Prezident Tramp və onun komandası olmasaydı, bu gün Ermənistan və Azərbaycan hələ də tükənməyən  danışıqlar prosesində qalardı.

""Prezident Donald Tramp Qafqaza sülh gətirir" deyən möhtərəm dövlət başçımız bununla ABŞ Prezidentinin fəaliyyətinə verdiyi yüksək dəyəri nümayiş etdirmiş oldu.  Azərbaycan Prezidentinin Vaşinqtona bu səfəri Ermənistan ilə sülh sazişinin imzalanması istiqamətində atılmış həlledici addım olmaqla yanaşı, eyni zamanda, Azərbaycan-ABŞ əlaqələrinin inkişafında yeni, daha yüksək və daha səmərəli mərhələyə keçidi təmin edəcək. Azərbaycan və ABŞ prezidentləri tərəfindən  Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da bunu birmənalı olaraq təsdiq edir".

Daha sonra millət vəkili avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin bütünlüklə Azərbaycanın maraqlarına uyğun olduğunu və bu sənədin Ermənistanla sülh sazişinin imzalanması yolunda duran son maneələrin aradan qaldırılması baxımından əhəmiyyətini vurğulayaraq deyib:

"Birgə Bəyannamənin 2-ci və 3-cü bəndlərində birbaşa Azərbaycanın Ermənistanla sülh sazişini imzalaması üçün əsas şərt kimi irəli sürdüyü iki haqlı tələbin qəbul olunduğunu təsdiqləyən ifadələrin yer alması, bu sənədin ölkəmizin maraqlarına tam cavab verdiyini nümayiş etdirir. Bunlardan biri ATƏT-in Minsk qrupunun rəsmi qaydada ləğv olunması ilə bağlı tələb idi. Bəyannamənin 2-ci bəndində isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması təsdiqlənir. Bəyanatda ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarı qəbul etməyə dair çağırışı da  öz əksini tapıb. Azərbaycanın təkid etdiyi digər bir məsələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Birgə Bəyannamədə göstərilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın fəaliyyəti  məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilir. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və  Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir. Diqqətəlayiq haldır ki, cənab Prezident İlham Əliyev imzalanmış Bəyannamədə "Tramp Rifah və Sülh Marşrutu" kimi adlandırılan yolun  bir çox divarları yox edəcəyini, yeni əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğulayıb.  Prezident İlham Əliyevin Vaşiqton səfərinin nəticəsi kimi əldə olunmuş daha bir uğuru xüsusi qeyd etmək istəyirəm. Söhbət 33 ildən bəri Azərbaycan-ABŞ münasibətlərində qara ləkə kimi duran bədnam 907-ci düzəlişin ləğv olunmasından gedir. Dövlət başçımızın dediyi kimi, bu, tarixi bir hadisədir və onun birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilməsi "Ağ ev"in ölkəmizə qarşı xoş niyyətinin  aşkar nümayişi kimi  qiymətləndirilməlidir".

Tramp NASAnın bu missiyalarını dayandırmaq üçün hərəkətə keçir like
  • 10 Avq 11:30  
Dünya Tramp NASAnın bu missiyalarını dayandırmaq üçün hərəkətə keçir

Tramp administrasiyası alimlər, siyasətçilər və fermerlər üçün mühüm

arrow Ətraflı
Bakıda iki “Shacman” toqquşdu  sürücülər belə xilas edildi like
  • 10 Avq 11:10  
Digərləri Bakıda iki “Shacman” toqquşdu sürücülər belə xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax

arrow Ətraflı
ABŞdə silahlı insident: 6 nəfər yaralandı like
  • 10 Avq 11:05  
Dünya ABŞdə silahlı insident: 6 nəfər yaralandı

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində baş verən silahlı hücum

arrow Ətraflı
Karmik dəyişiklik yaxınlaşır  Bu 4 bürc həqiqi xoşbəxtliyi kəşf edəcək like
  • 10 Avq 11:00  
Digərləri Karmik dəyişiklik yaxınlaşır Bu 4 bürc həqiqi xoşbəxtliyi kəşf edəcək

Bəzi hadisələr təsadüfi kimi görünsə də, əslində uzun bir daxili yolu

arrow Ətraflı
Toyda qızının rəqsi hicablı ananı özündən belə çıxardı like
  • 10 Avq 10:46  
Dünya Toyda qızının rəqsi hicablı ananı özündən belə çıxardı

Türkiyədə toyda twerk rəqsi ilə diqqət çəkən gənc qız anasının onu

arrow Ətraflı
Bermud üçbucağının sirri açıldı  Dəniz canavarları, yadplanetlilər və... like
  • 10 Avq 10:30  
Digərləri Bermud üçbucağının sirri açıldı Dəniz canavarları, yadplanetlilər və...

"Bermud üçbucağındakı itkin hallarının əsas səbəbi ehtimallardır

arrow Ətraflı
Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var like
  • 10 Avq 10:23  
Digərləri Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

arrow Ətraflı
Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar like
  • 10 Avq 10:14  
Dünya Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar

Türkiyənin Aydın vilayətində meyiti tapılan 22 yaşlı universitet tələb

arrow Ətraflı
Bu 4 bürcü xüsusi bir gün gözləyir: Sürprizlər və aydınlıqlar zamanı like
  • 10 Avq 10:00  
Digərləri Bu 4 bürcü xüsusi bir gün gözləyir: Sürprizlər və aydınlıqlar zamanı

9 avqust tarixində baş verəcək Ayın dolması üçün astroloji proqnoz bəz

arrow Ətraflı
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək like
  • 10 Avq 09:53  
Digərləri DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtah

arrow Ətraflı
Şəhərin mərkəzində açıqsaçıq geynən qıza görə dava düşdü like
  • 10 Avq 09:45  
Dünya Şəhərin mərkəzində açıqsaçıq geynən qıza görə dava düşdü

İstanbulun Bahçelievler rayonunda, iddiaya görə, bir qadın başqa bir qadı

arrow Ətraflı
Uşaqlar çimərlikdən qaçır  dənizanası sancmaları artdı like
  • 10 Avq 09:30  
Digərləri Uşaqlar çimərlikdən qaçır dənizanası sancmaları artdı

Bu yay Delaver sahillərində dənizanası sayının kəskin artması çimərlik

arrow Ətraflı
Bu gün rezidenturaya qəbul imtahanının 2ci mərhələsi keçiriləcək like
  • 10 Avq 09:23  
Digərləri Bu gün rezidenturaya qəbul imtahanının 2ci mərhələsi keçiriləcək

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanını

arrow Ətraflı
Türkiyə bu tarixlərdə "qovrulacaq"  Azərbaycanda da 55° isti gözlənilirmi? like
  • 10 Avq 09:13  
Digərləri Türkiyə bu tarixlərdə "qovrulacaq" Azərbaycanda da 55° isti gözlənilirmi?

Türkiyə Afrikadan gələn yeni "Eyyam-ı Bahur" isti hava dalğası

arrow Ətraflı
Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq like
  • 10 Avq 08:08  
Digərləri Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq

Diş fırçasını islatmaq çox insanın gündəlik vərdişidir, amma mütəx�

arrow Ətraflı