Kaja Kallasdan Vaşinqtondakı tarixi görüşə REAKSİYA
Dünya 09 Avq 2025 10:50:00 56 0
Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir.
Bu xəbəri də oxu: "Ukrayna öz ərazilərindən imtina etməyəcək"
Son.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın bəyanatında deyilir.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında Ağ Evdə əldə olunmuş razılaşmalar uzunillərin münaqişəsinə son qoyulması məsələsində əhəmiyyətli sıçrayış olub.
"Biz hər iki tərəfin və ABŞ administrasiyasının anı düzgün dəyərləndirərək irəliləyişə nail olmasını yüksək qiymətləndiririk. İndi isə razılaşdırılmış tədbirlərin, xüsusilə sülh müqaviləsinin imzalanması və ratifikasiyasının vaxtında təmin edilməsi vacibdir", - deyə o vurğulayıb.
Kallas qeyd edib ki, bu il mart ayında Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninə dair ikitərəfli danışıqların başa çatmasından sonra indiki addım, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşdırılması yolunda mühüm və həlledici növbəti mərhələdir.
Onun sözlərinə görə, bu gün razılaşdırılmış tədbirlərin həyata keçirilməsindən sonra onların regionda ümumiliklə sülhün inkişafına müsbət təsir göstərəcəyi, münaqişə mirası ilə ayrılmış cəmiyyətləri davamlı sülhə və ümumi rifaha yaxınlaşdıracağı gözlənilir.
"Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini tam dəstəkləyir və uzun illərdir hər iki tərəf və beynəlxalq tərəfdaşlarımızla birlikdə davamlı sülh üçün şəraitin yaradılması istiqamətində çalışır. Biz bundan sonra da tərəfdaşlarla tamhüquqlu normallaşma üzərində işləməyə, o cümlədən növbəti addımların praktiki icrası üçün əlavə dəstək və ekspert bilikləri təqdim etməyə hazırıq",- K.Kallas bildirib.
Son.az
ABŞ-ın Corciya ştatında yerləşən Emori Universitetinin ərazisində atı�

Ermənistan və Azərbaycan artıq Vaşinqtondakı sənədi imzalamaqla sülh ba

Çanaqqalada ötən gün başlayan iki ayrı meşə yanğını güclü küləyin

Müğənni Afət Fərmanqızı diqqət çəkən açıqlamalar verib. Son.az x

Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir. Ankara öz

Avqust ayı bəzi bürclər üçün tam mənasıyla maddi yüksəliş dövrü ol

"Pakistan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın himayəsi altında keç

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasın

Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 1

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

Sosial mediada 31 yaşlı argentinalı gözəlin çəhrayı Chanel çantası və

Yaponiyada qarpız yeməyin qeyri-adi üsulu məşhurdur. Bəzi sakinlər qarpı
