“Həmin Palatanın belə səlahiyyəti yoxdur”


Digərləri 08 Avq 2025 13:45:00 67 0

“Həmin Palatanın belə səlahiyyəti yoxdur”

"Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur".

Son.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən "Azərekspertiza" Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında "fəaliyyəti dayandırılmış qiymətləndiricilər" bölməsində yer alıb.  

50 ildən çoxdur fəaliyyət göstərən birlik iddia edir ki, bu müdaxilələr qiymətləndirici təşkilatlara yəni hüquqi şəxslərə yönəlir: "Belə ki, Qiymətləndiricilər Palatasının rəsmi saytında "fəaliyyəti dayandırılmış qiymətləndiricilər" bölməsində bəzi təşkilatların, yəni hüquqi şəxslərin adlarının yer alması açıq şəkildə səlahiyyətin aşılmasıdır. Halbuki "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən "Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir" - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır.

Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici - bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur".

Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarının əks olunduğu Qiymətləndirmə fəaliyyəti haqqında Qanunla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz. 

"Azərekspertiza"dan verilən açıqlamada bildirilib ki, qiymətləndirmə sahəsində şəffaflıq və qanunlara əsaslanan fəaliyyət, bu sahədə etibarlılığın və ictimai inamın təminatı üçün əsas şərtlərdəndir: "Bu məqsədlə yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatasının missiyası peşəkar qiymətləndiricilərin hazırlanması və reyestrə salınması, fəaliyyətin tənzimlənməsi və nəzarəti, beynəlxalq standartların tətbiqi və dövlət-özəl sektor üçün etibarlı qiymətləndirmə sisteminin qurulması kimi ictimai maraqlara xidmət etməlidir. 

Palatanın bu addımı qanunvericiliyin pozulmasıdır. "Azərekspertiza" Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. "Azərekspertiza" Birliyi ilə AQP sədrinə mənsub şirkətlərlə eyni lahiyələrdə uzun illərdir xidmət göstəririk. Palata tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan qərarın məqsədi bizim təşkilatı həmin lahiyələrdən uzaqlaşdırmaqdır.  Ətraflı

Palatanın rəhbərinin bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət - fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb. 

Palatanın bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək. 

Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur. Qiymətləndiricilər Palatası kimi institutların əsas funksiyası qanunlara uyğun şəkildə tənzimləmə və dəstək verməkdir. Hüquqdankənar səlahiyyət tətbiq etməklə görülən fəaliyyətlər isə yalnız şəxsi maraqların güdüldüyünü göstərir".

İttihamlarla əlaqədar Azərbaycan Qiymətləndiricilər Palatasına da sorğu ünvanlamışıq. 

***

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasından sorğumuza belə cavab aldıq: "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunda açıq şəkildə göstərilir ki, Palata qiymətləndiriciləri üzvlüyə qəbul edir və onların reyestrini formalaşdırır. Bununla paralel olaraq, Rəyasət Heyətinin keçirilmiş iclasında qəbul edilən qərar və qərardan irəli gələn reqlament əsasında, Palata həmin qiymətləndirici təşkilatın siyahısını formalaşdırır ki, qurumlar təşkilatları axtarıb tapmaq istədikləri zaman çətinlik çəkməsinlər. Hələ ki Palata formalaşmaq prosesindədir deyə bu addımı atmağa zərurət yaranıb.

"Azərekspertiza"ya gəldikdə isə onların qiymətləndiricilərini siyahıdan çıxarmamışıq. Qiymətləndiricilər siyahıdadır, onlar fəaliyyət göstərə və fəaliyyətlərini davam etdirə bilərlər. Lakin Palata "Azərekspertiza"nı uzaqlaşdırıb. Çünki dəfələrlə onların özlərinə şifahi və yazılı qaydada müraciət etdik ki, Nizamnamə dəyişdirilməlidir, "Azərbaycan dövlət dili haqqında" Qanuna uyğun olaraq latın qrafikalı əlifba ilə yazılıb verilməlidir. Amma onlar bunu icra etmədilər".

Vardan Arutyunyan saxlanıldı like
  • 08 Avq 13:43  
Digərləri Vardan Arutyunyan saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin ke�

arrow Ətraflı
Azərbaycanda əlini sükandan çəkən sürücülər cərimələnəcək like
  • 08 Avq 13:14  
Digərləri Azərbaycanda əlini sükandan çəkən sürücülər cərimələnəcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraci

arrow Ətraflı
AzərbaycanABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb  FOTO like
  • 08 Avq 13:06  
Digərləri AzərbaycanABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcə

arrow Ətraflı
Seda Sayanın vardövləti "DODAQ UÇUQLATDI" like
  • 08 Avq 13:00  
Şou-biznes Seda Sayanın vardövləti "DODAQ UÇUQLATDI"

Türkiyəli məşhur müğənni Seda Sayan bu dəfə ağlasığmaz var-dövlət

arrow Ətraflı
Azərbaycanda məşhur klinika cərimələndi like
  • 08 Avq 12:59  
Digərləri Azərbaycanda məşhur klinika cərimələndi

Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli C

arrow Ətraflı
Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  FOTO like
  • 08 Avq 12:51  
Digərləri Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcə

arrow Ətraflı
Qızılın qiyməti yeni tarixi maksimuma çatıb like
  • 08 Avq 12:44  
Digərləri Qızılın qiyməti yeni tarixi maksimuma çatıb

Cümə günü səhər saatlarında qızılın qiyməti kəskin şəkildə artara

arrow Ətraflı
Sabah Bakıda temperatur bir az da enəcək like
  • 08 Avq 12:35  
Digərləri Sabah Bakıda temperatur bir az da enəcək

Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Taleh Kazımov özünə daha bir müşavir təyin etdi like
  • 08 Avq 12:24  
Digərləri Taleh Kazımov özünə daha bir müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir m

arrow Ətraflı
Elektrik enerjisinə tələbat rekord həddə çatdı like
  • 08 Avq 12:17  
Digərləri Elektrik enerjisinə tələbat rekord həddə çatdı

Avqustun 6-sı saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord

arrow Ətraflı
Bəzi ərazilərdə işıq olmayacaq like
  • 08 Avq 12:05  
Digərləri Bəzi ərazilərdə işıq olmayacaq

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri

arrow Ətraflı
Cənubi Qafqazın gələcəyinin soyuq məntiqi: bundan sonra nə olacaq? like
  • 08 Avq 12:00  
Siyasət Cənubi Qafqazın gələcəyinin soyuq məntiqi: bundan sonra nə olacaq?

2020-ci ilədək olan 30 ildə Cənubi Qafqaz xroniki qeyri-sabitlik bölgəsi o

arrow Ətraflı
Xalq artisti dənizə paltarla girdi like
  • 08 Avq 11:50  
Şou-biznes Xalq artisti dənizə paltarla girdi

Xalq artisti Brilliant Dadaşova görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpıldı like
  • 08 Avq 11:45  
Digərləri Sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpıldı

Sumqayıtda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpılıb, 1

arrow Ətraflı