Ölkəmizə qarşı hibrid təhdidlər artır Komissiyadan rəsmi açıqlama
Digərləri 06 Avq 2025 15:58:00 87 0
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb.
Bu xəbəri də oxu: Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan "Facebook" vasitəsilə hələ də davam etdiyini müşahidə edir.
Belə ki, bir sıra səhifələr ("Echo of Baku", "Azeri Horizon", "Xəbər24", "Merry you", "Azerbaijan Pulse", "Az insight" və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.
Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində "Facebook"da paylaşıldıqdan sonra istifadəçilərdən "Telegra.ph" kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər.
Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, "Meta" şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.
Türkiyədə son günlər dəniz suyunun istiliyinin artması ilə əlaqədar ol

Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yay�

Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələrdə onlayn qumar v�

Türkiyəli müğənni Mustafa Sandal məkanların birində konsert verib.

Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları "biletim.az" por

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

Rusiya Azərbaycan və ABŞ-dan qaz qəbul edən Ukrayna stansiyasına PUA hücu

Güney Azərbaycandan olan jurnalist Meysəm Rəşidi Ərdəbil meri Mahmud Səf

Azərbaycan vətəndaşı Rusiyada qəzada ölüb.

Peşə və ixtisas seçimi abituriyentin gələcək karyerasında və maddi rifa

Rusiya avqustun 4-dən 5-nə keçən gecə Ukrayna ərazilərinə "İskənd

Türkiyəli tanınmış müğənni Selami Şahin yay tətilini keçirdiyi Çeşm

Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha d

Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağla

Əməkdar mədəniyyət işçisi, yazıçı -publisist, "Olaylar" q
