Günvurma 12 saat ərzində ölümə səbəb ola bilər AÇIQLAMA
Digərləri 06 Avq 2025 06:06:00 70 0
Yay aylarında temperaturun kəskin artması ilə birlikdə bədənimizin termorequlyasiya sistemi də ciddi sınağa çəkilir. Çoxları üçün günəşli hava istirahət anlamı daşısa da, bəzi hallarda bu isti dalğaları insan orqanizmi üçün ölümcül nəticələr doğura bilər. Həddindən artıq istilik nəticəsində baş verən günvurma (heat stroke), ilk baxışda sadə görünən amma əslində çoxsistemli orqan çatışmazlığına səbəb ola biləcək ciddi bir tibbi fövqəladə haldır.
Bu xəbəri də oxu: Azərbaycanın buğda idxalında ciddi artım Rəy
Qeyd edək ki, TƏBİB ötən ay Bakıda 53 nəfərin günvurma diaqnozu ilə müraciət etdiyini açıqlayıb.
Mövzu ilə bağlı terapevt Günay Musayeva Modern.az-a bildirib ki, günvurma zamanı bədənin istilik tənzimi pozulur və daxili bədən temperaturu 40°C və daha yüksək səviyyəyə çatır. Onun sğzlərinə görə, bu zaman təkcə baş ağrısı və halsızlıq deyil, həyatla uyğun olmayan orqan zədələnmələri də baş verir.
"Kliniki praktikamızda biz bu cür hallarla yay aylarında, xüsusilə yaşlılarda, uşaqlarda və açıq havada çalışan insanlarda tez-tez qarşılaşırıq. Günvurma yalnız istiliklə bağlı deyil - bu, bəzən əvvəldən mövcud olan xroniki xəstəliklərin aktivləşməsi və ya ağırlaşması üçün də bir tətikləyici rolunu oynayır.
Məsələn, hipertoniya, şəkərli diabet, ürək çatışmazlığı kimi xəstəlikləri olan insanlar isti havada bədən mayesini tez itirir, dərman balansı pozulur və kəskin böyrək çatışmazlığı, miokard infarktı, insult, şok kimi həyat təhlükəsi yaradan vəziyyətlər inkişaf edə bilir".
Terapevtin fikrincə, ən qorxulusu isə, günvurma zamanı beyinə təsirdir:
"Həddindən artıq istilik və dehidratasiya nəticəsində baş verən serebral ödem (beyin şişməsi) və hipoksik beyin zədəsi çox vaxt geridönməz nəticələrə gətirib çıxarır. Klinikamızda şahid olduğumuz bir neçə hal var ki, adi açıq havada işləyən gənc şəxslər sadəcə maye itirdikləri və simptomlara əhəmiyyət vermədikləri üçün komatoz vəziyyətə düşmüşdülər. Onlardan bəziləri həyatlarını itirmişdi.
Yay aylarında insanların əksəriyyətində üzdə səpkilər, sızanaqlar və

İnfarkt həm dünyada, həm də Azərbaycanda vaxtsız ölümlərin aparıcı

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva geyim tərzi ilə gü

Pop musiqisinin əfsanəsi Maykl Ceksona məxsus nadir əşyalardan biri - ağ q

Yay aylarında temperaturun yüksəlməsi ilə soyuq və dondurulmuş içkilər�

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri po

Sumqayıtda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş v

"Yayılan videodan sonra cəmiyyətin reaksiyasını gözləyib, elə fikir

Çeçenistan rəhbəri Ramzan Kadırov düşmənlərinə müraciət edərək sə

Onilliklərdir ki, əfsanəvi bolqar görücü Vanqa özünü doğrultmuş proqn

ABŞ prezidenti Donald Tramp yəqin ki, üçüncü müddətə namizədliyini ir�

Bu ilin ilk 6 ayı ərzində diplom təsdiqi üçün 2755 müraciət qeydə alı

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar "AStar" layihəsind
