Təranə Muradova yubileyinə hazırlaşır FOTO


Kriminal 04 Avq 2025 21:57:00 69 0

Təranə Muradova yubileyinə hazırlaşır  FOTO

Tanınmış xoreoqraf, Azərbaycanın və dünya xalqlarının rəqslərinin ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti, dosent Təranə Muradova 6 avqustda 60 illik yubileyini qeyd edəcək. Bakı Xoreoqrafiya Məktəbinin (hazırda - Bakı Xoreoqrafiya Akademiyası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rusiya Dövlət Sosial Universitetinin məzunu olan Təranə Muradova həyatının 40 ildən çoxunu xoreoqrafiya sənətinə həsr etmişdir.

17 yaşında Azərbaycan Dövlət Rəqs Ansamblında çıxış etməyə başlamış və qısa zamanda ansamblın aparıcı solistlərindən birinə çevrilmişdir. 30 yaşında isə ansamblın baletmeysteri təyin olunmuşdur. Dövlət tədbirləri, mədəniyyət günləri, müxtəlif layihə və festivallar, UNESCO və TÜRKSOY-un əhəmiyyətli layihələri çərçivəsində dünyanın bir çox mötəbər səhnələrində - La Skala, Aspendos, Kreml Sarayı, Böyük Teatr və s. - çıxış edərək milli sənətimizi böyük uğurla təmsil etmişdir. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan Təranə Muradova yalnız milli rəqsləri deyil, həm də dünya xalqlarının rəqslərini yüksək səviyyədə təqdim etmişdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində milli incəsənətimiz, mədəniyyətimiz və irsimiz bütün dünyada tanınıb və şöhrət qazanıb. Dövlət tərəfindən mədəniyyət xadimlərinə, incəsənətin müxtəlif sahələrinin inkişafına və təbliğinə xüsusi diqqət və qayğı göstərilir. Qeyd etmək istərdim ki, yubileyim münasibətilə bir sıra tədbirlər keçiriləcək, yaradıcılıq proqramları və konsertlər təqdim olunacaq, sürprizlər hazırlanıb. Onlardan biri yaxın günlərdə - 30 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək "Azerbaijan Dance Festival 2025" çərçivəsində təqdim olunacaq. Bu, ənənələri, sənəti və ilhamı birləşdirən beynəlxalq miqyaslı bir hadisədir. Yubileyimə həsr olunmuş "Night of the Dancing Diamonds" adlı qala axşamında məşhur xarici xoreoqrafın iştirakı ilə ortaq çıxış - sürpriz təqdim olunacaq. Festivalda Azərbaycanın milli rəqsi müasir bal rəqsləri ilə bir araya gələcək və mədəniyyətlərin, üslubların sintezində möhtəşəm bir harmoniya nümayiş olunacaq", - deyə Təranə Muradova bildirib.

Pedaqoq və xoreoqraf kimi bir çox istedadlı rəqqasələrin yetişməsində böyük rolu olmuş, 15 il ərzində Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının xoreoqrafiya kafedrasına rəhbərlik etmiş, son 10 ildə isə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru kimi fəaliyyət göstərmişdir. Eyni zamanda "Səyyah" uşaq rəqs ansamblı və "Odlar Yurdu" rəqs ansamblı da daxil olmaqla bir sıra rəqs kollektivlərinin yaranması və fəaliyyətində fəal iştirak etmişdir. O, həmçinin Azərbaycan Rəqs İttifaqının prezidentidir, bir çox beynəlxalq tədbirlərin açılış mərasimlərinin quruluşçu xoreoqraf, milli və beynəlxalq festivalların və müsabiqələrin münsiflər heyətinin üzvü olmuş, müxtəlif ölkələrdə rəqs tamaşaları qurmuş və ustad dərsləri keçmişdir.

Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edildi like
  • 04 Avq 21:40  
Digərləri Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edildi

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Ş

arrow Ətraflı
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə veriblər  FOTO like
  • 04 Avq 21:29  
Digərləri Əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə veriblər FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Qusman yeni vəzifəyə təyin olunub?  Özü açıqladı like
  • 04 Avq 21:25  
Digərləri Qusman yeni vəzifəyə təyin olunub? Özü açıqladı

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci mü

arrow Ətraflı
Bakıda iki uşağı ilə hotelə görüşə gedən qadını kişi eyvandan atdı  Cinayət işi  FOTO like
  • 04 Avq 21:10  
Kriminal Bakıda iki uşağı ilə hotelə görüşə gedən qadını kişi eyvandan atdı Cinayət işi FOTO

2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələr

arrow Ətraflı
Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit? like
  • 04 Avq 20:55  
Digərləri Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit?

Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün kredit

arrow Ətraflı
Tramp Hindistana tarif vergisini artırmaq qərarına gəldi like
  • 04 Avq 20:40  
Dünya Tramp Hindistana tarif vergisini artırmaq qərarına gəldi

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırma

arrow Ətraflı
İsti havalarda heyvanlara necə qayğı göstərilməlidir? like
  • 04 Avq 20:20  
Digərləri İsti havalarda heyvanlara necə qayğı göstərilməlidir?

Yay aylarında temperaturun yüksəlməsi həm insanlar, həm də heyvanlar üç

arrow Ətraflı
Qubada yanğın törədənlərdən biri həbs olundu, ikisi cərimələndi  FOTO like
  • 04 Avq 20:05  
Digərləri Qubada yanğın törədənlərdən biri həbs olundu, ikisi cərimələndi FOTO

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahə

arrow Ətraflı
Ölümündən bir ay sonra övladı doğuldu like
  • 04 Avq 20:00  
Digərləri Ölümündən bir ay sonra övladı doğuldu

Ötən ay vəfat edən gənc şair Həsən Kürün övladı dünyaya gəlib.

arrow Ətraflı
ABŞ Rusiya ilə müharibəyə başlayır? like
  • 04 Avq 19:30  
Digərləri ABŞ Rusiya ilə müharibəyə başlayır?

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

arrow Ətraflı
İlk dəfə oğlunun FOTOsunu paylaşdı like
  • 04 Avq 19:10  
Şou-biznes İlk dəfə oğlunun FOTOsunu paylaşdı

Müğənni Elnar Xəlilov paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb like
  • 04 Avq 18:47  
Digərləri Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb

Avqustun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar

arrow Ətraflı
Fuad Xəlilova yeni vəzifə verildi like
  • 04 Avq 18:35  
Digərləri Fuad Xəlilova yeni vəzifə verildi

Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İda

arrow Ətraflı