21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ
Digərləri 04 Avq 2025 16:12:00 65 0
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.
Bu xəbəri də oxu: Normadan artıq duz istifadəsinin FƏSADLARI
Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.
2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib.
Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib.
Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələtinə əsasən isə müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.
Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.
Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxış�

"Bu, zəhləm getmiş insanlarla davaya düşürəm"

Pomidor bu il necə deyərlər, həm boldur, həm də ucuz. Amma alan yoxdur. Ya

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki depar

Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin edilib.

Bu gün ölkə ərazisində temperaturun 40 dərəcəyə qədər yüksələcəyi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə gör

Müğənni Aysun İsmayılova ilk dəfə qızı Sevgiylə birgə şəkilini sosi

Sosial şəbəkələrdə - xüsusilə "TikTok" platformasında yayıla

Avropada atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən istehsa

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliy
