İllərlə ata, anasının məzarını axtarıb tapmayan Xalq artisti...
Kriminal 01 Avq 2025 22:45:00 75 0
Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev bu gün 87 yaşında vəfat edib.
Bu xəbəri də oxu: Bakıda maşını qəsdən yandıranlar saxlanılıblar VİDEO
Son.az lent.az-a istinadla Arif Babayev haqqında məlumat verir.
- Arif Babayev kimdir?
- Arif Babayev "Şöhrət", "İstiqlal" ordenləri ilə təltif olunan, Azərbaycanın Xalq artisti, xanəndə və Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri idi.
- Arif Babayev nə zaman və harada dünyaya gəlib?
- Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.
- Arif Babayev harada təhsil alıb?
- Arif Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununun məzunu olub.
- Arif Babayev yaradıcılığa nə zamandan başlayıb?
- 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub.
Xalq artisti 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olub.
1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. Eyni zamanda Xəzər Universitetində də muğam dərsi də verib.
- Arif Babayevin yaradıcılığında hansı muğamlar xüsusi yer tutur?
- Arif Babayevin yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilib.
Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.
- Arif Babayev hansı mükafatları alıb?
- Arif Babayev 1978-ci ildə"Azərbaycan SSR əməkdar artisti", 1989-cu ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adını alıb. O, 1998-ci ildə "Şöhrət" ordeninə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Bundan əlavə Xalq artisti "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı, "Şərəf" ordeni alıb. 2 il öncə o, Azərbaycan Prezidentinin fəxri diplomuna, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına, 2025-ci il mayın 8-də isə Heydər Əliyev mükafatına layiq görülüb.
- Arif Babayevin ailəsi barədə nə bilirik?
- Arif Babayevin 3 övladı var. O, Gültəkin xanımla 58 il evli olub. Onların arasında böyük sevgi və hörmət olub. Xanəndənin həyat yoldaşı açıqlamalarından birində bildirib ki, ən böyük arzusu həkim olmaq idi, lakin bu ixtisasa qəbul olmaq üçün 1 balı çatmayıb. 18 yaşında evlənən xanım daha sonra ardıcıl 3 övladı olduğu üçün təhsilini davam etdirə bilməyib. Onların qızı isə anasının arzusunu davam etdirərərək, həkim olub.
Gültəkin xanım onu da qeyd edib ki, bütün gün Allaha dua edirəm ki, Arifə can sağlığı versin. Onun pis gününü mənə göstərməsin.
- Arif Babayevin ən böyük istəyi nə idi?
- Arif Babayev müsahibəsində bildirib ki, o, həmişə Ağdama gedib ata və anasının qəbrini axtarıb, tapmağı istəyib. Qarabağ işğaldan azad olunandan sonra isə həmin qəbirstanlığa üz tutub, lakin valieynlərinin məzarını tapa bilməyib...
- Arif Babayevin vəziyyəti nə zaman pisləşib?
- İyulun 23-ü saat 17:30-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Sonra Xalq artisti Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
- Arif Babayev nə zaman vəfat edib?
- Arif Babayev avqustun 1-də səhər saat 06:30-də Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq, vəfat edib.
Allah rəhmət eləsin!
Yay aylarında elektrik xərclərini artırmadan evi sərin saxlamaq istəyənl�

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

Həkim infarktdan qorunmaq üçün aspirin qəbulunun qaydalarını açıqlayıb

Rusiya Dövlət Dumasının deputatı miqrant uşaqları üçün pulsuz təhsili

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsiz

"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantla

Son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hü

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.

AQTA yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemi

"Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin ol
