Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı dövlətimiz üçün prioritet məsələdir”


Siyasət 01 Avq 2025 10:20:00 84 0

Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı dövlətimiz üçün prioritet məsələdir”

"Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sovet İttifaqının tərkibində mövcud olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət və siyasi iradə tələb edirdi".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, həmin dövrdə əksər milli respublikaların rəhbərləri ana dili məsələsini gündəmə gətirməkdə aciz idi. "Lakin Azərbaycanda ana dilimizin dövlət dili statusu alması uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi bu məsələdə də tarixi nailiyyətin əldə olunmasına möhkəm zəmin yaratdı. Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizədə bütün qüvvələri səfərbər edə bildi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu Öndər Heydər Əliyev var gücü ilə Azərbaycan SSRİ-nin Konstitusiya layihəsinə ana dilimizin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Nəticədə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olundu".  

Millət vəkili daha sonra Ulu Öndər Heydər Əliyevin  bir sıra qanunverici təşəbbüslərinin Azərbaycan dilinin inkişafında mühüm rol oynadığını diqqət mərkəzinə çəkib: "1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ümummilli Liderin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir".

Daha sonra K.Qafarov bu gün ölkəmizdə dövlət dilinin qorunması və inkişafı məsələlərinin daim diqqət mərkəzində saxlandığını vurğulayaraq  deyib: "Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keçirilməsinin nəticələridir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan cənab Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı  təsdiq etməsi, milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir".

Bakıda "alverçi"dən BMW alan şəxsin başına oyun açdılar  VİDEO like
  • 01 Avq 10:17  
Digərləri Bakıda "alverçi"dən BMW alan şəxsin başına oyun açdılar VİDEO

Bakıda maşın alqı-satqısı ilə məşğul olan şəxslərin daha bir fırı

arrow Ətraflı
Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb like
  • 01 Avq 10:11  
Digərləri Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb

Bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili v�

arrow Ətraflı
Dünyanın təxminən 10 faizi...  ChatGPTdən nə qədər adam istifadə edir? like
  • 01 Avq 10:00  
Digərləri Dünyanın təxminən 10 faizi... ChatGPTdən nə qədər adam istifadə edir?

"OpenAI" şirkəti ChatGPT çat-botunun artıq hər həftə 700 milyon

arrow Ətraflı
Castin Timberleykdə xəstəlik AŞKARLANDI like
  • 01 Avq 09:51  
Şou-biznes Castin Timberleykdə xəstəlik AŞKARLANDI

Dünya ulduzu Castin Timberleykə Laym xəstəliyi diaqnozu qoyulub.

arrow Ətraflı
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb like
  • 01 Avq 09:39  
Kriminal Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekrol

arrow Ətraflı
Türkiyədə ardıcıl 4 zəlzələ oldu like
  • 01 Avq 09:24  
Digərləri Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.

arrow Ətraflı
Bu xarici valyutaların manata qarşı məzənnəsi dəyişdi like
  • 01 Avq 09:15  
Digərləri Bu xarici valyutaların manata qarşı məzənnəsi dəyişdi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Arif Babayev vəfat etdi like
  • 01 Avq 09:00  
Kriminal Arif Babayev vəfat etdi

Xalq artisti Arif Babayev dünyasını dəyişib.

arrow Ətraflı
Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi like
  • 01 Avq 08:48  
Dünya Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi

Litvaniyanın Baş naziri Gintautas Paluckas, ailəsi ilə bağlı şirkətlər

arrow Ətraflı
Su və dəniz macərası üçün ən yaxşı smartfonlar like
  • 01 Avq 07:07  
Digərləri Su və dəniz macərası üçün ən yaxşı smartfonlar

Yay aylarında dəniz sahilləri, göllər və çaylar ətrafında vaxt keçirm

arrow Ətraflı
"Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm" like
  • 01 Avq 06:06  
Şou-biznes "Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm"

Müğənni Sevda Əliqızı Onkoloji xəstəliklə necə mübarizə aparmasınd

arrow Ətraflı
Zəqar alanda bunları etməsən, dəri xərçəngi riski yaranır like
  • 01 Avq 04:04  
Digərləri Zəqar alanda bunları etməsən, dəri xərçəngi riski yaranır

İsti yay fəsillərində günəş şüalarından qorunmaq üçün müxtəlif ü

arrow Ətraflı
Belinizi incitməyəcək 6 aşağı şəkərli süd məhsulu like
  • 01 Avq 03:03  
Digərləri Belinizi incitməyəcək 6 aşağı şəkərli süd məhsulu

Əlavə şəkərin qəbulunu azaltmaq sağlam qidalanmanın əsas prinsiplərind

arrow Ətraflı
Süni zəlzələlər və sunami təhlükəsi – Təsadüf, yoxsa qlobal təzyiq planı? like
  • 01 Avq 02:02  
Digərləri Süni zəlzələlər və sunami təhlükəsi – Təsadüf, yoxsa qlobal təzyiq planı?

Son günlərdə dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlz

arrow Ətraflı