Azərbaycan XİN Rusiya rəsmisinin Ayvazovski büstü ilə bağlı ittihamlarına cavab verib


Siyasət 01 Avq 2025 00:02:00 75 0

Azərbaycan XİN Rusiya rəsmisinin Ayvazovski büstü ilə bağlı ittihamlarına cavab verib

Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması ilə bağlı sualını şərh edərkən deyib.

Sualda qeyd olunub ki, Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökulməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, "abidələrlə müharibəyə", rus mədəniyyətinin "ləğv edilməsi" tədbirlərinə son qoymağa çağırış edib. Bununla yanaşı, Rusiya Federasiyasının dövlət xəbər agentliyi olan TASS informasiya agentliyində məsələ ilə bağlı dərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhəri "Stepanakert" adlandırılıb.

Ayxan Hacızadə cavabında bildirib ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasiyasına qoşulur.

"Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.

Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.

Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin "ləğv edilməsi" iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin "ləğv edilməsi" iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.

Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi.

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur", - deyə o bildirib.

Son.az  

Günün qoroskopu: sözlər sənin silahındır like
  • 01 Avq 00:01  
Digərləri Günün qoroskopu: sözlər sənin silahındır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Dünyanın ən yaşlı körpəsi! 31 yaşında dünyaya gəldi like
  • 31 İyl 23:39  
Dünya Dünyanın ən yaşlı körpəsi! 31 yaşında dünyaya gəldi

ABŞ-də yaşayan 35 yaşlı Lindsey və 34 yaşlı Tim Pierce cütlüyü, 1994-

arrow Ətraflı
Ermənistanda zəlzələ oldu like
  • 31 İyl 23:27  
Digərləri Ermənistanda zəlzələ oldu

Ermənistanın Martuni şəhərindən 6 kilometr aralıda zəlzələ qeydə alı

arrow Ətraflı
Portuqaliya Prezidenti ümumi çimərlikdə belə görüntüləndi like
  • 31 İyl 23:10  
Dünya Portuqaliya Prezidenti ümumi çimərlikdə belə görüntüləndi

Portuqaliya Prezidenti Marcelo Rebelo de Sousa, ümumi çimərlikdə istirahət

arrow Ətraflı
Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra like
  • 31 İyl 23:00  
Digərləri Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terr

arrow Ətraflı
Azərbaycanda evdən 2 meyit aşkarlandı  azyaşlı acından ölüb like
  • 31 İyl 22:41  
Digərləri Azərbaycanda evdən 2 meyit aşkarlandı azyaşlı acından ölüb

Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evindən evdən biri azyaşlıy

arrow Ətraflı
"Səhnədə 4 övladımı itirdim" like
  • 31 İyl 22:27  
Şou-biznes "Səhnədə 4 övladımı itirdim"

Xalq artisti Brilliant Dadaşova şəxsi həyatı ilə bağlı etiraf edib. 

arrow Ətraflı
Barış Arduç və Gupse Özay ayrılıb? like
  • 31 İyl 22:00  
Şou-biznes Barış Arduç və Gupse Özay ayrılıb?

Son günlər Barış Arduç və Gupse Özay haqqında yayılan ayrılıq iddiala

arrow Ətraflı
Zərərçəkmişlər məhkəmədə ifadə verib like
  • 31 İyl 21:45  
Siyasət Zərərçəkmişlər məhkəmədə ifadə verib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Gülben Ergen döyülərək öldürülən gənc üçün AKSİYADA! like
  • 31 İyl 21:35  
Şou-biznes Gülben Ergen döyülərək öldürülən gənc üçün AKSİYADA!

Müğənni Gülben Ergen, Bakırköy Meydanında keçirilən aksiya zamanı Matt

arrow Ətraflı
“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir”  Pezeşkian like
  • 31 İyl 21:22  
Siyasət “Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” Pezeşkian

"Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır".

arrow Ətraflı
Kamçatkada güclü zəlzələ oldu like
  • 31 İyl 21:11  
Digərləri Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında Bakı vaxtı ilə saat 18:35 radələrində (yer

arrow Ətraflı
"Euronews" III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb  VİDEO like
  • 31 İyl 21:02  
Siyasət "Euronews" III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb VİDEO

"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj haz

arrow Ətraflı
Xəstədə əvvəllər məlum olmayan qan qrupu aşkarlandı like
  • 31 İyl 20:48  
Dünya Xəstədə əvvəllər məlum olmayan qan qrupu aşkarlandı

Hindistanın Karnataka ştatının Kolar rayonunun sakinində əvvəllər məlum

arrow Ətraflı
Avropanın ən böyük kazinosu olacaq  Emin təqdim etdi like
  • 31 İyl 20:35  
Digərləri Avropanın ən böyük kazinosu olacaq Emin təqdim etdi

"Sea Breeze"in təsisçisi Emin Ağalarov burada fəliyyət göstərə

arrow Ətraflı