Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? TƏFƏRRÜAT
Siyasət 31 İyl 2025 11:53:00 87 0
Ötən gün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) bazasında "Azərbaycan-Ural" ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin axtarışa verildiyi barədə məlumat dərc edilib.
Bu xəbəri də oxu: Kürdəmirdə avtomobil yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Ənənəvi olaraq məlumat bazasında Şıxlinskinin hansı "cinayət" üzrə axtarışa verildiyi qeyd olunmayıb. Onun Cinayət Məcəlləsinin maddəsi üzrə axtarıldığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl Yekaterinburq məhkəməsində Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etməkdə ittiham olunur.
M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir. Həmin hadisə zamanı avtomildə olan Şahin Şıxlinski saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Son.az modern.az-a istinadən xəbər verir ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
Məlumata görə, Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə işin başlanmasına səbəb iyulun əvvəlində "Bakı Plaza"nın yaxımnlığında baş vermiş insident olub. "Kommersant" nəşrinin Ural bölməsi qeyd edir ki, Rusiyanın hüquq mühafizə orqanları Şahin Şıxlinskinin də həmin hadisədə güya rolu olub. Qeyd edək ki, iyulun 30-da Sverdlovsk məhkəməsi Mutvəli Şıxlinskinin həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.
Bundan əlavə, nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları əməkdaşları Şahin Şıxlinskini 2001-2011-ci illərdə baş verdiyi iddia olinan "qətl hadisələri"ndə iştirak etdiyini düşünürlər. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti sözügedən hadisələrə görə Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaş

Dünya müharibəni statistik rəqəmlərlə tanıyır: itkilər, generallar, ə

Müğənni Amil Həsənoğlu maraqlı açıqlama verib.

"Google Maps" xəritə tətbiqetməsində Azərbaycanın qərb rayonla

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixt

Azərbaycanda nikahın qeydə alınması alınması üçün yeni sənədlər tə

Paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsində ölümlə nəticələnən

ABŞ-də Havay istiqamətində hərəkət edən sərnişin təyyarəsi hava buru

İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Tehranla danışıqların bər

"Baş nazir "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası

Şəkərsiz qazlı içkilər 2-ci tip diabet riskini 38 faiz artırır.

31 iyul, cümə axşamı günü Günəş Merkuri ilə qarşılaşır və bu, ü�

Türkiyəli məşhur müğənni Ercan Saatçinin ailəsində ağır itki olub.

Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı həyata keçirdiyi genişmiqyasl
