İqtisadi artım və dayanıqlı məskunlaşmaya dair alt işçi qrupların ilk iclası keçirilib
Digərləri 30 İyl 2025 19:32:00 74 0
İqtisadiyyat Nazirliyində "İqtisadi artım" və "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası" üzrə alt işçi qrupların ilk iclası keçirilib.
Bu xəbəri də oxu: "Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik
Nazirlikdən Son.az-a verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
İqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov iclasda Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası barədə məlumat verib.
Qeyd olunub ki, 2024-cü ilin sonuna strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra səviyyəsi 78 faizə çatıb. Strategiyanın icrası nəticəsində 2022-2024-cü illərdə qeyri-neft-qaz sektoru üzrə ÜDM hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə 1,2 dəfə artıb. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6 faiz olduğu halda, 2024-cü ildə 67,8 faizə yüksəlib.
2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi isə 74 faizdir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpası və quruculuğu işlərinə 21 milyard manatdan artıq vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni m

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ilin

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E

OpenAI-nin məşhur süni intellekt chatbotu ChatGPT autizm spektri pozğunluğu

Polşalı aktyor, "Vedmak" serialının ulduzu Kşiştof Matuşevski v

Bakının "Şuşa Qalası" restoranında "Pastry & Bakery Chefs B

Astroloqlar yaxın zamanda maddi baxımdan bəxti gətirəcək bürcləri açıq

Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni m

"Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb.

Son.az "İzvestiya"ya istinadla avqust ayı üçün bürc proqnozunu t

Yay aylarının yandırıcı istisində paytaxtın bəzi bölgələrində içmə

Vüsalə illər sonra Əməkdar artist atasıyla BARIŞDI
