Qlobal Bakı Forumunda multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub


Siyasət 13 Mar 2025 20:45:00 106 0

Qlobal Bakı Forumunda multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib. O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: "Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq".

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: "Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər".

Nazir bildirib ki, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımdan daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.

"Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik", - deyə nazir əlavə edib.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen çoxqütblü dünyanın hər kəs üçün vacib olduğunu bildirəyək vurğulayıb: "Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Hazırda bütün dünyada gedən dəyişikliklər olduqca mürəkkəbdir".

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə sülhə nail olmağın yolunun qarşılıqlı məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük mövzusunun müzakirə edilməsi olduqca vacib məsələdir.

"Bir çox məsələlər müzakirə olunur. Ancaq əsas düşündürücü məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar süni intellekt, kosmos və insan irqi barədə narahatdırlar. Çalışmaq lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın. Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma olduğunu düşünürəm", - deyə o əlavə edib.

BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu xatırladaraq qeyd edib: "Biz əsas diqqətimizi qeyri-tarazlığın necə aradan qaldırılmasına yönəltməliyik. Yeni dünya düzənində güclərin tarazlığı olacaqmı, yoxsa maraqların? Bu, ən vacib iki məqamdır".

O, həmçinin bildirib: "BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq."

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: "Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir".

"Reinventing Bretton Woods" Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: "İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi", - deyə o diqqətə çatdırıb.

Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.

"Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür", - deyə o diqqətə çatdırıb.

Vanq Yivei, həmçinin əlavə edib: "Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq."

Panel mövzu ətrafında müzakirələrlə davam edib. Son.az 


Xəbərə aid fotolar

"Sülh yolu ilə həll bu tarixdən əvvəl baş verə bilməz"  Peskovdan AÇIQLAMA like
  • 13 Mar 20:22  
Dünya "Sülh yolu ilə həll bu tarixdən əvvəl baş verə bilməz" Peskovdan AÇIQLAMA

Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin yaxşı düşünülmü

arrow Ətraflı
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar like
  • 13 Mar 20:11  
Digərləri Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsulların

arrow Ətraflı
Ermənistan konstitusiyasını dəyişməsə, sülh çətin görünür  Komitə sədri like
  • 13 Mar 20:05  
Siyasət Ermənistan konstitusiyasını dəyişməsə, sülh çətin görünür Komitə sədri

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danı

arrow Ətraflı
Hansı ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq mövqeyini qoruyur? like
  • 13 Mar 20:00  
Digərləri Hansı ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq mövqeyini qoruyur?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayınd

arrow Ətraflı
Bakıda məşhur balıq restoranında nöqsanlar aşkarlandı like
  • 13 Mar 19:56  
Digərləri Bakıda məşhur balıq restoranında nöqsanlar aşkarlandı

Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göst

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda Aygün Səmədzadənin mahnilarindan ibarət konsert izdihamla keçib like
  • 13 Mar 19:46  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda Aygün Səmədzadənin mahnilarindan ibarət konsert izdihamla keçib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, öz bəs

arrow Ətraflı
Bu halda tutulan oruclar batil hesab olunur like
  • 13 Mar 19:42  
Digərləri Bu halda tutulan oruclar batil hesab olunur

"Orucu o insanlar tuta bilər ki, onların səhhətində problem yoxdur. İ

arrow Ətraflı
82 yaşlı kişi mülkünü ukraynalı xanıma miras qoydu: Ailə üzvləri isə... like
  • 13 Mar 19:33  
Dünya 82 yaşlı kişi mülkünü ukraynalı xanıma miras qoydu: Ailə üzvləri isə...

Londondakı ailəsindən miras qalan evini ofisianta verən yaşlı kişinin qoh

arrow Ətraflı
Tanınmış model Çelsi Baxşıyeva azadlığa buraxıldı like
  • 13 Mar 19:29  
Şou-biznes Tanınmış model Çelsi Baxşıyeva azadlığa buraxıldı

Bakıda həbsdə olan model Çelsi Baxşıyeva azadlığa buraxılıb.

arrow Ətraflı
Yunanıstanın yeni prezidenti and içib like
  • 13 Mar 19:24  
Dünya Yunanıstanın yeni prezidenti and içib

Yunanıstan parlamentinin keçmiş sədri Konstaninos Tasulas prezident vəzifə

arrow Ətraflı
Bütün günü işdə və yolda yuxulu olmaq nəyin əlamətidir? like
  • 13 Mar 19:14  
Digərləri Bütün günü işdə və yolda yuxulu olmaq nəyin əlamətidir?

Yuxusuz gecələrdən sonra yatmaq istəyi tamamilə normaldır, amma bəzən bu

arrow Ətraflı
Türkiyənin rəhbər şəxsləri Suriyaya getdi like
  • 13 Mar 19:07  
Dünya Türkiyənin rəhbər şəxsləri Suriyaya getdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar G�

arrow Ətraflı
Rusiyada güclü yanğın oldu like
  • 13 Mar 19:00  
Digərləri Rusiyada güclü yanğın oldu

Moskvada İstilik Elektrik Stansiyasının yerləşdiyi ərazidə yanğın olub.

arrow Ətraflı
Bu balıq ömrü uzadır  Həkimlərdən AÇIQLAMA like
  • 13 Mar 18:52  
Digərləri Bu balıq ömrü uzadır Həkimlərdən AÇIQLAMA

Scomber (skumbriya) - dəmir və qiymətli mikroelementlərin ən yaxşı mənb�

arrow Ətraflı