Onlarla ölkənin baş bəlası: Sakit okean "od halqası" nədir?


Dünya 30 İyl 2025 15:22:00 71 0

Onlarla ölkənin baş bəlası: Sakit okean "od halqası" nədir?

Dünya Rusiyanın Kamçatka vilayətində baş verən 8,8 bal gücündə zəlzələ ilə sarsıldı. ABŞ-dan Yaponiyaya qədər bir çox ölkədə sunami xəbərdarlığı elan edildi. Zəlzələnin məşhur Sakit okean "od halqası" üzərində baş verməsi isə diqqət çəkir. Bəs nədir bu Sakit okean "od halqası"? Yer kürəsindəki zəlzələlərin 90 faizinin baş verdiyi bu dairə hansı bölgələri əhatə edir və niyə məhz bu adı alıb?

Zəlzələlərin və sunamilərin mərkəzi

Mill.Az xəbər verir ki, dünyanın ən böyük zəlzələlərinin, vulkan püskürmələrinin və sunamilərin baş verdiyi, Sakit okeanını əhatə edən bu qövsə "Sakit okean od halqası" deyilir.

40 min kilometr uzunluğundakı bu kəmər Çilidən başlayaraq Cənubi Amerikanın qərb sahilləri, Mərkəzi Amerika, Meksika, ABŞ-ın qərb sahilləri və Alyaskanın cənubundan Aleut adaları, Yaponiya, Filippin, Yeni Qvineya, Cənubi Sakit okean adaları və Yeni Zelandiyaya qədər uzanır.

Zəlzələlərin 90 faizi bu dairədə baş verir

Dünyadakı zəlzələlərin təxminən 90 faizi və böyük təkanların 80 faizi bu dairədə baş verir. Tarixdəki ən dağıdıcı təbii fəlakətlərdən bəziləri də bu zolaqda qeydə alınıb. Bunlara 2011-ci ildə Yaponiyada baş verən 9,1 bal gücündə Tohoçu zəlzələsi və ardınca baş verən Fukuşima nüvə fəlakəti, 1960-cı ildə Çilidə baş verən və 10 dəqiqə davam edən 9,5 bal gücündə böyük Çili zəlzələsi, 2004-cü ildə Hind okeanında baş verən 9,1 bal gücündə zəlzələ və sunami, eləcə də 1964-cü ildə Alyaskada qeydə alınan 9,2 bal gücündə zəlzələ daxildir.

2004-cü ildə Hind okeanında baş verən zəlzələ nəticəsində yaranan sunami 227 mindən çox insanın həyatına son qoyub. Dalğaların hündürlüyü 15 metrə qədər çatıb. 2011-ci ildə Yaponiyada baş verən zəlzələdən sonra yaranan sunami nəticəsində isə 20 minə yaxın insan həlak olub. Dalğalar Fukuşima atom elektrik stansiyasını vuraraq dünyanın ən ağır nüvə qəzasına səbəb olub.

900-ə yaxın aktiv vulkan bu zonada yerləşir

Zəlzələlərin bu bölgədə tez-tez baş verməsi, ərazidə təxminən 900 aktiv vulkanın olması ilə də əlaqələndirilir. Çilidən Yeni Zelandiyaya qədər uzanan bu zonada Ojos del Salado (6893 metr) və Llullaillaco (6739 metr) kimi dünyanın ən yüksək aktiv vulkanları yerləşir. Bundan əlavə, Alyaska, Rusiya, Yaponiya, Filippin, İndoneziya və Yeni Zelandiyada da çoxlu sayda vulkanlar mövcuddur.

Bu dərmanların qiyməti artdı like
  • 30 İyl 15:04  
Digərləri Bu dərmanların qiyməti artdı

Tarif (qiymət) Şurasının 30 iyun 2025-ci il tarixində növbəti iclası ke�

arrow Ətraflı
Məhkəmə Qabil Məmmədova qiyabi 16 il həbs cəzası verdi like
  • 30 İyl 14:55  
Digərləri Məhkəmə Qabil Məmmədova qiyabi 16 il həbs cəzası verdi

Almaniyada yaşayan bloger Qabil Məmmədovun Azərbaycan Cinayət Məcəlləsin

arrow Ətraflı
Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi like
  • 30 İyl 14:50  
Digərləri Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci ki

arrow Ətraflı
Azərbaycanda bu xidmətin qiyməti artdı like
  • 30 İyl 14:41  
Digərləri Azərbaycanda bu xidmətin qiyməti artdı

Azərbaycanda istilik tarifləri dəyişdirilib

arrow Ətraflı
Bu ərazidə yerüstü piyada keçidi tikilir  FOTO like
  • 30 İyl 14:36  
Digərləri Bu ərazidə yerüstü piyada keçidi tikilir FOTO

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunun 19,5-ci kilometrliyində yer�

arrow Ətraflı
"MercedesBenz" çətin günlər yaşayır like
  • 30 İyl 14:24  
Digərləri "MercedesBenz" çətin günlər yaşayır

"Mercedes-Benz"in xalis mənfəəti iki dəfə azalıb.

arrow Ətraflı
Müğənni Dəniz Əsədova həbsdə qaldı like
  • 30 İyl 14:16  
Şou-biznes Müğənni Dəniz Əsədova həbsdə qaldı

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi ş

arrow Ətraflı
Məzuniyyət götürüb Rusiyaya getmişdi, faciəvi şəkildə öldü like
  • 30 İyl 14:12  
Digərləri Məzuniyyət götürüb Rusiyaya getmişdi, faciəvi şəkildə öldü

Rusiyada Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində vəfat edib.

arrow Ətraflı
NASAda tarixi gediş: 4000 işçi könüllü istefa üçün müraciət edib like
  • 30 İyl 14:06  
Dünya NASAda tarixi gediş: 4000 işçi könüllü istefa üçün müraciət edib

ABŞ-nin kosmik agentliyi NASA-da ciddi itki yaşanır. "Təxirə salınmı

arrow Ətraflı
Bakının bu ərazisində avtobus xətləri dayandırıldı like
  • 30 İyl 14:00  
Digərləri Bakının bu ərazisində avtobus xətləri dayandırıldı

Xəzər rayonu Binə qəsəbəsində mərkəz istiqamətdə fəaliyyət göstər

arrow Ətraflı
“Yatmış şahzadə” vəfat etdi like
  • 30 İyl 13:41  
Dünya “Yatmış şahzadə” vəfat etdi

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Xalid əl Səud 36 yaşında

arrow Ətraflı
Prezident 10,5 milyon manat ayırdı like
  • 30 İyl 13:21  
Siyasət Prezident 10,5 milyon manat ayırdı

Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraş

arrow Ətraflı
“Montin”dəki qanunsuz parkinq ləğv edildi like
  • 30 İyl 13:14  
Digərləri “Montin”dəki qanunsuz parkinq ləğv edildi

Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində ("Montin" adla

arrow Ətraflı
Tiktoker canlı yayımda vuruldu  FOTO like
  • 30 İyl 13:02  
Dünya Tiktoker canlı yayımda vuruldu FOTO

TikTok fenomeni canlı yayımda güllələnib.

arrow Ətraflı