Timberleykin dünya turu Bakıdan keçdi Konsert ölkəmizə nə qazandırdı?
Kriminal 28 İyl 2025 11:09:00 58 0
Dünən Bakı beynəlxalq dünya mədəniyyət sahəsinin diqqət mərkəzində oldu.
Bu xəbəri də oxu: Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib FOTO
Dünyaca məşhur pop ulduzu Castin Timberleyk "Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə Azərbaycanda konsert proqramı ilə çıxış etdi.
Son.az xəbər verir ki, Timberleykin Bakı Olimpiya Stadionunda verdiyi bu konsert sənətçinin ölkəmizə ilk səfəri olmaqla yanaşı, həm də böyük tamaşaçı kütləsini bir araya topladı.
Bəs bu konsert ölkəmizə nə qazandırdı?
Konsert təkcə mədəni deyil, həm də turizm baxımından ciddi əhəmiyyət daşıdı. Rəsmi məlumata görə, Timberleykin çıxışı ilə əlaqədar Azərbaycana 25 minə yaxın xarici turist gəlib. Beynəlxalq tur şirkətləri konsert üçün xüsusi paketlər təklif edib. Bu paketlər yalnız tədbirə giriş deyil, eyni zamanda Bakının görməli yerlərinə ekskursiyaları da əhatə edirdi. Bu da Bakı üçün turizm sahəsində iqtisadi artım deməkdir.
Tamaşaçılar arasında müxtəlif ölkələrdən gələn fanatlar, yerli musiqi sevərlər və bir sıra tanınmış simalar da yer alırdı. Ölkəmizə ən çox gələn turist isə Qazaxıstan vətəndaşları idi. Onlar sosial mediada "Baku is calling" adlı trend yaradıblar. Həmçinin, konsertdə evlilik təklifinə açıq olan xanım izləyicilərin yaddaşında maraqla qalıb.
Konsertin əhatəsi o qədər geniş idi ki, ictimai nəqliyyatda əlavə tədbirlər görüldü. Bakı metrosu bu səbəblə iyulun 27-dən 28-nə keçən gecə iş saatı saat 02:00-a qədər uzadıldı, vətəndaşların rahat hərəkəti üçün bütün stansiyalar açıq saxlanıldı.
Qeyd edək ki, yerli və xarici medianın diqqətində olan tədbir sosial şəbəkələrdə də geniş əks-səda doğurdu.
Xatırladaq ki, Bakıda artıq bir neçə belə xarici məşhur ulduzlar konsert verib.
Aysel Əkbər Son.az
Teleaparıcı Leyla Quliyeva paylaşımı ilə diqqət çəkib..

"Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşo

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ay

Bakı şəhərində su problemi müşkül məsələyə çevrilib.

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən bəbəxt hadisə baş veri

İlk baxışda bu, sadəcə bir rəy sorğusu kimi görünə bilər. Amma 71 fai

Rusiyanın Amur bölgəsində "An-24" təyyarəsinin qəzaya uğramas�

Son zamanlar anamın səhhətində narahatlıq var idi.

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.

İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

2025-ci ilin may, iyun və iyul ayları ərzində aparılmış monitorinqlər n�

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat a

Azərbaycan Mərkəzi Bankı (AMB) 28 iyul tarixindən etibarən valyuta məzən
