Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlandı
Digərləri 27 İyl 2025 11:27:00 80 0
İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub.
Bu xəbəri də oxu: Bakıda ən bahalı mənzillər bu rayonlardadır
Son.az xəbər verir ki, bu barədə "Teleqraf"ın sorğusuna cavab olaraq İRİA-dan məlumat verilib.
Bildirilib ki, agentliyin Nüvə tədqiqatları departamenti (NTD) tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş rayonların minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş ərazisində 4 ədəd sahibsiz və ya itirilmiş radioaktiv tullantı aşkar edilib.
2024-cü il ərzində İRİA NTD tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş 10 rayonun (Zəngilan, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın və Kəlbəcər rayonları, o cümədən Tərtər rayonunun Suqovuşan və Talış kəndləri) ərazilərində radioloji və radioekoloji tədqiqatlar aparılıb.
Zəngilan rayonun Mincivan qəsəbəsində keçmiş kimya birliyi ərazisində aşkar edilmiş tərkibində "²²⁶Ra" radioaktiv maddəsi olan bir ədəd əşyanın, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində vurulmuş "T-72" düşmən tankının içərisindən yüksək alfa və qamma şüalanma mənbəyi olan "²⁴¹Am" radioaktiv materialının, Kəlbəcər rayonunun Zod kəndi ərazisində düşmən tərəfindən qanunsuz olaraq istismar olunan "Zod" qızıl zavodu ərazisində daxilində alfa və qamma şüalanma mənbəyi olan "²²⁶Ra" radioaktiv maddəsinin və Şuşa şəhərində "N" saylı hərbi hissənin Zenit Raket Batareyasının (ZRAB) avtoparkı ərazisində aşkar edilən radioaktiv izotop saxlayan naməlum cihaz hissəsinin radioloji, nüvə kriminalistik ekspertizası İRİA NTD tərəfindən həyata keçirilib.
Müfəssəl sahəvi plana uyğun olaraq yuxarıda adları qeyd olunan işğaldan azad olunmuş rayon və kənd yolları üzərində avtoqamma radiometrik-dozimetrik ölçmələr aparılıb. Avtomobil yollarının uzunluğu 1.462 km olmaqla, 546 590 nöqtədə avtoqamma radiometrik-dozimetrik ölçmələr yerinə yetirilib.
2024-cü il ərzində keçirilmiş monitorinq zamanı işğaldan azad olunmuş rayonların ərazisinin minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş kənd və qəsəbə yolları, planlaşdırılan dövlət əhəmiyyətli obyektlər - o cümlədən 110/35/10 kVt-lıq 7 yarımstansiya, 3 kiçik su elektrik stansiyası və 3 hava limanı ərazilərini əhatə etməklə - 64 planlaşdırılan dövlət əhəmiyyətli obyekt radioloji tədqiqata cəlb edilib.
2025-ci ilin əvvəlində dünya mediası tərəfindən ilk dəfə qeydə alına

Rumıniyada qarşıdan gələn şənbə və bazar günləri havanın daha da ist

Uzun müddətdir ekranlardan uzaq qalan Sinem Kobal son günlərdə barəsində

İyulun 27-si bəzi bürclərin şəxsi həyatında önəmli dəyişikliklərin

Türkiyənin "Roketsan" şirkəti tərəfindən istehsal edilən ilk r

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti öt�

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki ha

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlan

Mövsumdən asılı olmayaraq bəzi insanlar soyuq duş qəbul etməyi xoşlayı

Ağlınız sakitləşmədikdə və bədəniniz rahatlaşmadıqda yatmaq çətind

"Hiperpiqmentasiyaya meyilli xəstələr yayda plastik əməliyyat etdirmə

"Vitaminlər immunitetin qorunmasında və bədənimizin yaxşı vəziyyət

Son günlər dünyada və Azərbaycanda havaların kəskin istiləşməsi, ölk�

Yay aylarının gəlişi ilə piştaxtaları bəzəməyə başlayan şaftalı h�
