“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
Digərləri 25 İyl 2025 18:20:00 93 0
İnnovasiya və sürət lideri "Bakcell"in dəstəyi və "YAŞAT" Fondunun təşkilatçılığı ilə Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir. Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkan yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir. İyulun 20-dən avqustun 3-dək davam edəcək "YAŞAT" yay məktəbi London Universitet Kollecində təşkil olunub. Proqram müddətində iştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərində iştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərə maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar. "Bakcell" bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyada innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına yönəlmiş sosial layihələrə dəstək şirkətin əsas prioritetlərindəndir.
Bu xəbəri də oxu: Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər
"NEQSOL Holding"in tərkibinə daxil olan "Bakcell" "YAŞAT" Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və "YAŞAT" Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell" haqqında "Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hel

Türkiyə pop musiqisinin tanınmış siması Mustafa Sandal uzun illərdir müb

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatla

Moskvada Azərbaycan əsilli sahibkara məxsus şirkətdə axtarış aparılıb

Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak k

Beşinci "Yüksəliş" müsabiqəsində 16 min iştirakçıdan 20 nəf

İstanbulun Kınalıada sahillərində içərisində 12 nəfərin olduğu kater

Çində süni almaz istehsalında texnoloji sıçrayış dünya almaz sənayesin

Ukrayna ABŞ ilə döyüş dronlarının tədarükü üzrə genişmiqyaslı müq

"Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası M�

Bilecik və İzmir meşə yanğınları səbəbindən "Ümumi həyata təsi

2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o demişdi ki,

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Ayşat Kadırova dənizdən payl
