Dondurma yeyərkən dişlərimiz niyə ağrıyır? SƏBƏB


Digərləri 24 İyl 2025 02:02:00 70 0

Dondurma yeyərkən dişlərimiz niyə ağrıyır?  SƏBƏB

Dondurma və ya çox soyuq içkilər içərkən bəzi insanların dişlərində baş verən kəskin ağrıların səbəbi elm adamları tərəfindən müəyyən edilib.

Son.az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan yeni araşdırmaya görə, bu ağrılara dişlərdə yerləşən TRPC5 adlı zülal kanalları səbəb olur.

Almaniyanın Erlangen-Nürnberq Fridrix-Alexander Universitetinin professoru Katharina Zimmermann və komandası odontoblast adlı hüceyrələrdə temperatur dəyişikliklərinə qarşı həssas olan bu kanalları müəyyən edib. Sözügedən hüceyrələr dentin ilə dişin yumşaq daxili pulpası arasında yerləşir. Əgər dentin təbəqəsi çılpaq qalarsa - məsələn, diş çürüməsi və ya diş əti xəstəliyi səbəbindən - soyuq qidalar və içkilər kəskin ağrıya səbəb ola bilər.

Araşdırma həm insanlar, həm də siçanlar üzərində aparılıb. Nəticədə məlum olub ki, TRPC5 kanallarını bloklayan maddələr, məsələn mixək yağında olan eugenol, bu ağrıların qarşısını ala bilər. Alimlər gələcəkdə bu molekula əsaslanan diş pastası, saqqız və ya diş lentləri kimi yeni müalicə vasitələrinin hazırlanmasının mümkün olduğunu bildirirlər.

Lakin mütəxəssislər evdə özbaşına müalicə üsullarını tövsiyə etmirlər. Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Walmsley vurğulayıb ki, ağrının səbəbi aradan qaldırılmadan yalnız ağrını müvəqqəti dayandırmaq kifayət etmir.

Walmsley əlavə edib ki, müntəzəm fırçalama və diş həkiminə müraciət, həm diş çürüməsinin qarşısını almaq, həm də həssaslıq problemi ilə mübarizə aparmaq üçün əsas vasitədir.

Sevgi və münasibətləri qoruyan üç incə detal: Psixoloq "sirri" açıqladı like
  • 24 İyl 01:01  
Digərləri Sevgi və münasibətləri qoruyan üç incə detal: Psixoloq "sirri" açıqladı

Görünməyəcək qədər sadə və gündəlik davranışlar zamanla münasibət

arrow Ətraflı
18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu like
  • 24 İyl 00:55  
Digərləri 18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu

Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub.

arrow Ətraflı
Füzulidəki yanğın genişlənir like
  • 24 İyl 00:51  
Digərləri Füzulidəki yanğın genişlənir

Füzuli ərazisində qeydə alınan yanğın genişlənir.

arrow Ətraflı
Azərbaycanlı aktrisa saçını yumağa su tapmır like
  • 24 İyl 00:31  
Şou-biznes Azərbaycanlı aktrisa saçını yumağa su tapmır

Aktrisa Cəmilə Tağızadənin saçı şampunlu görüntüləri yayılıb. S

arrow Ətraflı
Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü like
  • 24 İyl 00:21  
Digərləri Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.

arrow Ətraflı
Aeroport yolunda maşın dəmir arakəsməni yararaq divara çırpıldı like
  • 24 İyl 00:14  
Digərləri Aeroport yolunda maşın dəmir arakəsməni yararaq divara çırpıldı

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qonşumuzda temperatur 50 dərəcəni keçdi like
  • 24 İyl 00:12  
Digərləri Qonşumuzda temperatur 50 dərəcəni keçdi

İranda havanın temperaturu 50°C-ni ötərək, ölkədə su qıtlığı və el

arrow Ətraflı
Günün qoroskopu:  Kainat sizi görür like
  • 24 İyl 00:01  
Digərləri Günün qoroskopu: Kainat sizi görür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Birinci yarımil üzrə Azərbaycan banklarının ümumi gəlirlərinin RENKİNQİ like
  • 23 İyl 23:47  
Digərləri Birinci yarımil üzrə Azərbaycan banklarının ümumi gəlirlərinin RENKİNQİ

Cari ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən bankl

arrow Ətraflı
Putin əcnəbilərlə bağlı qərarı dəyişdi like
  • 23 İyl 23:33  
Digərləri Putin əcnəbilərlə bağlı qərarı dəyişdi

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər üçün elektron vizanın qüvvəd

arrow Ətraflı
Ad gününə şok qiymətə gedir like
  • 23 İyl 23:18  
Şou-biznes Ad gününə şok qiymətə gedir

Aparıcı Zaur Kamal ad günü məclislərinə getmək üçün 10 min manat təl

arrow Ətraflı
Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını  11 nəfər öldü  VİDEO like
  • 23 İyl 22:40  
Digərləri Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını 11 nəfər öldü VİDEO

Türkiyənin Eskişehirin Seyitgazi rayonundakı meşə yanğını Afyonkarahis

arrow Ətraflı
Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq like
  • 23 İyl 22:10  
Digərləri Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq

2027-ci il avqustun 2-də Yer əsrin ən böyük kölgəsinə qərq olacaq - alt

arrow Ətraflı
Nigar festivala bodidə gəldi like
  • 23 İyl 21:54  
Şou-biznes Nigar festivala bodidə gəldi

"Avroviziya 2011" qalibi Nigar Camal bu gün "Dream Fest"in

arrow Ətraflı
Cavid Qurbanovun oğluna yüksək vəzifə verildi like
  • 23 İyl 21:53  
Digərləri Cavid Qurbanovun oğluna yüksək vəzifə verildi

Baş Prokurorluqda yeni kadr təyinatı olub.

arrow Ətraflı