Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI
Digərləri 23 İyl 2025 18:45:00 84 0
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu xəbəri də oxu: Əmlak bazarında bahalaşma gözlənilir – Ekspertdən XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Hikmət Əliyev icarədar olduğunu bildirib:
"Emalatxanada olmuşam. Bu işlə 3-4 ildir fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə belə bir şey olmamışdı. İlk dəfə idi ki, belə bir hadisə ilə rastlaşırdım. Mən dəmir sexində idim, titrəmə oldu. O an içəridə idim, çölə qaçdım gördüm ki, partlayış olub".
Digər şahid Zaur Hüseynov zavodda jalüz satışı ilə məşğul olduğunu bildirib:
"Mən Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən sexi icarəyə götürmüşdüm. Müqavilə imzalandığı üçün mən cavabdeh idim. Mən sexdə olduğum zamanı titrəyiş hiss etdim. Elə bildim zəlzələ olub. Gördüm tüstü çıxır, yanğın baş verib. Ərazini tərk etdim. Ondan sonra kimlər ölüb, kimlər xilas olub xəbərim olmadı".
Digər şahidlərin dindirilməsi ilə bağlı olaraq proses qeyri-müəyyən vaxta təyin edildi.
Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 63 yaşlı Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 33 yaşlı Toğrul Rzayevin üzərinə düşən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /lent.az
İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar iç

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregini dəyişdirmək üçün təkl

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən ada

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra d�

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzul

"1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğum üç�

Bakının Ziya Səmədzadə küçəsində hərəkət tam məhdudlaşdırılacaq.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xid

Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı qada�

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılaca

İstintaq Komitəsi "Baza" Telegram kanalının baş redaktoru və pro

24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hər�
