Toyundan 3 gün sonra qızılları götürüb qaçan Hüseyn tapıldı Qumarda 80 min manat uduzubmuş
Dünya 22 İyl 2025 10:14:00 57 0
Türkiyədə yeni evlənən və toydan 3 gün sonra qızıl-zinət əşyaları ilə birlikdə qeybə çəkilən futbol məşqçisi, 34 yaşlı Hüseyn Cumhur Acar polis tərəfindən tapılaraq evinə qaytarılıb.
Bu xəbəri də oxu: Liviyadan Yunanıstana ardıcıl iki nota –
Son.az yerli mətbuata istinadən xəbər verir ki, yeni evlənən Acar toydan 3 gün sonra qəfil yoxa çıxıb.
O, həyat yoldaşının iş yerinə gedərək, "Tezliklə qayıdacağam" deyib və oradan uzaqlaşıb, lakin bir daha geri dönməyib.
Acarla əlaqə saxlamaq mümkün olmadığından ailəsi polisə itkin düşmə ilə bağlı müraciət edib.
Qumar oynadığı ortaya çıxıb
Aparılan araşdırma nəticəsində məlum olub ki, Hüseyn Cumhur Acar toydan 3 gün sonra internetdə oynadığı qumar və mərc oyunları səbəbilə 2 milyon TL (təxminən 84145 AZN) borca düşüb. Xüsusilə "şəkər sürüşdürmə" oyunu və mərc saytlarına aludə olduğu iddia edilən Acarın bu maliyyə çətinlikləri və aldığı hədələrlə üzləşdiyi üçün toyda ona və həyat yoldaşına taxılan pulları və qızılları da götürərək evi tərk etdiyi müəyyən edilib.
Ailəsi evini satmağa hazır olduğunu bildirib
Hüseynin ailəsi borcun onlara problem yaratmaması üçün yoxa çıxdığını düşündüklərini, lakin onun sağ-salamat geri dönməsi üçün lazım gələrsə, evlərini satmağa hazır olduqlarını deyib.
Kənan Son.az
"EMEDIA GROUP" Media təşkilatının təşəbbüsü və rəhbərliyi,

İyul ayı bəzi bürclər üçün romantik keçmişlə barışmaq və köhnə h

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əl

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülü

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İstanbulda sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən öld

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 22 iyul - Mill

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay məzuniyy�

2025-ci ilin aprel ayında ABŞ-nin Yellowstone Milli Parkında çalışan geolo

Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmada

Məşhur bolqar görücü Vanqa və braziliyalı ekstrasens Athos Salome 2025-ci

Moruq bağırsaq sağlamlığı üçün ən ideal meyvə elan edilib.

Tanınmış rejissor və aktyor Hamdi Alkan dördüncü dəfə nikah masasına o

2024-cü il iyulun 20-də Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
