İki gün meşədə qalandan sonra Ağdama gedə bildik Xocalıdan məcburi köçkün düşmüş qadın
Digərləri 21 İyl 2025 14:15:00 71 0
İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib.
Son.az xəbər verir ki, o, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra Ağdama gedə bildiklərini deyib. Soyqırımı zamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə, digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkin düşüb.
"Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raket atırlar, gedək...", - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəssürat oyatdı.

Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya m

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Str

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğun qiymətləndirilməsi sa

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəh

Qarabağ Universiteti ilə bağladığımız əməkdaşlıq barədə razılaşma

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avton�

Avroviziya təmsilçimiz Nadir Rüstəmliyə ağır itki üz verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikililər sökülüb

"Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib&qu
