Belçika parlamenti ermənilərə "dəstək" verib özünü
Siyasət 19 İyl 2025 12:42:00 57 0
17 iyulda Belçika Nümayəndələr Palatasının qəbul etdiyi Azərbaycan əleyhinə qətnamə - sənəd yox, sırf siyasi teatrdır. "İnsan hüquqlarına qayğı" və "sülhə dəstək" kimi bəzəkli bəyanatların arxasında gizlənən bu addım, əslində, Avropada kök salmış erməni lobbisinin təlimatları ilə yazılmış bir təzyiq alətidir. Qətnamənin həmmüəllifi olan Mişel de Maegd isə artıq illərdir ki, özünü "Ermənistanın dostu" kimi təqdim edən, Azərbaycanı hər fürsətdə hədəfə alan siyasətçidir. Onun siyasi fəaliyyəti və ritorikası, təkcə tərəfli olmaqla kifayətlənmir - o, birbaşa Bakıya qarşı qurulmuş informasiya cəbhəsinin ön sıralarında yer alır.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir
De Maegd uzun illərdir ki, öz çıxışlarında Azərbaycanın guya "etnik təmizləmə" apardığını, "hüquqları pozduğunu" və "təcavüzkar siyasət" yürüdüyünü iddia edir. Bu iddiaların heç biri nə faktlara, nə də beynəlxalq hüququn prinsiplərinə söykənmir. O, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasını tamamilə görməzlikdən gəlir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini isə sanki tanımır. Eyni zamanda, de Maegd Azərbaycanla bağlı təkidli şəkildə yeni "əvvəlcədən şərtlər" irəli sürüldüyünü deyir, halbuki bu, sadəcə reallığın təhrifindən başqa bir şey deyil.
Belçikalı deputatın fəaliyyəti bununla da bitmir. O, uzun illərdir ki, Avropadakı erməni diaspor təşkilatlarının fəal qonağıdır, müxtəlif tədbirlərdə çıxış edir, erməni mətbuatına müsahibələr verir, Ermənistanın Avropa qurumlarındakı lobbi planlarının bir parçası kimi çıxış edir. 2025-ci ilin aprelində erməni soyqırımının 110 illiyinə həsr olunmuş mərasimdə etdiyi çıxışda, "Azərbaycan erməniləri Qarabağdan qovdu" deyə bildirmişdi. Bu əsassız ittihamın fonunda Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanaraq bərpa etdiyini isə dilə gətirmədi.
De Maegd həmçinin Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayanla da mütəmadi görüşür. Bu diplomat uzun müddətdir Avropa parlamentlərində erməni lobbisinin əlaqələndiricisi kimi çıxış edir. Deputat həmçinin "Hay Dat" kimi radikal mövqeli erməni təşkilatları ilə sıx əlaqədədir. Bu təşkilatlar Avropada ermənilərin maraqlarını qorumaq adı altında əslində revanşist ideyaları yayır, Qarabağda separatizmi qızışdırmaq üçün kampaniyalar təşkil edirlər.
2025-ci il 17 iyul tarixli qətnamənin hazırlanmasında de Maegd birbaşa iştirak edib. Qətnamə Azərbaycana qarşı "hərbi cinayətlər" iddiası ilə sanksiyaların tətbiq olunmasını tələb edir. Ancaq bu iddialar nə beynəlxalq ekspertiza, nə də müstəqil faktlara əsaslanır. Onun məqsədi aydındır - Azərbaycanı təcrid etmək, sülh prosesini dalana dirəmək və Ermənistana diplomatik "asilik" haqqı qazandırmaq.
Maraq doğuran məqam isə odur ki, bu cür qətnamələr hüquqi qüvvəyə malik deyil. Onlar yalnız siyasi rəy bildirən sənədlərdir. Ancaq təhlükə də elə bundadır - belə qətnamələr Avropa ictimai rəyini formalaşdırır, Azərbaycana qarşı rəyi dəyişməyə yönəlir, informasiya müharibəsinin tərkib hissəsinə çevrilir. Beləliklə, Avropa parlamentləri erməni lobbisinin oyuncağına çevrilir.
Mişel de Maegd eyni zamanda ikili standartların canlı təcəssümüdür. O, Xocalı qətliamını bir dəfə də olsun dilə gətirməyib. Ermənistanda və 1990-cı illərin əvvəllərində azərbaycanlıların kütləvi şəkildə qovulmasını görməzdən gəlir. Amma Azərbaycan Ordusunun öz torpaqlarını azad etməsini "şantaj" kimi təqdim edir. Tarixə selektiv yanaşma, faktların manipulyasiyası və birtərəfli mövqe - de Maegdin əsas "iş metodlarıdır".
Sual doğurur: bu adam niyə bu qədər fəaldır? Bu, sadəcə siyasi simpatiyadır, yoxsa daha ciddi bir mexanizmin tərkib hissəsidir? De Maegdin fəaliyyəti erməni lobbisinin maliyyə və təşkilati dəstəyi ilə üst-üstə düşür. Avropa parlamentinə üzv siyasətçilərin İrəvana səfərləri, onların erməni təşkilatlarının təşkil etdiyi "insan hüquqları" tədbirlərində iştirakı, "soyqırımı" məsələsi üzərindən Türkiyə və Azərbaycana qarşı təzyiqlər - bütün bunlar sistemli işin nəticəsidir.
Nəticə çox sadədir: Mişel de Maegd sadəcə "erməni dostu" deyil, o, Avropa İttifaqında Ermənistanın maraqlarını koordinasiya edən əsas fiqurlardan biridir. Onun fəaliyyətinin nəticələri aşağıdakılardır: sülh prosesinə zərbə vurur, münaqişənin yalnız bir tərəfini demonizə edir, tarixi və hüquqi həqiqətləri manipulyasiya edir, Ermənistanın revanşist dairələrinin planlarına xidmət edir.
Belçika parlamentinin qəbul etdiyi qətnamə hüquqi baxımdan heç bir qüvvəyə malik olmasa da, çox təhlükəli bir presedent yaradır: Avropanın Ermənistanın informasiya müharibəsinin platformasına çevrilməsi. Əgər Avropa İttifaqı Cənubi Qafqazda həqiqi sülh istəyirsə, bu cür fiqurlardan və onların birtərəfli təşəbbüslərindən uzaq durmalıdır. Əks halda, bu proses təkcə Bakıya qarşı deyil, həm də Avropanın öz dəyərlərinə qarşı yönələcək.
Belçika parlamentinin qəbul etdiyi qətnamədə yer alan ən absurd məqamlardan biri - guya "sülh sazişinin şərtlərinin pozulması" ilə bağlı iddialardır. Halbuki bu sənəd hələ imzalanmayıb. Yəni, ortada olmayan sənədin pozulmasından danışmaq ya total dərəcədə vəziyyəti anlamamaq, ya da məqsədli şəkildə reallığı təhrif etmək deməkdir. Azərbaycan və Ermənistan arasında aparılan intensiv danışıqlara baxmayaraq, yekun sülh sazişi hələ də razılaşdırılmayıb və hansısa tərəfin onu "pozduğu" haqqında danışmaq məntiqsiz və qeyri-ciddidir.
Belçikalı deputatlara xatırlatmaq vacibdir: Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan Konstitusiyasına düzəlişlərin edilməsidir. Səbəb isə sadə və şəffafdır: Ermənistanın qüvvədə olan konstitusiyasının preambulasında Azərbaycan və Türkiyəyə qarşı açıq-aşkar ərazi iddiaları yer alır. "Tarixi ədalətin bərpası" və "tarixi Ermənistan" kimi ifadələr Bakının haqlı qəzəbinə səbəb olur. Belə bir sənəd sülh deyil, gələcək münaqişələr üçün hüquqi baza yaradır. Hər hansı qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alan konstitusiya müddəaları sülhə yox, yeni qarşıdurmalara aparan yoldur.
Ən təəccüblüsü odur ki, bu qətnamədə Ermənistanın 30 ilə yaxın beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərini işğal altında saxlaması tamamilə susdurulur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr açıq şəkildə erməni hərbi birləşmələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirdi. Amma bu sənədlər uzun illər boyu Ermənistan tərəfindən kobudcasına pozulub. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2005-ci il hesabatına əsasən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Bu, təkcə hüquqi məsələ deyil, həm də XX əsrin sonlarında baş vermiş ən böyük humanitar faciələrdən biridir.
Bütün bu faktlara baxmayaraq, Belçika parlamenti qəribə şəkildə Azərbaycanı ittiham edir. Azərbaycanın isə sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etdiyini, heç bir dövlətin sərhədlərini pozmadığını görməzdən gəlirlər. Halbuki məhz Bakı sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə Azərbaycanın konkret təkliflərinə dəfələrlə cavab verməkdən yayınır. Bu, artıq Bakının yox, İrəvanın qeyri-konstruktiv davranışıdır. Analitiklər haqlı olaraq qeyd edirlər ki, bu ləngimə Ermənistan daxilində revanşist qüvvələrin təzyiqi və bəzi dairələrin Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqdan çəkinməsi ilə bağlıdır.
Bəs bütün bunların fonunda Belçikanın qətnaməsi nəyi ifadə edir? Niyə Avropa İttifaqının bir ölkəsi, beynəlxalq hüquqa sadiqlik andı içən siyasətçiləri Azərbaycanın 30 illik işğal tarixinə göz yumurlar?
Əvvəla, bu qətnamənin hüquqi heç bir çəkisi yoxdur. Amma siyasi atmosferi zəhərləmək üçün bu cür sənədlər yetərlidir. Belə ki, sənəddə Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə sual altına alınır. Sənəddə "artsax" ifadəsi işlədilir - halbuki bu, heç bir beynəlxalq hüquqi statusu olmayan, sırf siyasi məqsədlərlə uydurulmuş bir termindir. BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlar hər zaman Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıblar. Bundan başqa, qətnamə Ermənistanın 1990-cı illərdən etibarən Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasını da görməzdən gəlir. Bu torpaqlarda 900-dən çox yaşayış məntəqəsi, 600 tarixi abidə yerlə-yeksan edilib. 750 minə yaxın azərbaycanlı isə doğma evindən qovulub.
Qətnamədə 23 erməni əsilli hərbi cinayətkarın azad edilməsi tələb olunur. Bu şəxslər terror və mülki əhalinin qətli ilə ittiham olunurlar. Amma sənəddə Xocalı qətliamı haqqında bir cümlə belə yoxdur. 1992-ci ildə baş verən bu vəhşilikdə 613 azərbaycanlı - o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib. Habelə 1988-1990-cı illərdə Ermənistandan deportasiya olunmuş 250 min azərbaycanlı, dağıdılmış 67 məscid, təhqir olunmuş qəbiristanlıqlar, viran edilmiş şəhərlər və kəndlər barədə də Belçika susur. Bu, ikili standart yox, açıq-aşkar riyakarlıqdır.
Belçika Ukraynanın ərazi bütövlüyünə şübhə ilə yanaşanları sərt şəkildə tənqid edir. Amma eyni zamanda Azərbaycanın ərazisində qurulmuş qondarma rejimi dəstəkləyir. Bu nədir - siyasi amneziyadır, yoxsa məqsədli geosiyasi oyun?
Nəticə aydındır: Belçika parlamentinin qətnaməsi beynəlxalq hüququ yox, erməni lobbisinin maraqlarını müdafiə edir. Bu, Avropanın Cənubi Qafqazda sülhə deyil, qarşıdurmaya "investisiya" etdiyi anlamına gəlir. Əgər Avropa İttifaqı regionda sabitlik və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq istəyirsə, ilk növbədə bu cür qərəzli və birtərəfli sənədlərdən imtina etməli, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdır. Əks halda, regionda sülhü qorumaq mümkün olmayacaq.
Belçika parlamentində qəbul edilən Azərbaycan əleyhinə qətnamə təkcə ayrı-ayrı deputatların təşəbbüsü deyil, arxasında açıq şəkildə təşkilatlanmış, maliyyə və media baxımından güclü olan erməni diasporunun sistemli fəaliyyətinin nəticəsidir. Ən böyük təsir rıçaqları isə Fransa və Belçikada yerləşir - burada erməni icmaları illərdir yerli siyasətə nüfuz edərək, Cənubi Qafqazla bağlı qərarların qəbulunda təsir gücünə sahibdirlər.
Avropa Təhlükəsizlik üzrə Analitik Mərkəzinin (ESAC) 2023-cü il hesabatında qeyd olunurdu ki, "erməni lobbi təşkilatları Avropa paytaxtlarında siyasi hədəflərini həyata keçirmək üçün insan hüquqları və humanitar dəyərlərdən pərdə kimi istifadə edirlər". Yəni söhbət təkcə milli və ya diaspor maraqlarından yox, həm də geosiyasi manipulyasiya alətlərindən gedir.
Məhz bu kontekstdə Mişel de Maegd və bir sıra digər belçikalı deputatların erməni təşkilatlarının tədbirlərində iştirak etməsi, bu qurumlarla yaxın əlaqədə olması təsadüf deyil. Bu, artıq çoxdan şəxsi mövqe sərhədini aşaraq koordinasiyalı lobbiçiliyin göstəricisinə çevrilib. Ortaya çıxan sual isə sadədir: belə bir deputatın qəbul etdiyi qətnamə obyektiv ola bilərmi?
Erməni diasporasının bu cür aktiv fəaliyyəti təkcə sülh prosesinə zərbə deyil, həm də Ermənistanda revanşist əhval-ruhiyyəni alovlandırır. Hələ də İrəvandakı bəzi siyasi qüvvələr 2020 və 2023-cü illərdəki müharibələrin nəticələrini qəbul etməyə hazır deyil. Ermənistanda müxalifətin bir hissəsi açıq şəkildə "Qarabağın geri qaytarılmasını" tələb edir. Belçikadakı qətnamələr isə bu radikal çağırışlara beynəlxalq dəstək görüntüsü verir.
Qətnamənin hazırlanması 2025-ci ilin əvvəlindən başlayaraq erməni təşkilatlarının fəal iştirakı ilə həyata keçirilib. Aprel ayında Belçika parlamentində keçirilən dinləmələrə Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan, Xankəndindəki sabiq terrorçu-separatçı xuntanın nümayəndəsi Hovanes Gevorkyan və "Hay Dat" ("Erməni məsələsi") təşkilatının Avropa nümayəndəliyinin rəhbəri Gaspar Karapetyan qatılmışdılar.
Erməni tərəfinin nümayəndəsi jurnalistlərə bildirmişdi ki, qətnamədəki əsas müddəalar - xüsusən də "Qarabağ ermənilərinin qayıdış hüququ" - məhz bu məsləhətləşmələrdən sonra əlavə olunub.
Qeyd etmək vacibdir ki, həmin dinləmələrə azərbaycanlı nümayəndə heyəti də dəvət olunmuşdu. Lakin müzakirələr qısa zamanda qalmaqallı toqquşmaya çevrildi. Erməni tərəfi bildirib ki, "Azərbaycan nümayəndələri kobud davranaraq deputatlara qışqırıblar". Əslində isə qalmaqala səbəb Azərbaycanın səfiri Səlim Səlimzadənin təqdim etdiyi xəritə olub. Həmin xəritədə "Qərbi Azərbaycan" ifadəsi işlədilmiş və bu, Sünik vilayətinə istinadla şərh olunmuşdu. Bu fakt Belçika parlamentində ciddi təlaş doğurmuş, Azərbaycan tərəfinin "ərazi iddiaları" ilə çıxış etdiyi görüntüsü yaradılmışdı. Halbuki bu, Ermənistan Konstitusiyasındakı real iddialara cavab xarakteri daşıyırdı.
Texniki olaraq, Belçika parlamentinin qətnaməsi hüquqi qüvvəyə malik deyil. Lakin bu, onu təhlükəli etməkdən çıxarmır. Əksinə, bu sənəd bir sıra ciddi presedentlərin əsasını qoyur:
- Aİ-yə təzyiq mexanizmi kimi çıxış edir. Qətnamədə Azərbaycanla enerji əməkdaşlığına yenidən baxılması və sanksiyaların tətbiqi təklif olunur. Bu, Avropanın enerji təhlükəsizliyinə açıq müdaxilə cəhdidir.
- Sülh prosesinə zərbə vurur. Bakı ilə İrəvan arasında danışıqların davam etdiyi bir dövrdə, bu cür sənədlər tərəflərdən birini şeytanlaşdıraraq prosesə zərbə endirir. Qətnamədə bircə cümlə belə Ermənistanın konkret pozuntuları və ya üzərinə düşən öhdəliklərdən yayınması barədə deyilmir.
- Ermənistanda revanşizmi təşviq edir. Belə qətnamələr İrəvandakı radikal qüvvələrin əlini gücləndirir, onları "Qarabağı qaytarmaq mümkündür" düşüncəsi ilə qızışdırır. Bu, bölgədə yeni eskalasiya riskini artırır.
Bütün bu faktorları bir yerə toplasaq, sual ortaya çıxır: Bu qətnamə kimə lazımdır? Cavab aydındır: Ermənistanın lobbi dairələrinə. Belçika parlamenti isə neytral arbitrdən çox, onların siyasi alətinə çevrilir. Əgər Avropa həqiqətən Cənubi Qafqazda sabitlik və davamlı sülh istəyirsə, birtərəfli ittihamları dayandırmalı, münaqişənin bütün tərəflərinin maraqlarını nəzərə almalıdır. Əks halda, Belçika tarixin yaddaşında real diplomatiyadan çox, siyasi spekulyasiyalarla məşğul olan bir ölkə kimi qalacaq.
Elçin Alıoğlu TREND
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik

Tanınmış aktyor Əlvan Fərmanoğlu vəfat edib.

İran prezidenti Məsud Pezeşkian keçən ay İsrailin İrana hava hücumların

Bu həftəsonu bəzi bürclərin ulduzları elə əlverişli düzüləcək ki, o

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsin

İnzibati cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcə

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində təyinatınd

Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə

Tibo Kurtua İspaniyadakı malikanəsini təxminən 4,5 milyon avroya satıb.

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məs

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub. Son.a

Avropa İttifaqının Rusiya Federasiyasına qarşı qəbul etdiyi 18-ci sanksiy

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
