Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib FOTO


Digərləri 18 İyl 2025 15:04:00 79 0

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  FOTO

İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda media nümayəndələri ilə görüş keçirilib.

Son.az xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.

Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi - prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq təcrübəsini qiymətləndirərək bu istiqamətdə qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək, dövlət strukturlarında ictimai iştirakçılığın genişləndirilməsində və ictimai nəzarətin gücləndirilməsində medianın mühüm rolunu qeyd edib.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. O, ictimai şüurun formalaşması və hüquqi maarifləndirmə prosesində medianın mühüm rolunu xüsusi vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov isə çıxışında rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə və bu istiqamətdə medianın rolu barədə danışıb. O, bu sahədə maarifləndirmə və ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə media nümayəndələri - Milli.az xəbər portalının baş redaktoru Asif Mehman, Report İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin  və İctimai Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Valeh Dadaşov çıxış edərək, prokurorluq-media münasibətləri barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.

Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda "Xalqın adamı" adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb. 

Sonda xatirə fotoşəkili çəkilib.

Bakının mərkəzində avtomobil yandı  Sürücü yanğını özü söndürdü like
  • 18 İyl 15:00  
Digərləri Bakının mərkəzində avtomobil yandı Sürücü yanğını özü söndürdü

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

arrow Ətraflı
"Xanımlar niyə "vulqar" görünməyi seçirlər?" like
  • 18 İyl 14:53  
Şou-biznes "Xanımlar niyə "vulqar" görünməyi seçirlər?"

Tanınmış aktyor Nicat Rəhimovun bloger həyat yoldaşı sözləri ilə diqq�

arrow Ətraflı
2 yeni milli park yaradılır   Baş nazir tapşırıq verdi like
  • 18 İyl 14:43  
Digərləri 2 yeni milli park yaradılır Baş nazir tapşırıq verdi

Nazirlər Kabineti Prezidentin "Azərbaycan Respublikasının Axar-Baxar v�

arrow Ətraflı
Hindistanda ildırım faciəsi  33 ölü, çox sayda yaralı var like
  • 18 İyl 14:32  
Dünya Hindistanda ildırım faciəsi 33 ölü, çox sayda yaralı var

Hindistanın şərqində yerləşən Bihar əyalətində bu həftə musson fırt

arrow Ətraflı
Bir ailənin 2 üzvünün öldüyü qəza ilə bağlı rəsmi məlumat like
  • 18 İyl 14:19  
Digərləri Bir ailənin 2 üzvünün öldüyü qəza ilə bağlı rəsmi məlumat

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakı-Qazax yolunun Goranboy

arrow Ətraflı
Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib  FOTO like
  • 18 İyl 14:18  
Siyasət Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib FOTO

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışınd

arrow Ətraflı
Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır like
  • 18 İyl 14:10  
Digərləri Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin sökünt

arrow Ətraflı
Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş like
  • 18 İyl 14:05  
Digərləri Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş

İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı

arrow Ətraflı
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub  FOTO like
  • 18 İyl 14:00  
Siyasət Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub FOTO

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalın�

arrow Ətraflı
Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu like
  • 18 İyl 13:51  
Digərləri Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu

İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalı

arrow Ətraflı
Qubada yük və minik maşınları toqquşdu  Yaralananlar var like
  • 18 İyl 13:27  
Digərləri Qubada yük və minik maşınları toqquşdu Yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba �

arrow Ətraflı
Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq?  DİM like
  • 18 İyl 12:55  
Digərləri Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunma

arrow Ətraflı
Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi like
  • 18 İyl 12:49  
Digərləri Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar

arrow Ətraflı