ÜSTnin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi


Digərləri 15 İyl 2025 12:03:00 71 0

ÜSTnin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldi. Görüşün məqsədi ÜST ilə yerli media arasında əlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülən işlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq olub.

Tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və ÜST-nin Ölkə Ofisinin əməkdaşları iştirak edib. Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçirilən görüş zamanı iştirakçılar ÜST-nin Azərbaycandakı prioritet istiqamətləri olan iqlimə davamlı səhiyyə sistemlərinin gücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixi sağlamlıq, qeyri-infeksion xəstəliklərə mübarizə, ÜST-nin səhiyyədə fövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat alıb.

"Sağlamlıqla bağlı dəqiq və vaxtında məlumatların ictimaiyyətə çatdırılması üçün mətbuatla işləmək bizim üçün prioritetdir. Biz ÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür və bu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulması sizinlə mümkündür," - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı qeyd edib.

Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edib, onları maraqlandıran sualları ünvanlayıb və gələcək media əməkdaşlıqları üçün fikir mübadiləsi aparıb. Tədbirin sonunda ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.

Bu görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb. Media nümayəndələrinin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlı mövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önə çıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edən müsbət bir addım kimi dəyərləndirilib.

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib like
  • 15 İyl 12:01  
Siyasət Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
Sözə  Tanrının  gözü ilə baxan adam..  YUNUS OĞUZ  65 like
  • 15 İyl 12:00  
Digərləri Sözə Tanrının gözü ilə baxan adam.. YUNUS OĞUZ 65

...Qəribə  sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işar

arrow Ətraflı
Ayşəni öldürüb meyitini çamadanda yola atan keçmiş polis əməkdaşı imiş like
  • 15 İyl 11:51  
Digərləri Ayşəni öldürüb meyitini çamadanda yola atan keçmiş polis əməkdaşı imiş

İstanbulda universitet tələbəsi olan Ayşə Tokyazın meyiti çamadanın iç

arrow Ətraflı
Dünyanın ən yaşlı marafonçusu faciəvi şəkildə öldü like
  • 15 İyl 11:45  
Dünya Dünyanın ən yaşlı marafonçusu faciəvi şəkildə öldü

Hindistanın Pəncab ştatında "Turbanlı Tornado" ləqəbli, dünyan

arrow Ətraflı
“Babək” Amaliya Pənahova ilə yataq səhnəsindən danışdı  FOTO like
  • 15 İyl 11:24  
Şou-biznes “Babək” Amaliya Pənahova ilə yataq səhnəsindən danışdı FOTO

Xalq artisti Rasim Balayev maraqlı açıqlamalar verib. 

arrow Ətraflı
"Putin məni aldada bilməz" like
  • 15 İyl 10:50  
Dünya "Putin məni aldada bilməz"

"Putin məni aldada bilməz" .

arrow Ətraflı
Astarada azadlığa çıxan kişi dərhal həbs edildi like
  • 15 İyl 10:43  
Digərləri Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı like
  • 15 İyl 10:23  
Digərləri Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı

Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud p

arrow Ətraflı
Üzdə səpgilər – demodeks gənələri like
  • 15 İyl 10:15  
Digərləri Üzdə səpgilər – demodeks gənələri

Üzdə gənə təhlükəli xəstəlik sayılır. Onun elmi adı demodeksdir. Pat

arrow Ətraflı
FETÖnün maliyyə şəbəkəsi çökdürüldü  26 nəfər saxlanıldı like
  • 15 İyl 10:12  
Digərləri FETÖnün maliyyə şəbəkəsi çökdürüldü 26 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatının maliyyə strukturunu hədəf alan gen

arrow Ətraflı
Azərbaycanda lisey şagirdi vəfat etdi like
  • 15 İyl 10:08  
Digərləri Azərbaycanda lisey şagirdi vəfat etdi

Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Mehdi Səmədli vəf

arrow Ətraflı
Bu ölkədə güclü ZƏLZƏLƏ like
  • 15 İyl 09:58  
Dünya Bu ölkədə güclü ZƏLZƏLƏ

Filippin sahillərində 5.5 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanda arı sancan 35 yaşlı qadın komaya düşdü like
  • 15 İyl 09:52  
Digərləri Azərbaycanda arı sancan 35 yaşlı qadın komaya düşdü

İyunun 12-si 35 yaşlı qadın arı sancmasından komaya düşüb.

arrow Ətraflı
Tezliklə hər şey dəyişəcək: Bu BÜRCLƏRİ böyük qələbə gözləyir like
  • 15 İyl 09:47  
Digərləri Tezliklə hər şey dəyişəcək: Bu BÜRCLƏRİ böyük qələbə gözləyir

Ulduzlar bu günlərdə bəzi bürclərə xüsusi enerji göndərir. Onlar həya

arrow Ətraflı