Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qüvvəyə mindi
Siyasət 14 İyl 2025 16:28:00 75 0
Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi "İstilik təchizatı haqqında" qanunu təsdiqləyib.
Son.az xəbər verir ki, qanun dövlət başçısının imzaladığı "İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında" 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb və qəbul olunub.
Qanunla istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir.
Qanuna əsasən, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.
İstilik təchizatı sektorunda qiymətlər (tariflər) "Tənzimlənən qiymətlər haqqında" qanuna uyğun tənzimlənəcək. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.
2028-ci il iyulun 1-nə qədər isə istilik təchizatı sektorunda qiymətləri (tarifləri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.
İlham Əliyev həmçinin "İstilik təchizatı haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, yeni qanunla bağlı səlahiyyətli orqanlar müəyyənləşib.
Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın -

Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurma

Əməkdar artist Elton Hüseynəliyev paylaşımı ilə diqqət çəkib.

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat had

Fransada UNESCO-nun baş qərargahında Azərbaycanın təşkilatdakı Daimi Nü

Almaniya kansleri Fridrix Merz ARD televiziyasına müsahibə zamanı Qəzza zo

PKK terror təşkilatının tərksilah edilməsi prosesi ən gec sentyabr ayın

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıv

Narkotik qalmaqalı ilə medianın gündəminə düşən müğənni Arzuxanım H

Sintetizatorların aləmi: fərqli növləri və onların imkanları

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlər
