Filarmoniyasının Yay zalında Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib FOTO


Kriminal 14 İyl 2025 14:30:00 74 0

Filarmoniyasının Yay zalında Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib  FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalının səhnəsində aparıcı kollektivimiz olan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib.Bu əlamətdar günə həsr olunmuş konsert proqramı orkestrin zəngin tarixini, musiqi mədəniyyətimizdəki yerini və müasir dövrdəki uğurlarını əks etdirib.

İlk olaraq, bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi və orkestrin müşayiəti ilə Ü.Hacıbəylinin "Koroğlu" operasından Uvertüra konserti açıb. Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə (piano) A.Məlikovun piano və orkestr üçün konsertindən fraqmentlər ifa edib.M.Adıgözəl-zadənin ifası böyük enerji, qığılcım, virtuozluq ilə dolu idi.

F.Əmirov "Simfonik rəqslər"dən  "Şənlik" rəqsinin səslənməsi bu bayram gecəsini daha da rəngarəng edib.

Daha sonra dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə simfonik orkestrin təqdimatında Q.Qarayevin "Alban rapsodiyası" və M.Maqomayevin "Təntənəli marş" əsərləri ifa olundu.Konsert proqramı Niyazinin "Rast" simfonik muğamı  (dirijor Fuad İbrahimov) ilə yekunlaşıb. Dinləyicilərin gur alqışları nəticəsində sonda orkestr bis olaraq Niyazi "Vals" ifa etdi. Qeyd edək ki, bu təntənəli bayram gecəsi eyni zamanda sezonun son konserti kimi bütün tədbirlərin yekunu olaraq səsləndi. Sonda orkestrin bədii rəhbər və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov hər bir ifaçının olduqca doğma və peşəkar musiqiçi olduqlarını bir daha vurğulayaraq, kollektivi ürəkdən təbrik etdi və çıxışı SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyliyə ötürdü.F.Bədəlbəyli orkestrin fəaliyyətində xalqımızın milli musiqi irsi ilə dünya musiqimizin vəhdəti, yüksək peşəkarlıq və sənətə sədaqətin əks olunduğunu qeyd etdi. Onların səhnədə yaratdıqları musiqi mənzərəsinin həm dinləyicilərin qəlbinə yol tapdığını, həm də Azərbaycan musiqisinin şöhrətinin dünyaya yayılmasının bariz nümunəsi olduğunu dedi.Orkestrin çoxillik rəhbəri və yaradıcı simaları başda olmaqla bütün kollektivəən səmimi təbriklərini çatdıraraq, gələcək fəaliyyətində uğurlar, yeni zirvələr və daim gur alqışlanan çıxışlar arzuladı.

Bu yubiley təkcə orkestrin deyil, bütövlükdə Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan Azərbaycan musiqisinin zəngin və parlaq yolunun təntənəsidir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ like
  • 14 İyl 14:20  
Digərləri Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə

arrow Ətraflı
ABŞdə yaşayan azərbaycanlı aparıcı: "Həyat çox qısadır..."  FOTO like
  • 14 İyl 14:06  
Şou-biznes ABŞdə yaşayan azərbaycanlı aparıcı: "Həyat çox qısadır..." FOTO

ABŞ-də yaşayan keçmiş aparıcı Günel Musəvi artıq çəkisi olmasını t

arrow Ətraflı
Əmlak bu qaydada rəsmiləşdiriləcək like
  • 14 İyl 13:53  
Digərləri Əmlak bu qaydada rəsmiləşdiriləcək

Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alı

arrow Ətraflı
Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün “KOBların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib  FOTO like
  • 14 İyl 13:37  
Digərləri

Məqsəd COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü və KOB-ların ya

arrow Ətraflı
Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq like
  • 14 İyl 13:27  
Digərləri Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq

Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini

arrow Ətraflı
"5 ilə bəzi ixtisaslar ləğv olunacaq" like
  • 14 İyl 13:17  
Digərləri "5 ilə bəzi ixtisaslar ləğv olunacaq"

Təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq.

arrow Ətraflı
Deputat ailəsi ilə birlikdə Ağdama köçəcək like
  • 14 İyl 13:10  
Digərləri Deputat ailəsi ilə birlikdə Ağdama köçəcək

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək is

arrow Ətraflı
85 yaşlı qadını oğlu döyüb öldürdü like
  • 14 İyl 13:00  
Kriminal 85 yaşlı qadını oğlu döyüb öldürdü

Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. 

arrow Ətraflı
Torpaq sahələri ilə bağlı vacib like
  • 14 İyl 12:47  
Digərləri Torpaq sahələri ilə bağlı vacib

Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin üm

arrow Ətraflı
İcra məmurları bu hallarda məsuliyyət daşıyacaqlar like
  • 14 İyl 12:37  
Digərləri İcra məmurları bu hallarda məsuliyyət daşıyacaqlar

Xüsusi icra məmurları bu Qanunun tələblərinin pozulmasına görə qanunla

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 14 İyl 12:36  
Digərləri Sabah hava necə olacaq?

İyulun 15-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bakıda məşhur yaşayış kompleksində ÖLÜM like
  • 14 İyl 12:27  
Digərləri Bakıda məşhur yaşayış kompleksində ÖLÜM

"MİDA" yaşayış kompleksində ölüm hadisəsi baş verib.

arrow Ətraflı
"Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır" like
  • 14 İyl 12:15  
Şou-biznes "Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır"

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.

arrow Ətraflı