Bakıda nişana hazırlaşan oğlanı öldürdülər Dedim ki, "ayə" bura yaşayış yeridir, söyüş söyməyin
Kriminal 09 İyl 2025 22:00:00 56 0
Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Məhkəmə Bəşir Süleymanlı barədə qərar verdi
Son.az lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi və çağırılması nəzərdə tutulan şahidlər ifadə verib .
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə öz suallarını ünvanlayıb.
Təqsirləndirilən şəxs sualları cavablandırarkən əməlindən peşman olduğunu bildirib: "O gün üstümdə 2 bıçaq var idi. Bıçaqlardan birini yerdən tapmışdım. Qarşı tərəf 8 nəfər idilər və onlar aralarında nalaiq ifadələr işlədirdilər. Konkret olaraq kimisə söydüklərini eşitmədim. Mən bu söyüşlərə qarşı öz iradımı bildirdim və dedim ki, "ayə" bura yaşayış yeridir, ailələr keçir, söyüş söyməyin. Bundan sonra onlar üstümə tökülüşüb məni təklədilər. Yanındakılar bizi ayırmağa çalışırdı. Onlar məni öldürmək istəyirdilər. Onları yox, məhz onlar məni öldürmək istəyirdilər. Onlar hadisə başlayandan sona kimi məni döydülər və başımdan zərbə almışdım. Mən onların qarşısında əlacsız qalıb bıçağımı çıxardım və Ümidə 1 dəfə zərbə endirdim. Məqsədim sadəcə özümü müdafiə etmək idi. Əgər həqiqtən mən Ümidi məqsədli şəkildə öldürmək istəsəydim, ona bıçaqla 1-dən çox zərbə endirərdim. İstəməzdim nə Ümidin, nə də mənim ailəm gözü yaşlı qalsın".
Təqsirləndirilən şəxs əlavə olaraq qeyd edib: "Mən söyüş söyməyin dediktdən sonra qarşı tərəfdən Adil adlı şəxs qaça-qaça gəlib yumruqla sifətimdən və başımdan vurdu, huşumu itirdim və dava bu şəkildə başlamışdı. Mən Ümidi vurduğdan sonra onlar arxaya çəkildilər və mən də 32 nömrəli məktəblə üzbəüz məhləyə qaçdım. Tanışımın evinə getdim, sonra dostlarım da o evə gəldi. Mən bilmirdim nə etmişəm, çox həyəcanlı idim. Dostlarıma dedim ki bəs belə bir iş törətdim.Onlar Ümidi öldürdüyümü görmədiklərini və onlar bu əməlimə görə mənə irad bildirdilər. Sonra mən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təslim olmağa getdim".
Zərərçəkənin hüquqi varisi Soltanov Hikmət ifadəsində bildirib ki, Ümidin zərərli \işlərlə məşğul olmayıb: "O ğlum Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi idi. Dərslərini yaxşı oxuyurdu, savadlı oğlan idi. Oğlumun xəyalları, arzuları var idi. Onun kənddə pis əməli olmayab. Amma Həsən kimi pis şagirdən qurtulduğları üçün müəllimləri əlini göyə açıb şükür edir. Anam şəkər xəstəliyi tapıb, mənim də psixologiyam pozulub. Axı oğlumun nişanı olacaqdı. Mən indi oğlumun qəbrinə baxıb ağlamağla təsəlli tapıram".
Zərərçəkənin hüquqi varisi onu da qeyd edib ki, hər kəsin dava edir, hər kəsin sözü çəp gəlir. Onda gərək hər dalaşan əlinə bıçaq alsın? Şikəst edərdin, gözünü qaraldardın, bıçağla ayağına vurardın, döyərdin. Sən bıçaq gəzdirmisən özünlə, sən qatil böyümüsən".
Zərərçəkən İsmayılov Adil ifadəsində bildirib ki, hadisə zamanı 8 nəfər olmayıblar: "Biz 6 nəfər olmuşuq.Toğrul ilə zarafatlaşan zaman yüksək səslə pis sözlər demişik. Mən içkili idim. Məqsədim vurmaq olmayıb".
Növbəti proses iyulun 16-na təyin olunub.
Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il noyabrın 16-da saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb.
Həsən Kazımov ərazidə yerləşən kafeya daxil olmaq istəyərkən orada dayanıb öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışan Ümid Soltanov, Adil İsmayılov və digərlərinə öz iradını bildirib. Bu zaman Adil İsmayılov və Ümid Soltanovla mübahisə edərək əlbəyaxa olublar. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.
Həsən Kazımov məhkəmədə ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək baş verən hadisəni 8 nəfərin onun üzərinə gəlməsinə görə törətdiyini deyib. Təqsirləndirilənin vəkili isə öz növbəsində müvəkkilinin ittiham olunduğu maddələrin düzgün tövsif olunmadığını bildirib.
Xatırladaq ki, baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, 221.3 və 228.4 maddələri ilə ittiham olunub.
ATV-də yayımlanan "7 Tamam" verilişi mövsüm finalına hazırlaş�

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum

Bakıda iş adamına məxsus iki villa qarət olunub.

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroport

Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı

Ukrayna Prezidenti Volodimir Zelenski bu dəqiqələrdə Donald Trampın nümay�

Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəs

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusi

Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı oxuyanları tənqid edib.

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrin

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında ara

Ermənistan parlamentində "Hayastan" fraksiyasının deputatı Artur
