Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir”


Digərləri 06 İyl 2025 11:50:00 83 0

Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir”

"İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. "Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir."       

K.Qafarovİqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: "İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir.Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir".

Bred Pitt indi "başına döyür": like
  • 06 İyl 11:30  
Şou-biznes Bred Pitt indi "başına döyür":

Ancelina Colidən boşanma Bred Pittin həyatında dərin iz buraxıb. Belə gö

arrow Ətraflı
Türkiyəli yazıçı saxlanıldı like
  • 06 İyl 11:20  
Şou-biznes Türkiyəli yazıçı saxlanıldı

Türkiyəli jurnalist, yazar Timur Soykan saxlanılıb.

arrow Ətraflı
ABŞdə daşqınlarda ölənlərin sayı ARTDI like
  • 06 İyl 11:13  
Dünya ABŞdə daşqınlarda ölənlərin sayı ARTDI

ABŞ-nin Texas ştatında güclü yağışların və Qvadalupe çayının daşma

arrow Ətraflı
İcra başçısının keçmiş müavini vəfat etdi  FOTO like
  • 06 İyl 11:04  
Digərləri İcra başçısının keçmiş müavini vəfat etdi FOTO

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının sabiq müavini Kamal Aşurov

arrow Ətraflı
ABŞ qırıcıları Trampın qolf klubu üzərində like
  • 06 İyl 10:45  
Dünya ABŞ qırıcıları Trampın qolf klubu üzərində

İyulun 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri p

arrow Ətraflı
"Təranə həbsdə olaola məni polisə verdi" like
  • 06 İyl 10:35  
Şou-biznes "Təranə həbsdə olaola məni polisə verdi"

"Təranə düzəlməyəcək, buna başımla əminəm"

arrow Ətraflı
Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir  möcüzəvi FAYDALARI like
  • 06 İyl 10:25  
Digərləri Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir möcüzəvi FAYDALARI

Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və fayda

arrow Ətraflı
Məşhur aktyor xərçəngdən ÖLDÜ like
  • 06 İyl 10:18  
Şou-biznes Məşhur aktyor xərçəngdən ÖLDÜ

Avstraliyalı aktyor Culian Makmahon vəfat edib.

arrow Ətraflı
Sabah saat 10:00dan QAZ OLMAYACAQ like
  • 06 İyl 10:17  
Digərləri Sabah saat 10:00dan QAZ OLMAYACAQ

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazl

arrow Ətraflı
Bu tarixdən külək olmayacaq  hava like
  • 06 İyl 10:09  
Digərləri Bu tarixdən külək olmayacaq hava

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlə

arrow Ətraflı
Xamenei müharibədən sonra ilk dəfə ÜZƏ ÇIXDI like
  • 06 İyl 09:58  
Digərləri Xamenei müharibədən sonra ilk dəfə ÜZƏ ÇIXDI

İranın dini rəhbəri Ayətullah Əli Xamenei uzun müddətdən sonra ictimaiy

arrow Ətraflı
Mask yeni siyasi partiya yaratdı like
  • 06 İyl 09:49  
Dünya Mask yeni siyasi partiya yaratdı

Milyarder iş adamı və "X" sosial şəbəkəsinin sahibi İlon Mask

arrow Ətraflı
Yaxın günlərdə tənhalığa son qoyacaq BÜRCLƏR – like
  • 06 İyl 09:39  
Digərləri Yaxın günlərdə tənhalığa son qoyacaq BÜRCLƏR –

Ulduzlar yaxın günlər üçün bəzi bürclərə romantik sürprizlər və ür

arrow Ətraflı
Rusiyada təyyarə sərt eniş etdi like
  • 06 İyl 09:33  
Digərləri Rusiyada təyyarə sərt eniş etdi

Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) "An-2" təyyarəsi

arrow Ətraflı
Daha bir imtahan olacaq like
  • 06 İyl 09:28  
Digərləri Daha bir imtahan olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Vəkillər Kollegiyası (

arrow Ətraflı