Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
Digərləri 04 İyl 2025 10:13:00 66 0
Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanı 2% səviyyəsində saxlamaq cəhdlərini poza biləcəyindən narahat olublar.
Bu xəbəri də oxu: Çiyələkdən kökəlmək mümkündürmü? – Gözlənilməz fakt!
ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti nəticəsində dollara inamın azalması səbəbindən avro bu il dollara qarşı təxminən 14% dəyər qazanıb.
ECB-nin vitse-prezidenti Luis de Guindos xəbərdarlıq edib ki, avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq.
Qeyd edək ki, 1 avronun qiyməti 1,18 dollara yaxınlaşıb.
Azərbaycanda vəziyyət necədir?
Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələrə görə isə 1 avro 2 manat səviyyəsini də keçərək 2.0035 manat olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda sonuncu dəfə Avronun rəsmi məzənnəsi 2 manatdan yüksək 17.09.2021-ci il tarixində olmuşdu. Həmin gün Avronun rəsmi məzənnəsi 2.0014 manat olmuşdu.
Hansı məhsullar bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, avronun bahalaşmasının Azərbaycana yan təsirləri qaçılmazdır:
"Yaxın zamanda Avrozonadan gələn məhsullar bahalaşacaq. Məlumdur ki, Avrozonadan böyük ölçüdə mal və məhsullar idxal edirik. Bu idxal məhsullarına avtomobillərdən tutmuş ərzaq mallarına qədər çox şey daxildir. Yəni Avropadan aldığımız bütün məhsullar manatla ifadədə bahalaşacaq. Bu bahalaşmanı yaxın zamanda aydın şəkildə görəcəyik".
Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaş

İyulun əvvəlindən etibarən Bakı bir daha bölgənin siyasi gündəmini öz

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Bu, o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşüdür”

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il

Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinl

Bu il Bakıda torpaq sahələrinin qiyməti 20 faizə yaxın bahalaşıb.

Yay mövsümündə Azərbaycanda münasib büdcə ilə həm təbiət, həm dəni

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyi

"Eşref Rüya" serialı ilə şöhrətinin zirvəsində olan aktrisa D

Yay aylarında günəşə məruz qalmanın müxtəlif faydaları var, lakin həd

Bəzi qida birləşmələri sağlamlıq üçün təhlükə yarada bilər. Mütə

Son zamanlarda ölkəmizdə daha bir xəstəlik yayılıb.
