Xankəndidə beynəlxalq sammit: Azərbaycanın geosiyasi qələbəsi


Siyasət 04 İyl 2025 00:22:00 83 0

Xankəndidə beynəlxalq sammit: Azərbaycanın geosiyasi qələbəsi

Azərbaycan regionun mühüm strateji mərkəzlərindən biri olmaqla yanaşı, həm də beynəlxalq münasibətlərdə aktiv və nüfuzlu ölkələrdən biridir. İyulun 3-4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin liderlərinin görüşməsi ölkəmiz üçün çoxşaxəli əhəmiyyət daşıyır.

Bu əhəmiyyət siyasi, iqtisadi, diplomatik və geosiyasi istiqamətlərdə özünü göstərir.

Bütün bu məsələlərə siyasi aspektdən yanaşsaq, aşağıdakı nəticləri görərik.

Belə ki, İƏT-ə üzv ölkələrin dövlət başçılarının Azərbaycanda toplaşması ölkəmizin beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bu cür yüksək səviyyəli toplantının təşkili Azərbaycanın siyasi sabitliyini və beynəlxalq təşkilatlarla əməkdaşlıqdakı rolunu nümayiş etdirir. Ölkəmiz regional və qlobal məsələlərdə mühüm tərəfdaş kimi tanınır və belə görüşlər vasitəsilə diplomatik əlaqələr daha da möhkəmlənir.

Xankəndidə İƏT-ə üzv ölkələrin liderlərinin görüşməsi təkcə Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində mövqeyinin güclənməsi deyil, həm də bölgədə uzunmüddətli stabilliyin və təhlükəsizliyin təmin olunduğunun mühüm göstəricisidir.

Xankəndidə İƏT sammitinin keçirilməsi ölkənin həmin ərazidə effektiv idarəetməyə malik olduğunu göstərir. Bu, həm də daxili siyasətdəki sabitliyin əyani sübutudur.

İnzibati strukturun möhkəmlənməsi, hüquq-mühafizə orqanlarının təhlükəsizliyi təmin etməsi və infrastrukturun yenidən qurulması beynəlxalq liderlərin bu regionda sərbəst və təhlükəsiz şəkildə hərəkətini mümkün edir.

İƏT-ə üzv ölkələrin rəhbərlərinin Xankəndiyə səfəri göstərir ki, beynəlxalq ictimaiyyət bu bölgədə Azərbaycanın təmin etdiyi stabilliyə və təhlükəsizliyə güvənir.

Bu, həm də bölgədə sülh proseslərinin uğurla irəliləməsi, qarşılıqlı əməkdaşlığın genişlənməsi üçün müsbət siqnaldır.

Stabillik iqtisadi inkişafın əsas şərtlərindəndir. Xankəndidə keçirilən İƏT sammiti iqtisadi yenidənqurma və inkişaf üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının açılması deməkdir.

Bu, bölgədə yeni investisiyaların cəlb olunması, infrastruktur layihələrinin həyata keçirilməsi və sosial rifahın artırılması üçün mühüm zəmin yaradır.

İƏT sammitinin Xankəndidə keçirilməsi bölgədə davamlı sülh və əməkdaşlığın simvoludur. Bu, həm Azərbaycanın, həm də İƏT-ə üzv ölkələrin bölgədəki sabitliyi və inkişafı prioritet kimi qəbul etdiyini göstərir.

Beynəlxalq tədbirlərin bu ərazidə keçirilməsi qarşıdakı illərdə də sülh və sabitliyin qorunmasına zəmin yaradır.

Xankəndi illərlə davam edən münaqişənin və qarşıdurmanın mərkəzində olan ərazi olub. İndi burada beynəlxalq səviyyəli belə mühüm tədbirin keçirilməsi bölgədə sülhün, təhlükəsizliyin və ictimai sabitliyin təmin olunduğunu təsdiqləyir.

Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə yanaşı, bölgədə dayanıqlı inkişaf və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində atılan əhəmiyyətli addımdır.

İƏT-ə üzv ölkələrin dövlət başçılarının Xankəndidə görüşməsi yalnız regional və beynəlxalq əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın tarixi, siyasi və strateji mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşün məhz Xankəndidə keçirilməsi bir neçə aspektdən önəmlidir, ölkəmizin daxili və xarici siyasətinə mühüm təsir göstərir.

İƏT liderlərinin məhz Xankəndidə toplaşması bu ərazinin Azərbaycanın tərkib hissəsi olduğunu beynəlxalq aləmə nümayiş etdirmək baxımından böyük simvolik əhəmiyyət kəsb edir.

Bu, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının təşviqi və siyasi dəstəyin gücləndirilməsi üçün güclü mesajdır.

Xankəndidə keçirilən belə yüksək səviyyəli beynəlxalq tədbir bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan mühüm addımdır. İƏT üzv ölkələrinin liderlərinin bu şəhərdə bir araya gəlməsi regional əməkdaşlıq və dialoqun dərinləşməsi üçün şərait yaradır.

Sülhə və sabitliyə xidmət edən bu görüş, həm regionda, həm də qlobal səviyyədə etimad mühitinin yaradılmasına töhfə verir. Xankəndidə keçirilən sammit Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirir. Bu tədbir ölkənin regional lider kimi tanınmasına və beynəlxalq siyasətdə rolunun artmasına xidmət edir.

Xankəndidə keçirilən İƏT sammiti beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və bu ərazilərdə təhlükəsizlik, sülh və inkişafın təmin olunduğunu göstərir. Bu, həmçinin, Ermənistan və onun havadarları üçün qəti və birgə siyasi mesajdır. Beynəlxalq təşkilatların rəhbərlərinin bu regiona səfəri Azərbaycanın öz haqqı uğrunda apardığı siyasətin dünyada dəstəkləndiyini sübut edir.

Nəticədə, Xankəndinin İƏT kimi nüfuzlu beynəlxalq təşkilatın üzvlərini qəbul etməsi, Azərbaycanın bölgədə sabitlik və inkişaf üçün aparıcı rol oynadığını təsdiqləyir və gələcək üçün böyük ümidlər yaradır.

Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası, effektiv idarəetmə və beynəlxalq əməkdaşlıq sayəsində əldə etdiyi uğurların təzahürüdür.Sammit, həmçinin, gələcək üçün yeni inkişaf perspektivlərinin, regional inteqrasiyanın və qarşılıqlı inamın yaradılması üçün möhkəm zəmin yaradır. TREND

İran yenidən hava məkanını açır like
  • 04 İyl 00:12  
Digərləri İran yenidən hava məkanını açır

İran öz hava məkanını yenidən açıb və əksər hava limanlarının işin

arrow Ətraflı
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir like
  • 04 İyl 00:01  
Digərləri Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Xanımı Azərin heç yerdə olmayan görüntülərini paylaşdı like
  • 03 İyl 23:41  
Şou-biznes Xanımı Azərin heç yerdə olmayan görüntülərini paylaşdı

Xəbər verdiyimiz kimi, bu gün mərhum aktyor Azər Baxşəliyevin ad günüd�

arrow Ətraflı
İlham Əliyev və Şavkat Mirziyoyev Xankəndidə sakinlərlə səmimi söhbət ediblər like
  • 03 İyl 23:26  
Siyasət İlham Əliyev və Şavkat Mirziyoyev Xankəndidə sakinlərlə səmimi söhbət ediblər

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbə

arrow Ətraflı
İmişlidə məktəblilərin öldüyü qəza zamanı xuliqanlıq edən 19 nəfərə hökm oxundu like
  • 03 İyl 23:12  
Kriminal İmişlidə məktəblilərin öldüyü qəza zamanı xuliqanlıq edən 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xul

arrow Ətraflı
DİM 393 abituriyentin yazı işinə düzəliş etdi  ŞİKAYƏT like
  • 03 İyl 22:56  
Digərləri DİM 393 abituriyentin yazı işinə düzəliş etdi ŞİKAYƏT

25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III və I, IV ixtis

arrow Ətraflı
"Kill Bill"in aktyoru vəfat etdi like
  • 03 İyl 22:40  
Şou-biznes "Kill Bill"in aktyoru vəfat etdi

"Kill Bill" və "Reservoir Dogs" filmlərinin ulduzu Maykl M

arrow Ətraflı
Tacir Şahmalıoğluna 80 minlik saat hədiyyə ediblər like
  • 03 İyl 22:30  
Şou-biznes Tacir Şahmalıoğluna 80 minlik saat hədiyyə ediblər

Müğənni Tacir Şahmalıoğlu saatı ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar like
  • 03 İyl 22:13  
Siyasət Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkis

arrow Ətraflı
Paşinyan yenə II Qaregini istefaya çağırdı like
  • 03 İyl 21:53  
Digərləri Paşinyan yenə II Qaregini istefaya çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bütün erməniləri

arrow Ətraflı
Bu sahələrdə işçi çatışmır like
  • 03 İyl 21:39  
Digərləri Bu sahələrdə işçi çatışmır

Azərbaycanda 100-dən artıq sahə üzrə ixtisaslı kadr çatışmazlığı va

arrow Ətraflı
Cənubi Koreyada yeni baş nazir təyin edildi like
  • 03 İyl 21:24  
Dünya Cənubi Koreyada yeni baş nazir təyin edildi

Yonhap News agentliyinin verdiyi xəbərə görə, Cənubi Koreya parlamenti cü

arrow Ətraflı
Əsir və girovlarımızın başına nələr gətirilib? like
  • 03 İyl 21:07  
Siyasət Əsir və girovlarımızın başına nələr gətirilib?

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb  FOTO like
  • 03 İyl 20:50  
Digərləri "Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb FOTO

Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə kü

arrow Ətraflı
Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... like
  • 03 İyl 20:33  
Digərləri Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur...

Bakının müxtəlif ərazilərində kanalizasiya "lyuk"larına aid pr

arrow Ətraflı