Uşaqlara "tok" verdilər, beyinləri daha yaxşı işləməyə başladı
Dünya 03 İyl 2025 11:30:00 95 0
Tələbələrin beyninə zəif elektrik verildi, riyaziyyat qabiliyyətləri artdı
Bu xəbəri də oxu: Mossad rəhbəri: “12 günlük müharibədə İrana ciddi ziyan vurmuşuq”
Oksford Universitetində aparılan araşdırmada tələbələrin beyninə çox zəif elektrik cərəyanı verildikdə riyaziyyat bacarıqlarının artdığı müşahidə edilib. Xüsusilə beynin müəyyən bölgələri arasında əlaqəsi zəif olan şəxslərdə bu metod daha güclü təsir göstərib.
Son.az xəbər verir ki, 72 universitet tələbəsinin qatıldığı araşdırmada iştirakçıların başına elektrodlar yerləşdirilib və onların beyninə hiss olunmayacaq qədər zəif elektrik siqnalları göndərilib. Bu siqnallar beynin riyaziyyatla bağlı iki bölgəsinə - ön alın payı (dlPFC) və arxa parietal korteksə (PPC) yönləndirilib. Nəzarət qrupuna isə gerçək olmayan, yəni təsirsiz siqnallar tətbiq olunub.
Beş gün ərzində ümumilikdə 150 dəqiqə davam edən bu stimullaşdırma müddətində tələbələr müxtəlif riyaziyyat testlərindən keçib. Testlər həm hesablama bacarığını, həm də əzbərləmə qabiliyyətini ölçüb. Nəticələrə görə, dlPFC bölgəsinə edilən stimullaşdırma yeni hesablama bacarıqlarının inkişafında effektiv olub. Lakin PPC bölgəsinə verilən siqnallar əzbərləmə yönümlü öyrənmədə nəzərəçarpacaq fayda verməyib.
Tədqiqatçılar həmçinin iştirakçıların beyinlərindəki ön və üst paylar arasında əlaqənin gücünü də qiymətləndiriblər. Bu iki bölgənin birlikdə işləməsi riyaziyyat öyrənməsində əsas rol oynayır. Əvvəlcədən bu bağlantısı zəif olan tələbələrin testlərdə daha çox çətinlik çəkdiyi, lakin onlara tətbiq olunan dlPFC stimullaşdırmasının ən böyük irəliləyişə səbəb olduğu ortaya çıxıb.
Araşdırma həmçinin göstərib ki, bu cür stimullaşdırma artıq yüksək riyaziyyat səviyyəsində olan şəxslərə mənfi təsir edə bilər. Alimlər izah edir ki, beynin artıq effektiv işləyən sisteminə xaricdən siqnal göndərmək performansı azalda bilər.
Tədqiqatı aparan nevroloq Roi Cohen Kadosh bu texnologiyanın ev şəraitində istifadəyə yaxın olduğunu və öyrənmə çətinliyi və diqqət pozğunluğu kimi problemləri olan insanlar üçün ümidverici nəticələr verdiyini deyib. Lakin müstəqil mütəxəssislər bu texnologiyanın geniş istifadəyə verilməzdən əvvəl daha çox sınaqdan keçirilməsinin vacib olduğunu bildirib.
Binghamton Universitetindən psixoloq Sung Joo Kim isə qeyd edib ki, belə cihazların hər insanın beyin quruluşuna uyğun tənzimlənməsi vacibdir. Onun sözlərinə görə, "əgər beynin müəyyən bölgələrinə siqnal göndərmək istəyirsinizsə, fərdi beyin anatomiyasını nəzərə almalısınız."
İsmayıl Son.az
Britaniyalı pilot müğənni Kəmalə Qaramollayevaya elçi düşüb.

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salın

Alimlərin məlumatına görə, bu yay 9 iyul, 22 iyul və ya 5 avqust tarixlər

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbə

Cari ilin iyun ayında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mi

Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildir

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsi

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

Quba-Bakı avtomobil yolunda ağır yol qəzası baş verib.

Ermənistan iyulun 2-dən etibarən Rusiyanın "Əsl Dondurma Zavodu"

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verili

İyul ayı bəzi bürclər üçün maddi baxımdan xüsusi önəm daşıyacaq. U

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Höv
